Beşiktaşın sabiq qapıçısı Bavariya forması geyinəcək? Alman klubu çarəsiz qalıb
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Bir müddət icarə əsasında "Beşiktaş"ın qapısını qoruyan, lakin sonradan uğursuz karyerası və sevgi macəraları ilə arabir gündəmə gələn qolkiper Loris Kariusun adı sensasiyalı transfer danışıqlarında hallanmağa başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bavariya" əsas qapıçı Manuel Noyerin zədələnməsi, ikinci qapıçı Sven Ulreyxin şəxsi səbəblərdən komandada olmamasından sonra 3-cü qapçıya əvəzedici axtarır.
Almaniyanın məşhur "Bild" nəşri yazır ki, Bavariya" bir müddət "Beşiktaş"da oynamış və bonoservisi əlində dolaşan komandasız Loris Kariusu 4-cü ehtiyat qapçı kimi heyətinə cəlb etməyə hazırlaşır: "Almaniyanın nəhəng klubu hazırda 3-cü qapıçı Daniel Peretzin ümidinə qalıb. Ona bir şey olsa, komanda faktiki qapçısız qalacaq. Bu səbəbdən klub təcili çıxş yolu axtarır. Hazırkı durumda ən uyğun namizəd isə "havada olan" Loris Kariusudur. Klub onu məcburən heyətinə cəlb etmək üçün danışıqlara başlayıb".
Xəbərə görə, "Bavariya" ona karyerasının ən az maaşını təklif edib: "Güman ki, 31 yaşlı Loris bu təkliflə razılaşacaq...".
Onu da bildirək ki, Loris Karius son 5 ildə 3 komanda ilə müqavilə bağlayıb və cəmi 10 rəsmi matçda oynayıb. "Liverpul"da isə meydana bir dəfə olsun belə, buraxılmayıb.
Fərid Aslan
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 Dekabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















