Icma.az
close
up
RU
Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

30 ildən artıq əmək stajı olan və pensiya yaşına bir neçə il və ya ay qalan şəxslərin ixtisara düşə bilib-düşməməsi məsələsi həm işçilər, həm də işəgötürənlər arasında ən çox müzakirə olunan mövzulardan biridir. Cəmiyyətdə geniş yayılmış yanlış rəyə əsasən, uzun illər çalışmış və təqaüdə az vaxtı qalmış şəxslərin heç bir halda ixtisara salına bilməyəcəyi düşünülür. Lakin əmək qanunvericiliyi bu məsələyə tamamilə fərqli hüquqi müstəvidə yanaşır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, uzunmüddətli əmək stajı və ya pensiya yaşına az qalması işçini mexaniki olaraq ixtisardan tam qoruyan toxunulmazlıq statusu yaratmır: "Müəssisədə real struktur dəyişiklikləri aparıldığı, ştat vahidlərinin ləğv edildiyi və ya istehsalat zərurəti yarandığı təqdirdə, qanunun tələblərinə riayət olunmaqla istənilən şəxsin əmək müqaviləsinə xitam verilə bilər".

Onun sözlərinə görə, əsas diqqət stajın illərinə deyil, ixtisar prosesinin hüquqi əsaslandırılmasına və prosedur qaydalarına düzgün əməl olunmasına yönəldilməlidir: "İşəgötürən tərəfindən tətbiq edilən ixtisar formal deyil, real və əsaslandırılmış olmalıdır, əks halda işçi hüquqlarını məhkəmə müstəvisində bərpa etmək hüququna malikdir. Mövcud qaydalara görə, işəgötürən ixtisar zamanı qanunvericiliyin müəyyən etdiyi xəbərdarlıq müddətlərinə riayət etməli, işçiyə müvafiq təzminatları ödəməli və əgər eyni vəzifədə bir neçə nəfər çalışırsa, qanunda nəzərdə tutulan üstünlük meyarlarını nəzərə almalıdır".

İqtisadçının sözlərinə görə, şəxsin 36 il stajının olması və təqaüdünə 1 il 8 ay qalması işəgötürənin qanuni ixtisar qərarını tamamilə istisna etmir, lakin bu cür kateqoriyadan olan işçilərin hüquqlarının pozulmaması üçün hər bir hal fərdi şəkildə və qanun çərçivəsində diqqətlə qiymətləndirilməlidir: "Əgər vətəndaş ixtisarın qanunsuz həyata keçirildiyini və ya subyektiv səbəblərə əsaslandığını düşünürsə, qanunvericilikdə nəzərdə tutulan müddətlərdə hüquqi müdafiə mexanizmlərindən mütləq yararlanmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri