Beşiktaş klubu 32 yaşlı futbolçunu satışa çıxardı: 15 milyon avro ver, aı!
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Beşiktaş" klubu bir aydan çoxdur müxtəlif bəhanələrlə komandada oynamaqdan yayınan portuqaliyalı futbolçu Rafa Silva ilə bağlı nəhayət, qərar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, özünü "naz"a çəkən 32 yaşlı fubolçu satışa çıxarılıb.
Bu barədə "Beşiktaş" klubunun prezidenti Serdal Adalı açıqlama verib: "Rafa Silvanın komanaakı vəziyyəti qeyri-müəyyəndir. Texniki heyətimiz onu izləyir. Oynamaq istəsə, oynayacaq. Bununla belə, ona 15 milyon avro dəyər kəsdik. O məbləği gözləyirik. Haqqı ödəyən, onu alır. Vaxtilə bu oyunçuya imza bonusu verilib. Bu məbləğ geri ödənilməlidir. Mən dedim ki, mövsümün ortalarına qədər oyna, sonra görərik. O, sonuncu dəfə vitse-prezident Murat Kılıçla danışdı. Rafa Silva bir daha sonra görüşmək istəmədi. Bundan başqa, onunla heç bir ünsiyyətimiz olmayıb".
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















