Icma.az
close
up
RU
Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrisyan mətbuat konfransı zamanı qeyd edib ki, Baş nazir Nikol Paşinyan sülh məsələsində səmimi deyil. O, Zəngəruz məsələsindən danışarkən isə Zəngəzurla bağlı ciddi təhlükələr gördüyünü bildirib.

Redaktor.az-a açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, o, Levon Ter-Petrosyan Nikol Paşinyan haqqında dedikləri və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlərin əslində heç bir əsası olmadığı qənaətindədir:

"Tutarlı dəlil gətirə bilmədiyi üçün onun bu fikirlərini siyasi hakimiyyətə qarşı sadəcə növbəti avantüra adlandırmaq olar. Amma onun dedikləri ətrafında bəzi məqamların üzərində dayanmaq olar.

Levon Ter-Petrosyan Zəngəzur dəhlizinin “Zəngəzur nəqliyyat mərkəzi” olaraq adlandırılmasını qeyd edib və Zəngəzur dəhlizi termininin qorxulu olduğunu hesab edir. Amma nəyə görə qorxulu olduğunu sübut etmək üçün heç bir dəlil gətirə bilməyib. Doğrudur, o bunu beynəlxalq hüquq normaları çərçivəsində gördüyünü desə də, paralel olaraq Ermənistanın suveren hüquqlarına təhlükə mənbəyi olaraq da gördüyünü istisna etmir".

Müsahibimiz vurğuladı ki, Levon Ter-Petrosyan hazırda Ermənistanda ən ciddi müxalifət liderlərindən biridir:

"Onun bu fikirləri mütləq həqiqəti əks etdirməyə bilər, amma bir müxalifət lideri kimi hökuməti bu istiqamətdə ayıq-sayıq olmağa çağırışlar etməklə xalq arasında öz reytinqini yüksəltməyə çalışmaq haqqı da var. Ən azından, öz ölkəsində onun səsləndirdiyi fikirlər mümkün variantlardan biri olaraq dəyərləndirilə bilər. Onun sülh danışıqları prosesi zamanı, sülh sazişi ilə bağlı və ümumiyyətlə Nikol Paşinyanın xüsusilə də xarici siyasətini tənqid etməsi, hətta sərt tənqid etməsi halları çoxdur və bu səbəbdən keçirdiyi son mətbuat konfransında səsləndirdiyi fikirləri də bu qəbildən olan hökumətə qarşı təzyiq olaraq əlaqələndirmək olar. Zəngəzur dəhlizinin reallaşmasının qarşısının alınmasına yönəlik hansısa təhlükənin olması çox zəif ehtimaldır və hesab edirəm ki, bu ehtimal yalnız siyasi məqsədlər üçün istifadə olunan fikirlərdir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:414
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri