“Beşiktaş“ Azərbaycan millisinin üzvünü transfer etmək istəyir FOTO
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Beşiktaş" klubu Azərbaycan millisinin üzvünü transfer etməyə çalışır.
Moderator.az Türkiyənin "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" Niderlandın "Volendam" klubunda çıxış edən Ozan Can Kökçünü heyətinə qatmaq istəyir.
Kiçik qardaşı Orkun Kökçünün də "Beşiktaş"da çıxış etdiyinə görə Ozan Can bu transferə razıdır.
Qeyd edək ki, bu mövsüm "Volendam"da 17 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürmə edən Ozan Can 20 yaşından etibarən Azərbaycanın U20, U21 və əsas komandasında forma geyinib. O, milli komandamızın heyətində 14 oyuna çıxıb. Türkiyədə əvvəllər "Bursaspor" və "Giresunspor"da oynayan futbolçunun hazırkı bazar dəyəri 350 min avrodur.
Ötən ilin iyul ayında azad agent olaraq "Volendam"a keçən təcrübəli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 02 Yanvar 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















