Icma.az
close
up
RU
Beşiktaş tarixinə damğa vurmuş Bobo Türkiyə mətbuatına nələr dedi?

Beşiktaş tarixinə damğa vurmuş Bobo Türkiyə mətbuatına nələr dedi?

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

''Beşiktaş''ın bir qədər stajlı fanatları yəqin ki, Bobonu gözəl xatırlayır.
''Football-plus.az'' xəbər verir ki, tam adı Deyvison Rojerio da Silva olan və futbol dünyasında Bobo kimi tanınan braziliyalı forvard adını ''Beşiktaş'' tarixinə yazdırmağı bacarıb. 2006-11-ci illərdə bu klubda top qovan və 222 rəsmi oyunda 94 qol, 36 məhsuldar ötürmə ilə fərqlənən ''sambaçı'' indiyə qədər də klub tarixinin ən məhsuldar oyunçusu statusundadı. O, İstanbul nəhəngində 1 çempionluq olmaqla 6 titul qazanıb. Bobo Türkiyədə ''Beşiktaş''dan başqa ''Kayserispor'' (73 oyun, 36 qol) və ''Alanyaspor''un (14 oyun, 3 qol) da şərəfini qoruyub. ''Fanatik'' nəşri karyerasını 2022-ci ildə başa vuran Bobo ilə söhbətləşmək və keçmişi yada salmaq qərarına gəlib:

''Karyeramı bitirdikdən sonra bir müddət məşqçilik kurslarına qatıldım. Bundan başqa ailəmlə vaxt keçirərək dincəldim. Son dönəmlərdə gənc oyunçuların meneceri kimi fəaliyyət göstərməyə başlamışam. Çox gənc yaşımda Türkiyəyə yollanmışdım. Amma ''Beşiktaş''da bir-birindən gözəl və unudulmaz illər keçirdim. Əslində ''Kayserispor''dakı karyeramın da uğurlu alındığını düşünürəm. O klubda oynamaq da mənə böyük zövq verirdi. Amma ''Alanyaspor''dakı karyeram daha çox meydandan kənar olaylar üzündən istənilən şəkildə alınmadı. Bu günə qədər də ''Beşiktaş'' tarixinin ən çox qol vuran əcnəbi futbolçusuyam. Belə bir nəhəng klubda bu cür statusa malik olmaq mənim üçün böyük qürurdu. Qollarımla həqiqətən də bir dönəmə damğa vurdum və titullar qazandıq. ''Fənərbaxça''ya qarşı derbidə və ''Liverpul''a vurduğum qollar mənim üçün özəldi. O qolları heç vaxt unutmayacam. ''Liverpul''u evdə məğlub etdiyimiz oyunda fanatlarımızın təzahüratları hələ də sanki qulağımdadı. Həmin oyun həqiqətən də karyeramda xüsusi yer tutur. ''Beşiktaş''da oynadığım dönəmdə bizim üçün ən çox Kayseri səfərləri çətin keçirdi. Çünki o dönəmdə ''Kayserispor''un həqiqətən də yaxşı komandası var idi. Türkiyə çempionatını imkan düşdükcə izləyirəm. Görünən odu ki, bu mövsüm də ''Qalatasaray'' çempion olacaq. Amma ''Beşiktaş''ın yaxşı bir seriya yaxalayıb yuxarı pillələrə qayıdacağını düşünürəm. Fürsətdən istifadə edərək ''Beşiktaş'' fanatlarına da salamlarımı göndərirəm. Onların hər zaman qəlbimdə xüsusi yeri var. Yeri gəlmişkən, bu yaxınlarda İstanbula gəlməyi və ''Beşiktaş''ın ev oyununu ziyarət etməyi planlaşdırıram. Bu klubu heç vaxt unutmayacam''.


ƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Yanvar 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri