Icma.az
close
up
RU
Bəşəriyyət üçün dahilik nümunəsi

Bəşəriyyət üçün dahilik nümunəsi

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 may, AZƏRTAC

Çoxları ömrünü yalnız özü üçün yaşayır. Amma elə seçilmiş insanlar var ki, xalqına olan sevgisi fonunda özlərini unudurlar, çünki onlar özü üçün yox, xalq üçün yaşayır, xalqı düşünürlər. Belə liderlər sağlıqlarında müqəddəsləşir, ölməzlik qazanırlar. 103 illiyini sevgi ilə qeyd etdiyimiz xalqımızın lideri, böyük öndər Heydər Əliyev də məhz belə nümunə oldu, şərəfli bir ömür yaşayaraq bir xalqın, dövlətin xilaskarına çevrilərək ölməzlik, əbədiyyət qazandı.

Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə o zaman gəldi ki, müstəqil Azərbaycan çökmüşdü, azad yaşamaq haqqımız əlimizdən alınmışdı, ölkəni vətəndaş müharibəsi bürümüş, etnik separatizm alovu içində respublika çabalayırdı. Ordusuz bir dövlətin ərazisi işğal olunur, Vətəni qorumağa borclu olan hərbi birləşmələr antimilli qüvvələrin məkrli niyyətinə xidmət edirdi. İqtisadiyyatı olmayan ölkə humanitar fəlakətin bir addımlığında idi, səriştəsiz daxili və xarici siyasətin nəticəsi kimi Azərbaycan təklənmişdi, ölkəmizə düşmən mövqeyi sərgilənirdi. Beləliklə, mövcud vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gətirildi.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov söyləyib.

Bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qısa zaman içində ölkədə uzun müddət davam edən siyasi qeyri-sabitliyə və xaosa son qoyuldu. Cəmiyyətdə parçalanma meyilləri aradan qaldırıldı, müxtəlif bölgələrdə hökm sürən gərginlik yox oldu və milli həmrəylik ideyası ön plana çəkildi. Dövlət idarəçiliyində nizam-intizamın yaradılması, vətəndaşların dövlətə inamının bərpası və ümumi sabitliyin təmin olunması istiqamətində ardıcıl addımlar atıldı. Bu dövr Azərbaycan tarixində sabitlik və dövlət quruculuğunun möhkəmləndiyi mərhələ kimi yadda qaldı. Eyni zamanda ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, nizami və peşəkar ordunun formalaşdırılması, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü. Bu, Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi baxımından həlledici əhəmiyyət daşıyırdı. Daxili və xarici siyasətdə də əsaslı dəyişikliklər həyata keçirildi. Dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, diplomatik əlaqələrin genişləndirilməsi və Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində ardıcıl və düşünülmüş siyasət aparıldı. Daxildə isə iqtisadi və sosial sahələrdə sabitliyin yaradılması, dövlət institutlarının gücləndirilməsi prioritet istiqamətlərdən oldu.

Bununla yanaşı vətəndaş cəmiyyətinin formalaşması, milli özünüdərk prosesinin gücləndirilməsi və Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi Ulu Öndər tərəfindən diqqət mərkəzində saxlanıldı. Cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, dövlətə inamın artırılması və ictimai şüurun formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirildi. Bu proses siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, insanların düşüncə tərzinə, milli kimlik hissinə və ümumi vətəndaş mövqeyinə də təsir göstərdi. Milli birliyin möhkəmləndirilməsi və xalqın ortaq dəyərlər ətrafında birləşməsi bu siyasətin əsas nəticələrindən biri oldu. Müxtəlif fikir və baxışlara baxmayaraq, vahid Azərbaycan ideyası cəmiyyətin əsas birləşdirici amilinə çevrildi. Dövlətçilik düşüncəsi daha da gücləndi, xalq arasında həmrəylik və birlik ruhu formalaşdı. Heydər Əliyev ölkəni vətəndaş müharibəsinin ağır və dağıdıcı təsirlərindən çıxararaq sabitliyin bərpasına nail oldu. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qarşıdurmalar aradan qaldırıldı, ölkədə ictimai-siyasi sabitlik təmin olundu və milli birlik möhkəmləndirildi. Bu proses Azərbaycan dövlətçiliyinin bərpası və gələcək inkişafı üçün möhkəm əsas yaratdı.

“Ölkə daxilində və xaricində Azərbaycanın uğurunu istəməyən antimilli qüvvələrin və düşmən dairələrin gözləntilərini puça çıxaran Ümummilli Lider Heydər Əliyev “Əsrin müqaviləsi” kimi tarixi əhəmiyyətli sazişin imzalanmasına nail oldu. Bu mühüm addım Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsinə çevrildi. Ölkəyə böyük həcmdə xarici sərmayələrin cəlb olunması üçün geniş imkanlar yarandı, enerji sektorunun inkişafı sürətləndi və dövlətin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda bu müqavilə Azərbaycanın siyasi müstəqilliyinin daha da möhkəmlənməsinə və gələcək strateji inkişafının təmin olunmasına mühüm töhfə verdi.

Ordu quruculuğu və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan siyasət ölkənin müdafiə qabiliyyətini yüksəltdi. Bu əsaslar sonrakı illərdə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi üçün mühüm zəmin formalaşdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və orduya göstərdiyi diqqət nəticəsində Azərbaycan güclü hərbi potensial formalaşdırdı və işğal altında olan torpaqların azad olunması üçün tarixi şərait yarandı. Millətimizin ən böyük dərdi olan Qarabağ azad olundu. Bu qələbənin fundamental əsasları isə məhz Heydər Əliyev tərəfindən qoyulmuşdu.

Məhz bu fövqəladə xidmətlərinə görə hər birimiz Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevə borcluyuq. Bəşəriyyət üçün dahilik nümunəsi olan Ulu öndər bizimlədir, xalqın yaddaşında yaşayır və Azərbaycan var olduqca onun əziz xatirəsi daim yaşayacaq”, - deyə Emin Bağırov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see310

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see297

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see282

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see270

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see235

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see230

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see206

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see194

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see176

Xalqın rahatlığı naminə, yoxsa xalqın cibinin hesabına?

15 Avqust 2026 19:22see175

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see175

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see174

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see171

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see170

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see170

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see163

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see163

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see162

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see162

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri