Icma.az
close
up
RU
Bəşəri ideallar uğrunda mübariz

Bəşəri ideallar uğrunda mübariz

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Nəriman Nərimanov – 155

Bəşəri ideallar uğrunda mübariz Görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanov maarifpərvər qələm sahibi kimi hörmətlə anılan tarixi şəxsiyyətdir. Bu mövzuda məqalələri, hər biri ədəbiyyatımızda xüsusi yer tutan “Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah” kimi əsərləri məşhurdur.

Ulu öndər Heydər Əliyev onun fəaliyyətini yüksək qiymətləndirib: “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı... Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”.

Nəriman Nərimanovun qələmindən çıxan pyeslər Azərbaycan dramaturgiyasının inkişafı və zənginləşməsinə mühüm töhfələr verib. “Bahadır və Sona” romanı, “Pir” povesti, “Bir kəndin sərgüzəşti”, “İdil kənarında”, “Şeytan bazarda” kimi hekayələri Azərbaycan bədii nəsrinin inkişafına istiqamət verən əsərlər olaraq əhəmiyyət qazanıb.

Akademik İsa Həbibbəyli yazır: “XIX əsrin 70–90-cı illərini Azərbaycan ədəbiyyatının “yetimlik dövrü” adlandırırlar. Heç bir müəllimi, ustadı, canlı sələfi olmayan C.Məmmədquluzadə, N.Nərimanov, S.Qənizadə, M.Ə.Sabir kimi yazıçı və şairlər XIX əsrin 80-90-cı illərində yazdıqları əsərlərlə ədəbiyyatı yetimlik dövründən xilas etdilər. Dərinləşməkdə olan ədəbi böhranın və ya uçurumun aradan qaldırılmasında 1894-cü ildə yazılmış iki əsərin – Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin və Nəriman Nərimanovun “Nadanlıq” dramının xüsusi yeri var idi... “Nadir şah” dramında ədəbiyyatda ilk dəfə olaraq xalq hakimiyyəti ideyası irəli sürülmüşdür. “Nadir şah” Azərbaycan ədəbiyyatında birinci milli-tarixi dram əsəri idi”.

Həmin əsərin sonunda sui-qəsd törədilməklə öldürülən, arxadan vurulan Nadir şah deyir: “Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölürəm, nahaq yerə. Heç kəsə pislik etməmişəm. Hər kəsə də yaxşılıq etmişəm. Ümumi xeyri nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində olarkən canımı Vətənin və millətin yolunda sərf etmişəm. Pərvərdigara! Özün kömək et bu başsız millətə!” – Bu son monoloq artıq həyatını itirən zaman öz yolunu, fəaliyyətini saf-çürük edərək günahı və savabını vicdan tərəzisində ölçən Nəriman Nərimanovun son məktubları və məqalələrindəki fikirləri ilə necə də oxşar və eynidir! Axı o, Moskvaya çox inanırdı və mərkəzə aparılaraq elə oradaca müəmmalı şəkildə öldürüldü.

Ədibin əsərləri Azərbaycan ədəbi düşüncəsi və yaradıcılıq ənənələrinin üzərində meydana gələn və Azərbaycan tolerantlığı, multikultural düşüncəsini nümayiş etdirən, ictimai-siyasi görüşlərini ortaya qoyub. O, özünün çoxsaylı publisist yazılarında xalqının və ölkəsinin qayğılarını dilə gətirməyə, problemlərinə çözüm tapmağa çalışıb. Təkcə “Dilin bəlası, yaxud Şamdan bəy” əsəri bu baxımdan əsl dəstəvuz ola bilər. Bu dramında o, milli düşüncədə istiqlal ideyalarının pərvazlanmağa başladığı bir zamanda yaramaz və fürsətgir burjua nümayəndələrinin millətin başına gətirdiyi bəlalardan cəsarətlə bəhs edib.

Nəriman Nərimanov ədəbi tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Onun Nikolay Qoqolun “Müfəttiş” və Qriqori Genin “Edam” əsərlərini ustalıqla dilimizə çevirdiyi məlumdur. Orijinal mətnə zərgər dəqiqliyi ilə yanaşması, hər sözü məhz lazım olan məna çalarında ifadə etməsi “Doktor Nəriman”ın tərcümə sənətinə mühüm töhfəsi sayılır.

Siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” adlı sanballı monoqrafiyasında onu milli ruh və siyasi təfəkkürün vəhdətində xarakterizə edib. Nərimanov irsinin tanınmış tədqiqatçısı Teymur Əhmədov yazırdı: “Azərbaycan xalqının xoşbəxtliyi və səadəti uğrunda ömrü boyu inamla mübarizə aparan Nəriman Nərimanovun ədəbi irsi bu gün də öz aktuallığı ilə diqqəti cəlb edir. Onun əsərləri ölkəmizdə milli müstəqilliyin, dövlətçiliyin möhkəmlənməsi və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan hər bir azərbaycanlı üçün qiymətli və əzizdir”.

Ölümündən azca qabaq Nəriman Nərimanovun oğlu Nəcəfə yazdığı məktubu yada düşür: “Mənim həyatım daim qayğılarla dolu olmuşdur: mən 20 yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu öz maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil oldum, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyümə görə məzəmmət etməyəsən”...

Aldadılaraq Moskvaya aparılan və orada dostu Lenindən bir il sonra həyatını itirən Nərimanov son illərində Türkiyədəki Qurtuluş Savaşına yardımından sonra böyük Mustafa Kamal Atatürkə “Paşam, Türk millətində bir ənənə var, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar” sözləri ilə də xatırlanır.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri