Icma.az
close
up
RU
Bəşər Əsədin QAÇIŞ PLANI belə ifşa oldu: “Moskvada qumar kefi”

Bəşər Əsədin QAÇIŞ PLANI belə ifşa oldu: “Moskvada qumar kefi”

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ölkədən gizli qaçışı ilə bağlı bu günə kimi bir çox əfsanələr ortaya çıxdı. Araşdırmaçı jurnalistlər kəşfiyyat orqanlarının xəbərlərinə istinadən bu qaçışın detallarını ortaya çıxarıb.

Lent.az xarici KİV-ə istinadən həmin detalları təqdim edir:

- 2024-cü ilin son günlərində Suriyada gözlənilməz hadisələr baş verdi və bu hadisələr Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələndi. İllərdir davam edən vətəndaş müharibəsi boyunca çətin dövrlər yaşasa da, müəyyən şəkildə mövcudluğunu qorumağa nail olan Suriya rejimi çökdü. O vaxt dünyanın gözü təxminən 50 ilə yaxındır Suriyanı təzyiq yolu ilə idarə edən Əsədin ölkədən qaçdığı təyyarə yönəldi.

Rejimə qarşı qüvvələr paytaxt Şama daxil olmağa başladığı anda, təkcə Əsəd deyil, onun rəhbərlik etdiyi rejimin əsas fiqurları da Suriyadan çıxmaq üçün zamanla yarışırdı.

Əsədin addım-addım həyata keçirdiyi qaçış planı...

Və ya Şama girən qüvvələr və hava limanındakı xaos

Suriyanın paytaxtı Şam, 8 dekabr 2024-ün ilk dəqiqələrində qeyri-adi gərginliyə səhnə oldu.

61 illik Bəşər hakimiyyətinə və təxminən 54 illik Əsəd ailəsi idarəçiliyinə qarşı olan qüvvələr Şama daxil olmağa başlayarkən, eyni dəqiqələrdə Şam Beynəlxalq Hava Limanında yaşananlar bu həyəcanın bir hissəsi idi. Rejimin əsas fiqurları artıq Suriyanı tərk etməyə çalışırdı. Cəmi bir neçə saat əvvələ qədər Suriya dövlətinin “onurğası” sayılan və “Baas” idarəçiliyində nüfuz sahibi olan həmin elit kadrlar, Əsədin qəfil düşüşündən və qaçış xəbərindən sonra ailələri ilə birlikdə ölkədən qaçmağa çalışan “qaçaq” statusuna düşmüşdülər.

Rejim devrildikdən sonra ölkədən qaçanlar arasında olanlar:

Kahtan Halil — Suriya Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin rəhbəri, 13 illik müharibənin ən qanlı qətliamlarından birində məsuliyyət daşıyır, “Darayya Qəssabı” kimi tanınır.

Əli Abbas və Əli Abdullah Eyyub — keçmiş müdafiə nazirləri, müharibə dövründə insan haqlarının pozulması və işgəncə ilə bağlı ittihamlanırlar.

Abdul Kərim İbrahim — Baş Qərargah rəisi, mülki insanlara qarşı işgəncə və seksual zorakılığa vasitəçilikdə günahlandırılır.

ABŞ mərkəzli The New York Times (NYT) qəzeti, adı açıqlanmayan iki keçmiş rejim rəsmisinə istinad edərək bu qaçış prosesinin detalları haqqında ayrıca məlumat yayıb.

Suriyadakı ən yüksək səviyyəli rəsmilər arasında yer alan Əli Abbas, Əli Eyub və Abdulkerim İbrahim

Kim hansı yolla qaçdı?

Suriya rejimi çökdükdən sonra ölkədən qaçan əsas fiqurlar müxtəlif yollar seçdi.

Bəziləri təyyarə ilə, bəziləri dəniz sahilinə yaxın evlərindən qayıqlarla, bir qismi isə quru yolundan sərhədi keçərək Suriyanı tərk etdi.

NYT-nin məlumatına bildirilir:

Bəzi şəxslər rejimə açıq dəstək verən Rusiyanın Dəməşqdəki səfirliyinə sığınıb.

