Icma.az
close
up
RU
“Beşiktaş” başqanından əcnəbi VAR hakimi açıqlaması

“Beşiktaş” başqanından əcnəbi VAR hakimi açıqlaması

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Türkiyə çempionatında hər şey bu mövsüm də VAR-da əcnəbi hakimlərin xidmətindən istifadə edilməsinə doğru gedir.

Bir müddət öncə Türkiyə mətbuatında dekabrın 7-də keçiriləcək “Beşiktaş” – “Fənərbaxça” derbisində bu mövsüm ilk dəfə əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacağı ilə bağlı şayiələr yayılmışdı.
Xatırladaq ki, bu praktikadan Türkiyədə ilk dəfə ötən mövsümün sonlarına doğru istifadə edilmişdi. Cari “futbol ili”ndə isə hələ ki xaricdən hakimlər dəvət olunmayıb. “Beşiktaş”ın sabiq prezidenti Hasan Arat jurnalistərlə son görüşündə bu mövzuya toxunaraq bunları deyib:

“Klublar Birliyinin son toplantısında “Fənərbaxça”ya qarşı keçirəcəyimiz oyuna əcnəbi VAR hakiminin dəvət olunması müzakirə olundu və hər kəs bu fikri dəstəklədi. Fikrimcə, federasiya həmin oyun üçün məhz belə qərar qəbul edəcək. TFF prezidentinə yerli və milli məsələlər mövzusunda bu qədər inadkar olmamağı məsləhət gördük. Məsələn, maşınlar başda olmaqla bir çox şey xaricdən gəldikdən sonra rəqabət gücləndi. Bizim sözlərimizdən sonra TFF başqanı da bu məsələyə müsbət yanaşmağa başladı. Tək çempionluğa oynayan yox, aşağı pillələrdəki komandaların da önəmli matçlarına əcnəbi VAR hakimlərinin dəvət olunması təklif edildi. Hakim səhv edə bilər. Amma VAR-da oturan hakimin səhv etməyə ixtiyarı yoxdu! Oyunları göstərən kanal da bu məsələyə həssas yanaşmalıdı. Görüntüləri özləri istədikləri kimi yox, ədalətli şəkildə göstərməlidilər. VAR hakimləri Türkiyə futbolunun müqəddəratını həll edir. Həftəsonunu hər kəs rahat keçirmək üçün pul xərcləyib stadiona gəlir. Eləcə də forma alırlar və ya yayın şirkətinə abunə olurlar. Elələri var ki oyunlara baxmaq üçün uşağı və həyat yoldaşı ilə çölə çıxmır. Bunun sosioloji tərəfi də var və insanlar ədalət istəyir. VAR-ın bir epizodu 7-8 dəqiqə incələməyə haqqı yoxdu. Dünyanın heç bir yerində belə şey yoxdu. Burdakı sistem illər öncə qurulub və ədalətli deyil. Bu sistemin qurucuları ondan vaz keçmək istəmir. Bu məsələ həllini tapmadan Türkiyə futbolunun inkişaf etməsi, Avropada uğur qazanması mümkün deyil. Xaricdəki oyunları da izləyirik. Qərara etiraz edən olurmu? Amma bizdə nə baş verir? Məşqçi hakimə “sən bir daha burda oyun idarə edə bilmərsən” deyir. Biz zəif oynayıb uduzsaq, heç vaxt hakimi bəhanə etmərik. Amma “Beşiktaş”ın önü kəsilirsə və haqqı yeyilirsə, camiə heç vaxt buna göz yuma bilməz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri