“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin “Aston Villa” futbol klubu “Çelsi”nin hücumçusu Nikolas Ceksonu transfer etmək üçün əsas favorit kimi göstərilir.
İdman.Biz xəbər verir ki, London klubu 25 yaşlı futbolçunu yalnız birdəfəlik satmağa üstünlük verir və onun üçün təxminən 65 milyon funt sterlinq (126 milyon AZN) tələb edir.
İspaniyanın “Atletiko” futbol klubu da Ceksonla bağlı danışıqlar aparıb. Lakin Madrid təmsilçisinin müzakirələri əsasən icarə variantı üzərində qurulub və tərəflər arasında hələlik razılıq əldə olunmayıb.
Eyni zamanda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu “Aston Villa”nın hücumçusu Olli Uotkinslə maraqlanmaqda davam edir. Klubun ingiltərəli futbolçu üçün daha yüksək məbləğdə yeni təklif göndərəcəyi gözlənilir.
Bu səbəbdən “Aston Villa” rəhbərliyi Uotkinsin gələcəyi ilə bağlı mühüm qərar verməli ola bilər. Onun komandadan ayrılması Nikolas Ceksonun transferini Birmingem klubu üçün daha aktual edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 22 Avqust 2026 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