Bəziləri müxalifətin qurduğu nəzarət-bəndlərindən gizlənərək keçməyə cəhd edib.

Bəzilərinin evlərindən illərlə saxlanmış qızıl, nağd pul və sənədlərlə qaçdığı bildirilir.

Rejim dağıldıqdan və rəhbərlik qaçdıqdan sonra, əzizlərini itirən, işgəncə görən, həbs olunan və evindən didərgin düşən minlərlə insan üçün Suriya — “cinayətkarların qaçdığı bir cinayət məkanı”na çevrildi.

Bu vəziyyət, yeni hakimiyyətin gündəminə daxil olan ilk məsələlərdən biri oldu.

Yeni hökumətin axtarışları və sübutların toplanması

Rejim devriləndən sonra qurulan yeni hökumət bir yandan da ölkə daxilində siyasi vəziyyəti sabitləşdirməyə, dağıdılmış infrastrukturun bərpa prosesini sürətləndirməyə çalışarkən, digər yandan da, keçmiş rejimdən qalan kəşfiyyat şəbəkələrini, tərk edilmiş kompüterləri, telefonları, kağız arxivlərini incələyərək cinayətkarların harada gizləndiyi və ya hara qaçdığına dair izlər toplamağa çalışırdı.

Bu prosesin olduğuna Suriya vətəndaş cəmiyyəti təşkilatları və BMT araşdırma qrupları da şahid ifadələri və sübutlarla dəstək verir.

55 nəfərlik siyahı üzərində araşdırmalar

NYT bildirir ki, son aylarda rejim dövründə vəzifə daşıyan 55 nəfərin harada olduğu ilə bağlı məlumat boşluqlarını doldurmaq üçün araşdırma aparılır.

Bu şəxslərin hamısı bartəsində deyilənlər:

Beynəlxalq sanksiya siyahılarında yer alan,

Suriya tarixinin ən qanlı mərhələləri ilə əlaqəli,

keçmişdə dövlət və ordu strukturlarında yüksək vəzifələr tutmuş şəxslərdir.

Araşdırmalarda nələrdən istifadə olunub?

Rəqəmsal izlər (e-poçt, IP, sosial hesablar),

ailə üzvlərinin sosial media paylaşımları,

tərk edilmiş mülklərdə tapılan sənədlər.

NYT müxbirləri həmçinin çoxsaylı keçmiş rejim üzvləri ilə görüşüb bu şəxslərin aqibətini müəyyənləşdirməyə çalışıblar.

Nəticədə 55 nəfərin əksəriyyətinin yerləşdiyi yerlər aşkarlana bilməyib, lakin mövcud izlər onların müxtəlif ölkələrə dağıldığını göstərir.

Bəşər Əsəd və Mahir Əsədin Moskva bağlantısı

Mahir Əsəd

Keçmiş rejim rəhbərlərinin NYT-yə danışdıqları bunlardı:

Bəşər Əsəd Rusiyaya qaçdıqdan sonra keçmiş tanışlarının böyük əksəriyyəti ilə əlaqəni tam kəsib.

Hal-hazırda Moskvada ona ayrılmış xüsusi iqamətgahda yaşayır.

Rejimin “iki nömrəsi” — qardaşı Mahir Əsəd də bəzi yüksək rütbəli şəxslərlə birlikdə Moskvadadır.

Başqa məlumata görə:

Suriya ordusunda etirazları qəddarlıqla yatıran general Qiyas Dalla kimi bəzi zabitlər isə Livan ərazisindədir.

Bu şəxslər Süheyl Həsən və digər zabitlərlə davamlı əlaqə saxlayırlar.

Yeni hökumətlə əməkdaşlıq edən keçmiş rəsmi şəxslər bunlatı deyib: “Çoxlu sayda keçmiş rejim rəhbəri Suriyadan çıxmazdan əvvəl saxta adla real Suriya pasportları alıb

Xaricdə isə əmlak və maliyyə imkanlarından istifadə edərək müxtəlif ölkə vətəndaşlıqları əldə ediblər.”

