Icma.az
close
up
RU
Beşiktaşın iki yetirməsi dopinqə görə dördillik cəza aldı!

Beşiktaşın iki yetirməsi dopinqə görə dördillik cəza aldı!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Son dönəmlərdə tanınmış futbolçuların dopinq testdə ilişməsi faktına heç də az rast gəlinmir.

Ötən il bu aqibətlə Pol Poqba üzləşmişdisə, son günlərdə bu baxımdan ''Çelsi''nin ukraynalı vingeri Mixail Mudrikin adı gündəmdən düşmür. Bu bəla Türkiyə futbolundan da yan ötməyib.
''Beşiktaş''ın yetirmələri olan və yaxın keçmişdə perspektivli hesab olunan iki futbolçunun başı çox ciddi bəlaya düşüb. Söhbət Əmirhan Delibaş və Berkay Vardardan gedir. Dekabrın 18-də insayder Yağız Sabuncuoğlu hər iki futbolçunun Türkiyə Futbol Federasiyası tərəfindən 4 illik cəza alması xəbərini Türkiyə futbol ictimaiyyətinə çatdırdı. Onların adi sinik analizində dopinqə rast gəlinibmiş. B analizi də müsbət çıxıb. Amma bu futbolçulardan nə vaxt analiz götürüldüyü, onlardan nə zaman və konkret hansı maddə tapıldığı haqda məlumat yoxdu. Adətən belə xəbərlər dərhal mətbuatın bəzəyinə çevrilir. Amma bu məsələdən ictimaiyyət yalnız Əmirhan ilə Berkaya birbaşa cəza verildikdən sonra xəbər tutdu.
Hər iki futbolçu ümumi bir bəyanat yayıb. Onlar bu olayın karyeralarına ciddi kölgə saldığını və günahsız olduqlarını sübuta yetirməyə çalışacaqlarını qeyd ediblər. Zatən bu cür vəziyyətdə olan idmançıların 99 faizi günahsız olduğunu iddia edir. Həm Əmirhan, həm də Berkay 2003 təvəllüddü. Onların hər ikisi 2021-də ''Beşiktaş''la ilk peşəkar müqaviləni imzalayaraq əsas komandaya dəvət olunmuşdu.
Maraqlıdı ki, Berkay 2021-də Çempionlar Liqasında ''Ayaks''la qarşılaşmada debüt matçına çıxmışdı. O matçda meydanda olduğu 17 dəqiqə onun ilk mövsümdə şans qazandığı yeganə oyun oldu. 2022/23-də bir neçə oyunda forma geysə də, onun ''Beşiktaş''ın səviyyəsinə uyğun gəlmədiyi dərhal hiss olundu. Ötən mövsümün ilk dövrəsini icarə əsasında ''Şerif''də keçirən yarımmüdafiəçi bu ilin yayında İstanbul nəhəngindən ayrılaraq ''Fatih Karagümrük''ə yollandı. Əmirhan Delibaşın da karyerası bənzər şəkildə irəliləyib. Fərq ondadı ki, ''Ayaks''la matçda o, iştirak ərizəsində olsa da, meydana çıxmadı və ötən mövsümün ilk dövrəsini icarə əsasında ''Şerif''də yox, ''Göztəpə''də keçirdi. O da Berkay kimi bu yay ''Qartal''dan birdəfəlik ayrılaraq 1-ci liqa təmsilçisi ''Fatih Karagümrük''ə yollandı.
Görünür, klub rəsmiləri bu qalmaqallı məsələdən hələ avqustda xəbər tutubmuşlar. Çünki həm Berkay, həm də Əmirhan ''Karagümrük''də ilk və son oyununu avqustda keçirib. O vaxtdan bu yana onların adları heç iştirak ərizəsinə də düşməyib. Hər iki futbolçu eyni fərdi məşqçi ilə məşq edirdi. İkisi də iddia edir ki, dopinq onların qanına fərdi məşqçinin vurduğu iynə ilə keçib. Guya onlar həmin iynədə qadağan olunmuş maddə olduqlarını bilmirdilər. Hər iki futbolçu həmin fərdi məşqçidən maddi və mənəvi ziyanın ödənilməsini tələb edərək məhkəməyə müraciət ediblər.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri