Beşiktaşda 23 Aprel tədbiri: Azərbaycanlı uşaqlar diqqət mərkəzində
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
23 aprel tarixində Beşiktaşda Ulusal Egemenlik ve Çocuk Bayramı (Milli Suverenlik və Uşaq Bayramı) münasibətilə tədbir keçirilib.
Gununsesi.info-ya bu barədə Palmali Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.
O bildirib ki, tədbir Beşiktaşın icra başçısı Oğuzhan Bingöl, polis rəisi Serkan Gömce və Beşiktaş Təhsil Şöbəsi müdiri Sedat Işıkın iştirakı ilə Süleyman Seba Kültür ve Sanat Mərkəzində baş tutub.
“Maarifin Kalbinde Çocuk” şüarı ilə keçirilən proqramda Bosniya və Herseqovinadan olan uşaqlarla bərabər azərbaycanlı uşaqlar da iştirak ediblər.
O cümlədən, Türk mətbuatı və protokolu ilə zəngin olan tədbirdə Beşiktaşın ərazisində yerləşən bütün məktəblər iştirak edib.
Qeyd edək ki, azərbaycanlı uşaqlar tədbirdə həm istedadları, həm bacarıqları, həm də davranışları ilə hər kəsin rəğbətini qazanıblar.
Belə ki, onlar sözügedən tədbirdə eyni zamanda “Sarı gəlin” və “Arşın mal alan” rəqsləri ilə ölkəmizi layiqincə təmsil ediblər.
Rəqsdən sonra Beşiktaş icra başçısı və tədbirdə iştirak edən qonaqlar azərbaycanlı uşaqlara yaxınlaşaraq onlara təşəkkür ediblər.
Qeyd edək ki, adıçəkilən məktəb azərbaycanlı iş adamı Mübariz Mənsimov tərəfindən dəstəklənir.
Günay Mahirqızı
Gununsesi.info
Baxış sayı:167
Bu xəbər 23 Aprel 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