Paris mərkəzli Suriya Media və İfadə Azadlığı Mərkəzinin rəhbəri Mazen Darvish deyir:

“Bu insanların sərbəst hərəkət etməyə, yeni pasportlar almağa, izsiz yox olmağa kifayət qədər maliyyəsi var.”

YANINA SADƏCƏ 2 NƏFƏRİ ALDI

Rejim rəsmilərinin Suriyadan qaçmağa başlaması 7 dekabrı 8 dekabra bağlayan gecədə başladı. Qəzetə danışan mənbələrə görə, həmin gecə Əsədin sarayında olan çoxsaylı şəxslər, rejimə qarşı qüvvələrin irəliləyişini narahatlıqla izləyir və Bəşər Əsədin atacağı addımı gözləyirdi.

Saray rəsmiləri vəziyyəti öyrənmək üçün edilən zənglərə cavab olaraq devrilmiş liderin guya hələ də ordunu idarə etdiyi və Suriyada olduğu məlumatını verirdilər. Lakin planlaşdırıldığı iddia edilən qarşı-hücum heç vaxt baş vermədi.

Hmeymim bazası

Əsədin qaçdığı xəbəri yayılan anlarda müxalif qüvvələr artıq Şama daxil olmağa başlamışdı və geri qalanlara qaçmaq üçün çox az vaxt qalmışdı. Müdafiə Nazirliyinin binasında toplanan çoxlu adam, Hərbi Hava Qüvvələri Kəşfiyyat rəisi Halil tərəfindən təmin edilən YAK-40 tipli təyyarə ilə saat 01:30 radələrində Şamdan ayrılıb Hmeymim bazasına getdilər.

“Xaos dolu bir gecə yaşandı”

NYT-yə danışan mənbələrə görə, Mahir Əsədin qaçışı da oxşar şəkildə baş verib. O, özünə yaxın şəxslərlə evindən çıxaraq Şam hava limanına getdi və orada ona ayrılan təyyarə ilə şəhəri tərk etdi.

Hmeymim bazası, bir çox rejim rəsmilərinin ölkədən çıxmasında kritik rol oynadı. İki şahidin ifadəsinə görə, insanlar nağd pul və qızıl dolu çantalarla Rus hərbi bazasına axışırdı, bu zaman yerdə Suriya ordusuna aid hərbi geyimlər atılmış vəziyyətdə görünürdü.

Eyni mənbələr bildirir ki, bazada ölkədən çıxmaq istəyənlərlə dolu olduğuna görə gecə boyu böyük xaos yaşanıb.

Əsədin yaxın çevrəsində olan və kimyəvi silahlara cavabdeh kimi tanınan general Bassam Həsən isə Şamı avtomobillə tərk edib. O, ailəsi ilə ayrı-ayrı maşınlarda idi. Hums yaxınlığında saxlanılıb və özü ilə gətirdiklərini üsyançı güclərə təhvil verərək əvvəlcə Livana, daha sonra İrana qaçıb. Daha sonra yenidən Livana qayıdıb və NYT jurnalistlərinin müsahibə təklifini rədd edib.

Suriya daxilində vətəndaş müharibəsindən sonra siyasi sabitlik yaratmaq və ölkəni yenidən qurmaq prosesi davam edir. Gələcəkdə nələrin olacağı təbii ki, zamanla bəlli olacaq. Lakin hazırda keçmiş rejimdə yer alan bir çox şəxs artıq ölkəni tərk edib.

NYT-yə danışan və qaçan həmin şəxsləri tanıyan bəzi mənbələr, vəziyyəti belə təsvir edib:

“Əsədin adamları Moskvada viski içib qumar oynayırlar, bir çoxu BƏƏ-də bir villada kef edirlər. Suriyanı isə çoxdan unudublar”.

Belə məlum olur ki, öz xalqına qarşı ən ağır cinayətlərdə ittiham olunanlar kef edir, işgəncə alan xalq isə hələ də qanayan yaralarını sarımaqla məşğuldur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri