Icma.az
close
up
RU
Beşiktaş dediyini etdi və ünlü hakimi Türkiyəyə gətirdi!

Beşiktaş dediyini etdi və ünlü hakimi Türkiyəyə gətirdi!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi ''Beşiktaş'' Türkiyə Futbol Federasiyasının ''Qalatasaray''la derbiyə əcnəbi hakim təyin etməmək qərarına etiraz əlaməti olaraq dünyaca ünlü bir sabiq hakimi Türkiyəyə dəvət etməyi planlaşdırırdı.

"Football-plus.az" xəbər verir ki, bu hakim artıq Türkiyədədi. Söhbət Urs Mayerdən gedir.
''Beşiktaş''ın rəsmi sosial şəbəkə səhifələrində sabiq isveçrəli hakimin ''Tüpraş Stadionu''ndakı şəkili paylaşılıb. Şəkilin altında isə ''siz gətirmədiz, biz gətirdik! Dünyaca ünlü sabiq hakim Urs Mayer ''Tüpraş Stadionu''nda'' ifadəsi qeyd olunub.
Mayer klub prezidenti Sərdal Adalı ilə birlikdə oyunu VİP lojadan izləyəcək. Onun şübhəli epizodlarla bağlı şərhləri ''ağ-qaralar''ın ''yutub'' səhifəsində paylaşılacaq. Bundan başqa onun oyunun gedişində də bəzi fikirləri dərhal rəsmi sosial şəbəkə səhifələrində paylaşılacaq.
1959-cu il təvəllüdlü Mayer yeni nəsil futbolsevərlərin tanıdığı isimlərdən deyil. 1989-cu ildə FİFA hakimi statusu alan Mayer 2004-cü ilə qədər peşəkar karyerasını davam etdirib. Düzdü, o, həm klub, həm də yığma səviyyəsində nəhəng turnirlərdə final idarə etməyib. Amma həm Çempionlar Liqasında, həm dünya çempionatı, həm də Avropa Çempionatında önəmli qarşılaşmalarda fit sahibi olub. Məsələn, DÇ-2002-nin yarımfinalında Almaniya - Cənubi Koreya matçını məhz bu hakim idarə etmişdi. Qətiyyətli olması və oyun qaydalarına bağlılığı ilə tanınırdı.
Mayer İngiltərədə də kifayət qədər populyardı. Amma mənfi mənada. AÇ-2004-ün 1/4 finalında 120 dəqiqəsi 2:2 hesabı ilə bitən və Portuqaliyanın İngiltərəni oyunsonrası penaltilər seriyasında məğlub etdiyi tarixi oyunun hakimi məhz Mayer idi. Onun əsas vaxtın son saniyələrində ingiltərəli Sol Kempbellin qolunu qeydə almaması İngiltərədə çox böyük söz-söhbətlərə və etiraza səbəb olmuşdu. Həmin oyundan sonra Mayerin şəxsi məlumatları paylaşılmış və ingilislər ona minlərlə təhdid məktubu göndərmişdilər.
''San'' nəşrinin əməkdaşları isə Portuqaliyaya yollanmış və Mayerin evinin önünə nəhəng bir İngiltərə bayrağı sancmışdılar. O matçdan sonra bir müddət polislərin qoruması altında yaşamalı olan ünlü hakim elə həmin il yaşı ilə əlaqəli olaraq karyerasını başa vurmuşdu. Mayer iş dünyasında da populyardı. Onun İsveçrədə bir neçə şirkəti var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Mart 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri