Icma.az
close
up
RU
Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə başlanılıb

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə başlanılıb

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyulun 4-də beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə başlanılıb. SİA xəbər verir ki, tədbirdə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkəmizin gələcəyini formalaşdıracaq intellektual liderlərin aşkara çıxarılması və yetişdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. O qeyd edib ki, burada fərqlənərək ön sıralara yüksələnlər yaradıcılığı, analitik düşüncəsi, çevik qərarvermə bacarığı və komandada işləmək qabiliyyəti ilə seçilirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbi olduğunu deyib. O bildirib ki, gənclərin potensialından daha səmərəli istifadə etmək, professional peşə vərdişlərini inkişaf etdirmək və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında ildə 2 dəfə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramı təşkil olunur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında “Yüksəliş” müsabiqəsinin yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması üçün unikal platforma olduğunu qeyd edib. O bildirib ki, kadr hazırlığı sisteminin perspektiv peşələrə dönüşü və innovativ iqtisadiyyatın tələbatına cavab verə biləcək kadr potensialının formalaşdırılması, ölkədə liderlik potensialının və peşəkarlığın artırılması, gələcək ictimai inkişafın yeni keyfiyyət mərhələsini səciyyələndirəcək.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il Kənd Təsərrüfatı Nazirliyi ilə “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində nazirlik sistemində fəaliyyət göstərən əməkdaşlar üçün “Üfüq” Karyera İnkişaf Proqramının həyata keçirildiyini deyib. O bildirib ki, müsabiqə nəticəsində 2771 nəfər arasından qalib olan 30 nəfərin inkişaf proqramlarına, müxtəlif təlimlərə, kouçinq sessiyalarına cəlb edilməsi nəzərdə tutulur.

“Yüksəliş” müsabiqəsinin builki konsepti Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə həsr edilib. Eyni zamanda, builki konsept 44 günlük Vətən müharibəsində Zəfərimizin 5 illiyi və “Yüksəliş” müsabiqəsinin 5-ci mövsümü ilə birbaşa bağlıdır.

Müsabiqədə 329 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq yarımfinal mərhələsinə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları üzərindən öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar.

Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı”(Assessment Conference) metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.

Yarımfinal mərhələsi iyulun 6-da başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar iyulun 18–20-də keçiriləcək finalda iştirak etmək hüququ qazanacaqlar. Beləliklə, beşinci “Yüksəliş” müsabiqəsi iyulun 20-də yekunlaşacaq və ölkənin ən istedadlı kadrları arasında növbəti qaliblər müəyyən olunacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri