Icma.az
close
up
RU
“Beşiktaş” isə 1965dən bəri ilk dəfə belə fiasko yaşadı

“Beşiktaş” isə 1965dən bəri ilk dəfə belə fiasko yaşadı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Superliqada “Eyüpspor”a, deyəsən, göz dəydi. Arda Turanın komandası fasiləyə öndə yollandığı qarşılaşmada gözlənilmədən evdə “Çaykur Rizəspor”a boyun əydi.

“Trabzonspor”la oyunda da hesabda geridə olmasına baxmayaraq, hesabına 3 xal yazan Rizə təmsilçisi 2014-dən bəri ilk dəfə ardıcıl iki əzmkar qələbə qazandı.
“Fənərbaxça” bu tur Kayseriyə səfər etmişdi. “Kayserispor” müəyyən maddi sıxıntılar yaşasa da, son 5 turda uduzmamışdı. Ona görə də “sarı-qırmızılar”ın pərən-pərən düşəcəyini az adam proqnozlaşdırardı. Joze Mourinyonun komandası oyuna fırtına kimi başlayaraq ilk 26 dəqiqəyə 3 top vurdu. Cikunun avtoqolu sayəsində fərq iki topa endi.
Maraqlıdı ki, “Kayserispor” bu mövsüm ilk yarıda qapıya zərbə vurmadan qol vuran ilk komanda oldu. Meydan sahibləri 2-ci hissənin əvvəllərində fərqi minimuma endirsələr də, sonradan bunu etdiklərinə görə peşman oldular. Qalan müddətdə daha 3 qol vuran İstanbul nəhəngi tennis hesabı ilə qalib gəldi. “Fənər” bu mövsüm 6 qol vuran ilk komandadı. Oğuz Aydınla Kostiç qol hesabını açdısa, Şimanski superliqada 181 günlük “qol orucu”na son qoydu. “Fənər” çempionat çərçivəsində səfərdəki məğlubiyyətsiz seriyanı 26 oyuna yüksəldərək (21 qələbə, 5 heç-heçə) şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı.
Çağdaş Atan, deyəsən, artıq taleyi ilə barışıb. Bu mütəxəssis heç cür “İstanbul BŞ”ni bataqlıqdan çıxara bilmir.
Başakşəhərlilər bu tur ortabab “Qaziantep” önündə rüsvay oldular. Komandanın rəsmi matçlarda qələbəsiz seriyası artıq 9 oyuna çatdı! Bu üzdən qarşıdakı günlərdə Atanın istefaya göndərilməsi heç kimi təəccübləndirməyəcək. “Qalatasaray” bu tur Bodruma yollanmışdı. Volkan Dəmirəl ötən mövsüm məhz elə 13-cü oyunda “Hatayspor”un başında “Qalatasaray”a mövsümdə ilk məğlubiyyəti yaşatmışdı. Amma bu dəfə “Fənərbaxça”nın əfsanəsi əla formada olan “Cim-Bom”u dayandıra bilmədi. İstanbul nəhəngi ilk yarıda özünə bənzəmədi. Fasiləyə qədər ən yaddaqalan epizod “Bodrum”un azlıqda qalması oldu. Ege Bilsel 21 dəqiqə ərzində iki sarı vərəqə görərək fasilə ərəfəsində komandasını çətin vəziyyətdə qoydu. Batşuayinin meydana çıxması ilə hücumda fəallaşan “Qalatasaray” məhz belçikalı ulduzun vurduğu qol sayəsində hesabına 3 xal yazdı. Osimhen bu dəfə zəif təsir bağışladı. Hərçənd o, bir epizodda Ziyeş üçün əla fürsət yaratsa da, mərakeşli ulduz boş qapını nişan ala bilmədi. “Qalatasaray” minimal hesablı qələbə ilə xal fərqinin azalmasına imkan vermədi. Komanda debütantlara qarşı qələbə seriyasını 15 oyuna çatdıraraq 1996-98-ci illərdə müəyyənləşdirdiyi şəxsi rekordu təkrarladı.
İkinci oyun günü heç-heçələrlə start götürdü. Qar altında keçirilən “Sivasspor” – “Kasımpaşa” matçında qol vurulmadı. Sabiq “Beşiktaş”lı Abubakarın mövsümdəki ilk qolu sayəsində “Hatayspor” Konyada son anlarda məğlubiyyətdən qurtuldu. 3-cü pillədəki “Samsunspor” isə evdə “Alanyaspor”la oyunda 1 xalla kifayətləndi. Günün son oyununda “Beşiktaş” “Göztəpə”ni qəbul etdi. Son 3 turda 1 xal qazanan “Qartal” yenidən yüskəlişə keçmək və qələbə seriyasına start vermək niyyətində idi. Amma təcrübəli Stonimir Stoylovun rəhbərliyi altında yetərincə yaxşı təsir bağışlayan və əsl sistem komandasına çevrilən “Göztəpə” sərgilədiyi performansla hər kəsi mat-məəttəl qoydu. Hərçənd oyun qonaqlar üçün kabus kimi başladı. Semih Kılıçsoyun mükəmməl qolundan çox keçməmiş qapıçı ilə müdafiəçinin anlaşmazlığı avtoqolla nəticələndi. Amma İzmir təmsilçisi künc zərbələrindən sonra hələ ilk yarıda hesabı bərabərləşdirdi. Bokele avtoqoldan cəmi 3 dəqiqə sonra fərqi minimuma endirdisə, istedadlı müdafiəçi Taha Altıkardeş də fərqləndi. İkinci hissədə meydan sahibləri üstün görünürdü və hesabın gec-tez dəyişəcəyi güman olunurdu. Hesab həqiqətən də dəyişdi. Amma qonaqların xeyrinə! Stoylovunn sonradan meydana buraxdığı oyunçular özlərini əla tərəfdən göstərdilər. Əvvəlcə Fofana Masuakudan sıyrılaraq yaxın küncü dəqiq nişan aldısa, yekun nəticəni Tiyaniç müəyyənləşdirdi. “Beşiktaş” tarixində cəmi 2-ci (!) dəfə iki top fərqi ilə öndə olduğu evdəki çempiont oyununda uduzdu. Bu hal daha öncə yalnız 1965-in fevralında “Qalatasaray”la oyunda (2:3) yaşanmışdı.
Beləliklə, ilk 8 turda uduzmayan “Beşiktaş” son 4 turda 3-cü məğlubiyyətlə üzləşdi və liderdən 13 xal geri düşdü.
13-cü tur
Bodrum – Qalatasaray 0:1

Batşuayi, 54.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz, Metehan Baltacı (Batşuayi, 46), Kaan Ayhan (Nelsson, 90+2), Əbdülkərim Bardakcı, Şallai, Torreyra, Sara (Kərəm Dəmirbay, 90+2), Yunus Akgün (Ziyeş, 62), Mertens (Yelert, 72), Osimhen.
Kayserispor - Fənərbaxça 2:6
Ciku, 43-öz qapısına. Kolovetsios, 56 – Tadiç, 7-p. Oğuz Aydın, 15; 26. Ən-Nəsiri, 63. Kostiç, 85. Şimanski, 88.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 75), Samet Akaydın, Ciku, Kostiç, Fred, Amrabat (İsmayıl Yüksək, 88), Tadiç, Şimanski (Mərt Hakan Yandaş, 64), Oğuz Aydın (Levent Mercan, 89), Ən-Nəsiri (Ceko, 64).
Beşiktaş - Göztəpə 2:4
Semih Kılıçsoy, 3. Bokele, 9-öz qapısına – Bokele, 12. Taha Altıkardeş, 32. Fofana, 82. Tiyaniç, 90+1.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Uduoxai, Əmirhan Topçu (İmmobile, 59), Masuaku, Əl Musrati (Ndur, 59), Fernandeş, Raşitsa, Rafa Silva, Semih Kılıçsoy.
Qaziantep – İstanbul BŞ 3:0
Kozlovski, 28. Soresku, 45+3. Okereke, 75.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Həmzə Gürələr, Opoku, Lima, Berat Özdəmir (Krespo, 46), Ömər Faruk Bəyaz (Pelkas, 46), Berkay Özcan (Kemen, 46), Dəniz Türüc (Fiqeyredo, 32), Sərdar Gürlər (Keni, 76), Pyontek.
Trabzonspor – Adana Dəmirspor 5:0
Çam, 3; 78; 84. Banza, 50; 54.
Eyüpspor – Çaykur Rizəspor 1:2
Ahmed Kutucu, 12 – Vareşanoviç, 55. Sou, 75.
Konyaspor – Hatayspor 1:1
Yevtoviç, 17 – Abubakar, 90.
Samsunspor – Alanyaspor 1:1
Dimata, 35 – Kordova, 46.
Sivasspor – Kasımpaşa 0:0

1. Qalatasaray 12 11 1 0 33-11 34
2. Fənərbaxça 12 9 2 1 33-11 29
3. Samsunspor 13 8 2 3 25-14 26
4. Eyüpspor 13 6 4 3 19-13 22
5. Göztəpə 12 6 3 3 23-15 21
6. Beşiktaş 12 6 3 3 21-14 21
7. Sivasspor 13 5 3 5 17-20 18
8. İstanbul BŞ 12 4 4 4 17-17 16
9. Çaykur Rizəspor 12 5 1 6 12-20 16
10. Trabzonspor 12 3 6 3 17-14 15
11. Qaziantep 12 4 3 5 18-18 15
12. Kasımpaşa 13 3 6 4 16-19 15
13. Konyaspor 13 4 3 6 15-21 15
14. Antalyaspor 12 4 2 6 15-24 14
15. Kayserispor 12 2 6 4 13-22 12
16. Alanyaspor 12 2 5 5 10-15 11
17. Bodrum 13 3 2 8 10-17 11
18. Hatayspor 12 1 4 7 11-19 7
19. Adana Dəmirspor 12 0 2 10 9-30 2
Bombardirlər: İmmobile (Beşiktaş), Banza (Trabzonspor) – 8, Ceko, Tadiç (hər iki “Fənərbaxça”) – 7.
Turun rəqəmi
34 – Okan Burukun “Qalatasaray”ı səviyyəsini o qədər yüksəldib ki, az qala hər tur yeni rekord qeydə alınır. İstanbul nəhəngi bu turu qələbə ilə başa vurmaqla mühüm göstəricilərə nail oldu. Komanda keçirdiyi ilk 12 qarşılaşmada 36 mümkün xaldan 34-nü toplayıb. Bu, tək “Cim-Bom”un özünün yox, bütövlükdə turnirin tarixinin ən yaxşı startıdı. İndiyə qədər 12-ci oyunu 34 xalla tamamlayan komanda olmamışdı. 12 oyuna 11 qələbə də superliqanın yeni rekordudu!
Turun ulduzu
Oğuz Aydın (Fənərbaxça) – bu futbolçunun bu mövsüm yaşadıqları bir daha göstərir ki, səbrli olduqda və qarşıya qoyulan hədəfdən vaz keçmədikdə gec-tez bunun bəhrəsini görürsən. Yayda transfer edilən və bu həftəyə qədər “Fənərbaxça”da varlığı-ilə yoxluğu bilinməyən Oğuz Aydın birdən-birə “partladı”. Kayseri səfərində start heyətində şans qazanan 24 yaşlı vinger ilk 26 dəqiqə ərzində dubl etdi və oyunu 2 qol, 1 məhsuldar ötürmə ilə tamamladı. Oğuz 2007-dən bəri “Fənər”in heyətində ilk “11-lik”də meydana çıxdığı ilk superliqa matçında dubl edən birinci yerli futbolçu oldu!
Turun sitatı
Volkan Dəmirəl, “Bodrum”un baş məşqçisi:

“Əslində danışılacaq çox şey var. Komandamı təbrik edirəm. Həm 11, həm də 10 futbolçu ilə yaxşı müqavimət göstərdik. Azlıqda qalmasaydıq, nəticə belə olmayacaqdı. Dirəkdən dönən zərbəmiz oldu. Liderə qarşı sərgilədiyimiz bu oyundan məmnünam. Gənc oyunçumuz iki dəfə qaydanı pozdu və hər ikisində sarı vərəqə aldı. Hakim ilk vərəqəni zatən çox asan göstərmişdi. İkinciyə nə ehtiyac var idi? Federasiyadan xaiş edirəm ki, futbolu bilənlər oyunları idarə etsin. Bu gün 11-10-a yox, 14-10-a oynadıq. Ona görə də 0:1 yaxşı nəticədi”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Əslində çox da çətin oyun olmadı. Sadəcə, ikinci qolu heç cür vura bilmədik. Hər iki komandanı təbrik edirəm. Çünki bu şərtlər altında oynamaq hər iki tərəfə çətin oldu. “Bodrum” bəlkə də buna bu şərtlərə alışıb. Amma qətiyyən futbol ab-havası yox idi. Ot yaxşı biçilməmişdi, üstəlik meydan sulanmamışdı. Bütün bunlara külək də əlavə olundu. Bu, rəqibin oyununu pozmaq üçün qəsdən atılmış addımlara bənzəyir. Amma “Bodrum” yaxşı komandadı və özü də bundan əziyyət çəkdi. 90 dəqiqə ərzində qapımız önündə cəmi bir ciddi qol vəziyyəti yarandı. Qırmızı vərəqə doğru idi. İstənilən halda o hərəkətə görə ikinci sarı vərəqə düşürdü. Bunu tək mən yox, hər kəs söyləyir. Azlıqda qalandan sonra onlar tam geri çəkilib əks-hücumlara bel bağladılar. Biz isə bəzi anlarda çox qol vurmaq sevdasına qapıldıq. 6-7 oyunçu ilə hücuma qoşulduğumuz anlar oldu. Bu üzdən bəzən əks-hücumlarda yaxalandıq. Əsas odu ki, qalib gələrək seriyamızı və rekordlarımızı davam etdirdik. 12-ci oyunlar üçün rekord bir xal toplamışıq. Bu stadiona ilk dəfə böyük komanda gəldi. Amma stadion yetərli deyil. “Bodrum” kimi klubun daha gözəl stadionu olmalıdı”.


Joze Mourinyo,

“Fənərbaxça”nın baş məşqçisi: “Fərq tez açıldığından oyunun gedişində müəyyən konsentrasiya itkisi yaşadıq. Ötürmələrdə sadə səhvlərə yol verdik. Bu üzdən qollar buraxdıq. Bu gün 6 qol vurduq. Amma diqqətli olsaydıq, 10 qol da vura bilərdik. Rəqibin hazırlaşmaq üçün 2 həftəsinin, bizim isə tam heyətlə hazırlaşmaq üçün cəmi 2 günümüzün olduğunu nəzərə alsaq, önəmli bir qələbə qazandıq. Az oynayan futbolçularımızın haqqını verməliyəm. Məşqlərdə çox yaxşı çalışırlar. Biz də onlara şans veririk. İrfan Can Kahveciyə də təşəkkür edirəm. Zədəsi tam sağalmasa da, hər ehtimala qarşı ehtiyatda oturdu. Amma ona bu gün ehtiyac qalmadı. 3:0-dan sonra oyunun 3:2-yə gəlməsi mani qane etmədi. Bu qədər asan keçən oyunu belə çətinləşdirməməliyik. 3:0-dan sonra rahatlaşmamalı, əksinə 4-cü, 5-ci, 6-cı qolları vurmağa çalışmalıyıq. Ona görə də bu gün oyunumuzdan tam razı qalmadım. Mənim arzularımdakı komanda bu oyunu 6:2 yox, 8:0 hesabı ilə başa vurmalı idi!”


Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:

“Bizim üçün sonluq çox üzücü alındı. Əslində bundan gözəl başlanğıc ola bilməzdi. İlk 10 dəqiqədə enerjimiz yüksək idi və iki topluq üstünlük yaxaladıq. Amma standart zərbələrdə diqqətsizliyə yol verdiyimiz üçün 2 top buraxdıq. İkinci hissədə hücumda istədiyimiz kimi oynaya bilmədik. Əslində boşluqlar yaxaladıq. Amma “Göztəpə” yaxaladığı boşluqlardan bizdən daha yaxşı istifadə etdi. Rəqib bizi əks-hücumlarda daha iki dəfə cəzalandırdı. 2:3-dən sonra oyunçular gərginləşdi. Normal oyunumuzdan da uzaqlaşmağa başladıq. Bu nəticəyə görə üzərimdə məsuliyyət hiss edirəm. Daha yaxşı müdafiə olunmalıyıq. Xüsusilə standart zərbələrdə topa birinci həmləni etmək çox önəmlidi. Ötən mövsümü bu komanda liderdən 46 xal geridə tamamlamışdı. Hansı çempionluqdan bəhs edə bilərik? Çempionluqdan danışmaq üçün mövsümə yaxşı başlamalı və sabit şəkildə davam etməlisən. Bu baş verdikdə apreldə artıq çempionluq mülahizələri yürütmək olar. Biz isə yaxşı başlasaq da, son oyunlarda istədiyimiz performansı sərgiləyə bilmirik. Zirvədən uzaq düşmüşük və bunun da məsuliyyəti mənim üzərimdədi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri