Icma.az
close
up
RU
Sağlamlıq elmlərinin bəşəri hədəfi

Sağlamlıq elmlərinin bəşəri hədəfi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunun və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə hibrid formatda Beynəlxalq Tibb və Sağlamlıq Elmləri mövzusunda VIII beynəlxalq elmi-praktik konqres davam edir.

Ümumilikdə konqresdə 20 ölkədən - Türkiyə, Pakistan, Qazaxıstan, Albaniya, Anqola, Braziliya, Bolqarıstan, Çin, Çexiya, Hindistan, İran, Monteneqro, Mərakeş, Nigeriya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya və s. 200-dən çox nümayəndə iştirak edir.

Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə həsr edilən və elmi mövzusu təbii faktorların tibbi praktikada istifadəsinə aid olan konqresi giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, konqres ölkəmiz üçün əlamətdar hadisəyə - Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunub. Beynəlxalq toplantı ötən payız Azərbaycanda keçirilmiş COP29 konfransı və “Yaşıl dünya naminə həmrəylik ili” kimi tədbirlərin davamı olaraq ölkəmizdə iqlimə, yaşıl dünyaya, tibbə, sağlamlığa verilən dəyərin elmi təzahürüdür. Belə konqreslər yaşıl iqtisadiyyat, yaşıl iqtisadi zonanın daha da genişlənməsinə, sağlamlığımızın rifahına xidmət edir. Akademik həmçinin vurğulayıb ki, müalicəvi Naftalan neftinə, 1.500 növ müalicəvi bitkiyə, mineral sulara, Duzdağ kimi zəngin təbii resurslara malik olan Azərbaycan üçün bu faktorların tibdə istifadəsinin elmi əsaslarının işlənməsi ölkəmiz üçün prioritet təşkil edir.

“Ölkəmizdə “Naftalan” Müalicə Sağlamlıq Mərkəzi yenidən qurulub. Dünyada yeganə çəlik, əsa muzeyi Naftalandadır. Eləcə də Duzdağ Fizioterapiya Sağlamlıq Mərkəzi də yenidən qurulub. Bütün bunlar öz insanlarının sağlamlığını qoruyan dövlətimizin vətəndaşları qarşısında növbəti bir addımı və yeniliyidır. Əminik ki, bu yeniliklərlə təbii resursların tibb sahəsində tətbiqi aydın bir təfəkkürə xidmət edəcək”, – deyə AMEA-nın prezidenti söyləyib.

Mərasimdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi İltifat İbrahimov, İKSAD-ın Azərbaycan üzrə baş direktoru Əlvan Cəfərov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Türkiyənin İnönü Universitetinin Əczaçılıq fakültəsinin professoru İsmet Yılmaz, Çin Xalq Respublikasından “Lingren Group”un sədri Li Zhang, onlayn formatda Pekin Universitetindən doktor Liu Tingfang çıxış edərək elmi məclisin əhəmiyyətindən danışıblar.

Fiziologiya İnstitutunun direktoru professor Ulduz Həşimova bildirib ki, təbii bitkilərlə zəngin ölkə olan Azərbaycanda bu sərvətdən istifadə etmək, onun müalicəvi əhəmiyyətini daha dərindən araşdırmaq, tədqiq etmək alimlərin üzərinə böyük məsuliyyət qoyur.

Elmi-praktik konqres 20 bölmə iclasında öz işini davam etdirib. Xərçəngin erkən diaqnostikası, biotibbi materialların inkişafı, neyrodegenerativ xəstəliklər, ictimai səhiyyə modelləri və süni intellektin tibb sahəsinə tətbiqinə dair geniş müzakirələr aparılıb.

Beynəlxalq tədbirə bu gün yekun vurulacaq.

Ə.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri