Icma.az
close
up
RU
Beşiktaş ın sabiq üzvündən şok etiraf: Onlar üçün oyunçu axtarmağa başladım

Beşiktaş ın sabiq üzvündən şok etiraf: Onlar üçün oyunçu axtarmağa başladım

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

''Beşiktaş''ın sabiq futbolçusu Romeyn Saiss Türkiyədə oynadığı dönəmlə bağlı diqqətçəkən etiraflar edib.

Hazırda Qətər təmsilçisi ''Əl-Sədd''in şərəfini qoruyan 35 yaşlı fransızəsilli mərakeşli müdafiəçi İstanbul nəhəngində 2022/23 mövsümündə forma geyib. Həmin mövsümün gedişində bilindiyi kimi Valerien İsmaelin yerinə Şenol Günəş baş məşqçi vəzifəsinə gəlmişdi. Saiss təcrübəli mütəxəssislə müəyyən problemlər yaşamışdı.
''Qartal''da ümumilikdə 26 rəsmi oyuna çıxaraq 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənən Saiss ''Les club des 5'' adlı podkastda bunları deyib:

''Türkiyədə oynayarkən qışdan sonra artıq daha az oynamağa başladığımı gördüm. Məhz həmin dönəmdə ''Nottingem Forest''dən cox sərfəli təklif aldım. Yenidən premyer-liqaya qayıtmaq pis fikir deyildi və bu istəyimi klub rəhbərliyinə də bildirdim. Transferin baş tutması üçün əlimdən gələni etsəm də, alınmadı. Çünki ''Beşiktaş'' ayrılmağımı istəmirdi. Klubla problemlər yaşamağa başladım. Mənə ''artıq transfer dönəminin sonuna yaxınlaşırıq, sənin yerinə oyunçu tapa bilməyəcəyik'' dedilər. İstədikləri bir oyunçu var idi, amma o da Türkiyəyə gəlmək istəmirdi. Sonra mənə ''bizə oyunçu tapsan, səni buraxarıq'' dedilər. Mən də onlar üçün oyunçu axtarmağa başladım! Telefonu əlimə alaraq ''transfermarkt''da sol ayaqlı müdafiəçilərin siyahısına baxmağa başladım. Öz klubunda çox da oynamayan futbolçulara yönəlmişdim. Adlarını bir-bir ''Beşiktaş''ın idman direktoruna göndərirdim. Çalışırdım ki, istedadlı olmasa belə yaxşı liqalarda oynayan futbolçuların arasından seçim edim. Yəni faktiki olaraq skaut kimi çalışırdım. Amma qışda ayrıla bilmədim və mövsümü ''Türkiyədə tamamladım. Qış transfer dönəmi bitdikdən sonra həftədə yalnız 2-3 dəfə məşqə çıxırdım. Yeni bir oyunçu alındığını gördüm. Əlini sıxmadım. Məmnun görünürdü və özü haqda çox danışırdı. Adı Omar Kolli idi. Sonra bildim ki o da Türkiyəyə gəlmək istəməyən oyunçulardan biri idi''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri