Beşiktaş ın koreyalısından açıqlama 15 qol vursam, mənə saat alacaqlar
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
''Beşiktaş''ın qış transfer dönəmində 15 milyon avroya ''Genk''dən transfer etdiyi Hyın Qyu O vətəni Cənubi Koreya mətbuatına maraqlı açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, 24 yaşlı forvard ilk 3 rəsmi oyunun hər birində fərqlənməklə İstanbul nəhəngində XXI əsrdə bunu bacaran ilk futbolçu olmuşdu.
İndiyə qədər 8 rəsmi oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə fərqlənənən Hyın Qyu O bunları deyib:
''Türkiyə çempionatına gəldikdən sonra çox təəccübləndim. Türkiyə futbolunu səni dayanmadan irəli getməyə vadar edən bir turnir kimi xarakterizə edərdim. Fiziki mübarizə çoxdu. Oyunlar dinamik və sürətli keçir. Templi futbolu çox sevdiyim üçün burdakı oyun tərzi mənə tam uyğundu. 15 milyon avroya ''Beşiktaş''a gəlmişəm. Ona görə də hədəfim 15 qol vurmaqdı. İlk mövsümümdə 15 qol həddinə çatacağım halda burda mənə saat alacaqlarına söz veriblər. Bu da mənim üçün əlavə motivasiyadı. Hər oyunda qol vurmaq üçün əlimdən gələni edirəm. Debüt oyunumda başımın üzərindən akrobatik zərbə ilə qol vurdum. Daha öncə heç vaxt, hətta məşqdə də belə qol vurmamışdı. Məncə, həyatımın ən gözəl qoludu. Düzdü, ''Puşkaş mükafatı''nı qazanacağımı düşünmürəm. Amma ümid edirəm ki, heç olmasa, ''Beşiktaş''da ilin ən yaxşı qolu seçiləcək''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Mart 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















