Icma.az
close
up
RU
Bəşəriyyət üçün nüvə təhlükəsi...

Bəşəriyyət üçün nüvə təhlükəsi...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kimdə, nə qədər, hansı texnologiyalı...

Süni intellektli nüvə idarəetməsinin bir addımlığında

Beynəlxalq gərginliyin ən yüksək həddə çatdığı son günlərdə səslənən bəyanatlar, verilən anonslar özündə olduqca böyük təhdid və təhlükələri əks etdirməkdədir. Xüsusilə Mərkəzi Avropada artıq dördüncü ilinə keçmiş müharibənin dayanma ehtimalının aşağı olması, Yaxın Şərqdə fərqli genetikalara malik  müharibə sədalarının eşidilməsi, dünyanın aparıcı dövlətlərinin silah təchizatını gücləndirməsi və canlı əsgəri qüvvələrini hərəkətə gətirməsi böyük narahatlıqlara yol açır. Nəzərə alsaq ki, yeni dövrün müharibələri özünün bəzi elementləri ilə fərqlənir, başqa sözlə, daha böyükmiqyaslı dağıdıcı komponentlərə əsaslanır, narahatlıqların səbəbsiz olmadığı ortaya çıxır. Üç ildən artıqdır ki, nüvə ritorikasının hakim kəsildiyi Rusiya-Ukrayna qarşıdurmasında Qərbin vahid güc şəklində Ukraynaya dəstək olması Moskvanın təhlükəli ssenarilər hədəsini səsləndirməsinə yol açıb.

Bəli, XX əsrin ən böyük hərbi təhlükəsi sayılan nüvə silahı icad edildiyi, daha doğrusu, ilk istifadədən sonra nə qədər böyük dağıdıcı və məhvedici gücə malik olduğunu məlum edib - bəşəriyyətə, insanlığa qarşı təhdid kimi xarakterizə olunan nüvə silahı ayrı-ayrılıqda dünyanın aparcı dövlətləri sayılan ölkələrin də “qorxulu kabusudur”. Vurğulandığı kimi, son illərdə, qlobal təhlükəsizliyin risk qarşısında qaldığı zamanda nüvə müharibəsi ritorikası daha da intensivləşib. Bu isə bütövlükdə Yer kürəsi üçün, bəşəriyyət üçün qorxulu bir siqnaldır.

Nüvə necə “dünyaya” gəldi?

Nüvə silahından 1945-ci ildə iki dəfə istifadə olunub. Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinin bombardman edilməsindən sonra bu qorxunc silahdan istifadə olunmasa da, yeni bir nüvə təhdidinin yaranması bütövlükdə ?er kürəsinin sonu demək olar. Çünki əgər ötən əsrin əvvəlində yalnız bir və ya iki ölkənin nüvə silahı vardısa, bu gün dünyanın əksər dövlətləri bu dəhşət saçan ölüm bombasına malikdirlər.

Ümumiyyətlə, nüvə silahından imtina məsələsi hər zaman beynəlxalq müstəvidə aktuallıq daşıyıb - hələ ötən əsrin ortalarında bu silaha malik 2 ölkə, ABŞ və keçmiş SSRİ tərəfindən 1953-cü ildə atmosferdə nüvə sınağına moratorium qoyulmuşdu. Lakin bu qadağa keçmiş SSRİ tərəfindən 1961-ci, ABŞ tərəfindən 1962-ci ildə pozuldu. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Komissiyası atmosfer, kosmos və su altında nüvə sınağını qadağan edən bir müqavilə hazırlayıb. Müqavilə ABŞ və keçmiş SSRİ də daxil olmaqla BMT-yə üzv olan 100-dən çox dövlət tərəfindən imzalanıb. 1968-ci ildə ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin istisna olmaqla bütün ölkələrə nüvə silahına sahib olmağı qadağan edən başqa bir saziş bağlanıb. 1990-cı illərin ortalarında sazişə 181 ölkə qoşulub, 1995-ci ildə isə vaxtı qeyri-müəyyən müddətə uzadılıb.

1985-ci ildə isə Hindistanın paytaxtı Dehlidə qəbul edilmiş  Dehli Bəyannaməsi nüvə silahlanması rəqabətinin dayandırılması və beynəlxalq səviyyədə nüvə silahı cəbbəxanalarının tədricən aradan qaldırılması haqqında çağırışa çevrildi. Dehli Bəyannaməsi ilk olaraq Hindistan, Argentina, Yunanıstan, Meksika, Tanzaniya və İsveç hökumətləri tərəfindən imzalanıb. Bəyannamənin imzalanmasına səbəb hərbi konfliktlər zamanı ətraf mühitə vurulan zərər, müharibələrin bitməsindən çox illər sonra da ekosistemin vəziyyətinə, təbii sərvətlərə, hətta bir nəslin həyatına olan mənfi təsir haqqında hər kəsi məlumatlandırmaqdır.

Dünyanın nüvə ehtiyatı...

XXI əsrin ikinci onilliyinin tən ortasında isə nüvə yarışı yenidən qızışıb - ölkələr ard-arda nüvə ehtiyatlarını artırmaq, dağıdıcı gücə malik silahlarını daha da təkmilləşdirmək axtarışındadır.

Qeyd edək ki, müasir dövrdə 9 ölkə nüvə silahına sahib olsa da, bu dağıdıcı silah yarışında ən ön sırada iki dövlət yer alır: Rusiya və ABŞ. Hazırda dünyada təxminən 14 min ətrafında nüvə başlığı mövcuddur:

- Rusiya yaxın illərə qədər (son 2 ildə) 4500 dən artıq aktiv döyüş başlığına sahib idisə, artıq bu rəqəm 6 minə yaxınlaşır. Bu başlıqların təxminən 1500-dən çoxu hazır döyüş vəziyyətində “əmr” gözləyir. Ehtiyatda gözləyən başlıqların sayı isə 3 minə yaxındır. 1500-ə yaxın başlıq isə emal vəziyyətindədir;

- ABŞ-da isə son dövrlərə qədər (son 2 ildə) 4 minə yaxın döyüş başlığının olduğu bildirilirdi. Son rəqəmlər isə rəsmi Vaşinqtonun da öz nüvə arsenalını artırdığını göstərir - artıq bu rəqəm də 5 mini ötüb.  ABŞ-ın da “əmr” gözləyən döyüşə hazır nüvə başlıqlarının sayı təxminən Rusiyanınkı qədərdir. Ehtiyat başlıqların sayına görə isə Vaşinqton Moskvadan geri qalır - bu rəqəm 1800-ə yaxındır. Emal prosesində olan nüvə başlıqlarının sayı isə 2000-nə yaxındır;

- Çində bu rəqəm cəmisi 100 başlıq sayı artıb - yaxın illərə qədər Pekinin sahib olduğu nüvə başlıqlarının sayı təxminən 400-dən bir az artıq idisə, hazırda bu rəqəmin 500-ü ötdüyü ilə bağlı xəbərlər yayılır. Bu başlıqların 100-ü hazır döyüş vəziyyətində, 400-dən artığı isə ehtiyatdadır.

Digər nüvə ölkələrindən Fransada 290, Böyük Britaniyada  225, Pakistan və Hindistanda 170, İsraildə 90, Şimali Koreyada isə 70-ə yaxın nüvə başlığının olduğu bildirilir.

Başlasa, nə baş verəcək?

Qeyd edək ki, nüvə başlıqları növlərinə görə də fərqlənir. Belə ki, bu qəbildən olan  strateji silahlar qitələrarası raketlər, strateji bombardmançılar və nüvə sualtı gəmiləri ilə daşınır. Taktiki silahlar isə döyüş meydanında istifadə üçün nəzərdə tutulub, daha az dağıdıcıdır, lakin risk daha yüksəkdir. Son dövrlərdə Rusiya “Poseydon” sualtı dronlarını, Çin isə hipersəsli “DF-ZF” raketlərini test edir.

“Nüvə müharibəsi” təhdidinin ən təhlükəli məqamı Rusiya-ABŞ qarşı?urması kimi xarakterizə olunur. Belə ki, bu, baş verəcəyi təqdirdə 100 başlığın dünyanın sonunu gətirə bilər. Hindistan ilə Pakistanın qarşıdurması da bu barədə böyük təhdiddən xəbər verir - hər iki dövlətin sahib olduğu 170-ə yaxın başlıq qarşılıqlı sərhəd toqquşmalarında istifadə riski daşıyır.

Nəhayət ən “yeni” nüvə təhdidi məsə ləsi İran ilə İsrail arasındadır. Təl-Əvivin 90 başlıqdan ibarət “susqun arsenalı”nın olması müəyyən mənada “təsdiqlənsə” də, İranın mümkün “ehtiyatları” haqda yalnız fikir yürüdülür. Amma hər bir halda belə bir qarşıdurma regionu böyük təhdid qarşısında qoya bilər.

Süni intellektlə idarəetmə...

Yayılan informasiyalara görə, 2025-ci ildən etibarən ABŞ, Çin və Rusiya tərəfindən süni intellekt əsaslı nüvə silahı komanda sistemləri ilə bağlı testlər həyata keçirilib. Qeyd edək ki, ABŞ Project Maven və JADC2 kimi proqramlarla süni intellekt ?exnologiyalarını hərbi kəşfiyyat və hədəf təyini prosesinə daxil edir. Lakin bu sistemlər hələ də insan təsdiqi olmadan nüvə silahlarını avtomatik işə salmaq üçün istifadə edilmir.

Çin isə əvvəllər həm simulyasiyalarda, həm də reallıqda “Süni intellekt komandirləri” yaradan layihələr üzərində işləyib. Bu sistemlər müharibə senarilərində qərar qəbuletmədə istifadə olunur və gələcəkdə komandaların nüvə silah komandasına daxil edilməsi məsələsi diqqətdədir. Çin həmçinin 2025-ci ilin əvvəllərində hipersonik qlid vasitələrinin və orbital bombardman sistemlərinin testlərini həyata keçirib .

Rusiya da süni intellekt texnologiyasını avtonom dronlar və “neural net” vasitələri ilə birləşdirərək taktiki və strateji qərar qəbuletməyə yaxınlaşdırır. Komanda səlahiyyətlərinin məhdudlaşdırılması tendensiyası artmaqdadır ki, bu, nüvə silahlarının istifadəsi riskini artırır.

Rusiya hələ süni intellektdən tam nüvə qərarı sistemi kimi istifadə etmir - bununla belə, süni intellekt və avtomatlaşdırma texnologiyalarının konvergensiyası xüsusilə taktiki nüvə sistemləri üçün ciddi risk olaraq qiymətləndirilir.

“Düyməyə” basmaq üçün...

Qeyd edək ki, nüvə silahından istifadənin həm də bir hüquqi mexanizmi mövcuddur. Bu, hər bir ölkədə “Nüvə doktrinası” ilə tənzimlənir. Məsələn, Rusiyada Ukrayna müharibəsindən sonra yeni “Nüvə silahının tətbiqinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” ?ərman imzalandı və Rusiya hərbi kosmik hücum silahlarının, o cümlədən PUA-ların kütləvi şəkildə havaya qalxması və onların Rusiya sərhədini keçməsi barədə etibarlı məlumat əldə edəcəyi təqdi?də nüvə silahından istifadə üçün hüquqi zəmin formalaşdırdı.

Birləşmiş Ştatlar isə 2022-ci ildə təsdiqlənmiş “Nüvə Siyasətinin İcmalı”nda (Nuclear Posture Review) nüvə silahının hansı şərtlər altında istifadə oluna biləcəyini açıqlamır. Sənədə görə, “Birləşmiş Ştatlar nüvə silahından yalnız ekstremal şəraitdə ABŞ və ya onun müttəfiqlərinin, tərəfdaşlarının həyati maraqlarını qorumaq üçün istifadə etməyi nəzərdən keçirə bilər”. Sənədə əsasən, ABŞ nüvə silahı olmayan dövlətlərə qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır. Eyni zamanda, ilk zərbədə nüvə silahından istifadə edilməməsi ilə bağlı ifadə son redaktə zamanı sənəddən çıxarılıb.

Böyük Britaniyanın nüvə silahından istifadə prinsipləri 2023-cü ilin martında qəbul edilmiş xarici siyasət doktrinasında ifadə olunub. Ölkə NATO müttəfiqlərinin müdafiəsi də daxil olmaqla, “yalnız özünümüdafiə üçün ekstremal şəraitdə” ondan istifadə etməyə hazırdır.

Fransa nüvə silahlarına yanaşmasını oxşar şəkildə müəyyənləşdirir - “Strateji İcmal”da (2022) “həyati maraqları” qorumaq üçün bu cür silahlardan istifadə etməyə hazır olduğu bildirilir.

Çin yeganə ölkədir ki, onun doktrinasında nüvə silahından ilk istifadə etməməklə bağlı müddəa var. 2019-cu ildə nəşr olunan “Yeni erada Çinin Milli Müdafiəsinə dair Ağ Kitab”ın onuncu nəşrində Pekinin nüvə silahı olmayan ölkələrə qarşı nüvə silahından istifadə etməyəcəyi vurğulanır.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see377

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see375

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see285

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see262

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see214

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see171

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see168

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see166

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see157

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see145

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri