Bu il Ermənistanda 20 dək əsgər ölüb
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistanın Sotk yaşayış məntəqəsində yerləşən hərbi hissədə meyiti aşkarlanan hərbçinin kimliyi və həyatı ilə bağlı yeni məlumatlar yayılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölən hərbçi 19 yaşlı Narek Badalyandır. O, Geğarkunik vilayətinin Qavar şəhərindəndir.
Ermənistan Müdafiə Nazirliyi noyabrın 18-də hərbi hissədə müqaviləli hərbi qulluqçunun öldüyünü açıqlamışdı.
Narek Badalyan bir il əvvəl hərbi xidmətə çağırılıb. Xidmətinin altıncı ayından sonra isə müqaviləli hərbi xidmətə keçmək üçün raport yazıb.
İlkin məlumata görə, hərbçi başından aldığı odlu silah yarası nəticəsində həyatını itirib. Hadisənin başvermə şəraiti araşdırılır.
2026-cı ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində hərbçilərin ölümü ilə bağlı təxminən 20 hadisə qeydə alınıb. Bu insidentlər ölkə ictimaiyyətində geniş rezonans doğurub, orduda hərbi intizam, nizamnamədənkənar münasibətlər və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Noyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















