Icma.az
close
up
RU
Beşinci sosial paketin ikinci mərhələsinə start verildi

Beşinci sosial paketin ikinci mərhələsinə start verildi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyulun 1-dən etibarən ölkəmizdə beşinci sosial paketin ikinci mərhələsinə start verilir. Prezident İlham Əliyevin cari il iyunun 12-də imzaladığı “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri orta hesabla 20-30 faiz artırılıb. Belə ki, növbəti sosial paket çərçivəsində əmək pensiyası hüququ olmayan birinci qrup əlilliyi olan şəxslərin aylıq müavinəti 270 manatdan 300 manata, ikinci qrup əlilliyi olanların müavinətləri 220 manatdan 250 manata, üçüncü qrup əlilliyi olan şəxslərin müavinətləri isə 150 manatdan 180 manata qaldırılıb. Ailə başçısını itirməyə görə müavinət 120 manatdan 140 manata çatdırılıb.

Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır...

Sosial dövlət modelinin nümunəsi

Həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləği 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətin  məbləği 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq və beşdən çox uşağı olan qadınlara hər uşaq üçün müavinət 140 manata, övladlığa götürülən uşağa görə isə müavinət 240 manata  çatdırılıb.

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə, müavinətlər 0-6 yaş arası uşaq üçün 500, 7-13 yaş arası uşaq üçün 600, 14-18 yaş arası uşaq üçünsə 650 manat məbləğində müəyyənləşib. Uşağın anadan olmasına görə, müavinətin məbləği 600, habelə dəfn üçün müavinətin məbləği 600 manat təsdiqlənib.

İyulun 1-dən təqaüdlərin məbləği də təxminən 25-30 faiz həddində artırılır. “Vətən Müharibəsi Qəhrəmanı”na verilən aylıq təqaüdün məbləği 2200, Milli Qəhrəmanlar üçün 2000, şəhid ailəsi üçün 700, həmçinin 20 Yanvar şəhidinin ailəsi üçün 700, Əfqanıstanda döyüşlərdə həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 700 manat  məbləğində müəyyən olunub, Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən təqaüdlər isə birinci qrup üzrə 600, ikinci qrup üzrə 500, üçüncü qrup üzrə 400 manat təsdiqlənib.

Sonuncu artımlar 1,1 milyon vətəndaşı əhatə edəcək

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği isə 1700 manat müəyyən edilib. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat həddində təsdiqlənib.

Beləliklə, təkcə iyulun 1-dən qüvvəyə minən beşinci paketin növbəti mərhələsi üzrə sonuncu artımlar 1,1 milyon vətəndaşı əhatə edəcək. Bu, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsi kimi səciyyələndirilə bilər və vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsinə xidmət edən siyasətin nümunəsidir.

Ötən 6 ayda 1 milyondan çox insanın rifahı yaxşılaşıb

Qeyd edək ki, 2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində bir sıra sahələrdə sosial artımların icrasına start verilib. Dövlət başçısının  imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamına uyğun olaraq, minimum aylıq əməkhaqqının məbləği 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Vahid tarif cədvəlinə (VTC) əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə (sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma və s) çalışan işçilərin əməkhaqları artırılıb. Habelə minimum pensiyanın məbləği 280 manatdan 320 manata çatdırılıb, əmək pensiyalarının artımı təmin olunub. Ehtiyac meyarının məbləğinin 2025-ci il yanvarın 1-dən 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləği də artırılıb.

Həmçinin dövlət başçısının “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamına əsasən,  Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı və Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri və filialları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Dövlət Film Fondu, Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Milli Aerokosmik Agentliyinin Aparatı, Milli Kulinariya Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqların maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Nəticədə, ötən 6 ayda 1 milyondan artıq vətəndaşın sosial həyatında müsbət dinamika baş verib.

Dövlət büdcəsindən 1,4 milyard manat ayrılacaq

Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Müdafiə Nazirliyinin və digər güc strukturlarının həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib.

Ümumilikdə, beşinci sosial paket 3 milyon vətəndaşımızı əhatə etməklə, pensiya, minimum əməkhaqqı, maaş, sosial müavinət və təqaüdlərin hər birinin artımlarını təmin etməyə xidmət edir. 2025-ci ildəki artımlar üçün dövlət büdcəsindən illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu sosial rifah proqramı ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini əks etdirməklə, dövlətin yürütdüyü siyasətin mərkəzində vətəndaş rifah prinsipinin dayandığını bir daha təsdiq edir.

Beləliklə, növbəti sosial islahat paketinin həyata keçirilməsi ölkədə əhalinin rifah halının və sosial təminatının və həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində əvvəlki illərdə aparılan sosial qayğı strategiyasının mühüm tərkib hissəsi hesab edilə bilər.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyul 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri