Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Bəşir Səfəroğlu gülüşünün doğma sənət balası

Bəşir Səfəroğlu gülüşünün doğma sənət balası

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Afaq Bəşirqızı – 70                        

Onun adı gələndə çöhrələrə təbəssüm qonur. Bu, Azərbaycanın ünlü teatr və kino sənətçisi, Xalq artisti Afaq Bəşirqızıdır. Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyində atdığı ilk kövrək sənət addımları tezliklə mətinləşib və onu milyonların sevimlisinə çevirib. Artıq yarım əsrdən çoxdur ki, gülüş ustası Afaq xanım səhnədə və ekranda yaddaqalan obrazlar yaradır.  

Soyadı Səfərova olan Afaq Bəşir qızı 15 avqust 1955-ci ildə Bakıda dünyaya göz açıb. Buradakı 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçmədiyi üçün qəbul olunmayıb və atasının yolu ilə getməyi qərara alıb.1974–1979-cu illərdə İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İki il sonra Sumqayıt Dövlət Dram Teatrında çalışmağa başlayıb, 1989-cu ildə isə atası Bəşir Səfəroğlunun ruhunun daim pərvaz elədiyi Musiqili Komediya Teatrına dəvət alıb. Harada çalışmasından asılı olmayaraq, Afaq Bəşirqızı oynadığı tamaşaların əsas uğur dağarcığı olub. Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində aktyorluq kursunda dərs deyir, professordur. 

Afaq xanım Lənkəran səhnəsində Sərvinaz, Dürdanə, Fəxrəndə, Pəri xanım, Pakizə kimi ad qoyub. Sumqayıt teatrında Humay, Klava, Xəbərçi Xədicə, Ziba, Gülbadam, Sənəm, Şənbə xanım olub, amma “Bəxt üzüyü”nün Söylüsü onların hamısını qanadının altına yığıb. “Muzkomediya”da Ofelya xanım, Qızbacı, Sənəm, Güldəstə, Zalxa, Xanuma, Kimyagər, Minnət xanım, Qəmzə, Roza... olaraq qəlbləri  fəth edib. Bu obrazların hamısı bir istedad düyünündə birləşib və bir adın – Afaq Bəşirqızının sənətkar kimi şöhrətlənməsinə layiqli xidmət göstərib.  

Sumqayıt teatrının 80-ci illərdə baş rejissoru olan Yusif Əkbərovun tamaşaya qoyduğu “Bəxt üzüyü” (Vaqif Səmədoğlu) komediyasını indi də xatırlayanda könlümüzü xoş duyğular sarır. Premyerası çox uğurla keçən bu əsər inanılmaz şöhrət qazandı, uzun müddət repertuarda yaşadı və az qala hər tamaşası anşlaqla keçdi. Afaq Bəşirqızı (Söylü), Valeh Kərimov (Moşu), Vaqif Əliyev (Müstəntiq), Məzahir Süleymanov (Tanrıbəy), Sabir Məmmədov (Hüseyn) və başqalarının sanballı aktyor ansamblı onlara çox böyük tamaşaçı məhəbbəti qazandırdı. Komik ifalar – “Fatma cijisindən” sitatlar gətirən Söylünün Moşu Göyəzənli və Seda ilə, “xoşbəxtlik” sözünə qafiyə tapa bilməyən şairin bəxt üzüyü itən qonşusu Sara və Kefli İsgəndərin “xələf”i – alkaş Hüseynlə, onunsa Tanrıbəy dayı ilə real həyata uyğun, təbii koloritli dialoqları, ekspromt replikaları, improvizələri dillər əzbəri oldu. 

Bir sumqayıtlı kimi şahidiyəm ki, təkcə Bakıdan deyil, bütün bölgələrdən, hətta Gürcüstandan da dolu avtobuslarla adamlar bu tamaşaya baxmaq üçün şəhərimizə axın edirdilər. Sonra tamaşanın ekran inikası olan eyni adlı film də çəkildi. Bu şöhrətin baş səbəbkarlarından biri məhz Afaq xanım idi. 

Yeri gəlmişkən, o vaxt bir “Qaraqaya”Assosiasiyası vardı və qurumun rəhbərliyi Afaq xanımın sənətinin əsl pərəstişkarı idi. Ondan nə istədiyini soruşanda “Bəxt üzüyü”nün ekranlaşdırılmasını arzu etdiyini deyib və beləliklə gözəl tamaşa kimi, sevimli film də meydana gəlib. Afaq xanımın kinoda “hindiski film”lər haqqında dediyi “Qabağı ağlamalıdı, dalı hırıldamalı” fikrini kiçik interpretasiya ilə “Bəxt üzüyünə də şamil etmək olar: üzdən gülməlidir, dərin qatlarında isə ağlamalı. Bu ekran əsərində çəkilən uşaqlardan biri də Afaq xanımın oğlu Səmraldır.  

Onu da deyim ki, Səmralın atası Əhməd Təhməzovu da lap gənclik illərindən tanıyıram. Mən universitetin jurnalistika fakültəsinin qiyabiçi tələbəsi ikən çoxtirajlı “Kimyaçı” qəzetində çalışırdım. Əhməd Təhməzov isə redaksiyamızın yaxınlığındakı zavodun sexlərindən birində sahə ustası idi. Səhv etmirəmsə, Ceyranbatanda yaşayırdı və yaxın olduğuna görə, gəlib Sumqayıt teatrının bütün tamaşalarına baxırdı. Onunla görüşlərimizdə vurğunu olduğu səhnə sənəti barədə söhbətlər edirdik. Sən demə, teatrın parlaq ulduzu Afaq Bəşirqızının sənəti kimi, özünə də aşiq olub-
muş. Bir də eşitdim ki, ailə qurublar. İlk fürsətdəcə Əhməd müəllimi ürəkdən təbrik elədim. 

2013-cü ildə “Şöhrət” ordeninə, 2015-ci ildə isə Prezidentin fərdi təqaüdünə  layiq görülmüş Afaq Bəşirqızı sənət sevgisi ilə bir örnəkdir. O, Bəşir adlı elə bir çağlar bulağın şəffaf, şaqraq suyudur ki, cilvələrinə çoxları həsəd aparır. Teatrdakı peşəkarlığı ilə səhnənin ruhunu dəyişməsi bir yana, kinodakı oyunları ilə film kadrların işığının daha da artmasına, seyrçilərin qeyri-iradi olaraq gözlərini ekrana zilləməsinə səbəb olub. Afaq xanımın filmoqrafiyasını Darçınbəyim (“Evləri köndələn yar”), Zəhra (“Yaşıl eynəkli adam”), Bağça müəlliməsi (“777 nömrəli iş”), Suğra (“Bala – başa bəla”), Ayka (“Yarımştat”), Gülya (“Nekroloq”), Satıcı qadın (“Girov”), Ağanaz (“Qaynanamız” serialı), Fatma xala (“Həddən artıq uyğunluq”) və sair obrazlar bəzəyir.

Həmişə gülüb-güldürən Afaq Bəşirqızının ağlamadığı günlərin olmadığını demək də düzgün olmaz. Bir dəfə hələ məktəbli ikən onu atasının silləsi ağladıb. Özü danışır ki, 20 qəpik verib sinif yoldaşından sapand alıbmış. Atası onun  gündəliyinə baxmaq üçün çantasını açanda sapandı görüb. Tərs kimi həmin gün ona dərsindən də “5” yox, azca aşağı qiymət veriblərmiş. Buna görə ata silləsini “dadıb”.

Bir dəfə də komik rollar ifaçısının ağlamasına şəxsən özüm şahid olmuşam. Təxminən 40 il əvvəl dövlət televiziyasında müxbirlik etdiyim vaxtlar idi. Afaq xanım xətrini çox istədiyi sevimli rejissorumuz – unudulmaz Xalq artisti Barat Şəkinskayanın qızı, ilk qadın telerejissorumuz Solmaz Həmzəyevanın yanına gəlmişdi. Otağa girəndə gördüm ki, Solmaz xanımla söhbət edə-edə ağlayır. Tez geri qayıtdım. Sonra Solmaz xanım mənə dedi ki, Bəşir Səfəroğludan danışırdıq, Afaq birdən kövrəlib göz yaşlarına hakim ola bilmədi...  

O, eyni zamanda, dostcanlı, təəssübkeş bir xanımdır. Sözünü cəsarətlə deyə bilir. 2019-cu ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdə Afaq Bəşirqızı bir çoxları kimi, özünün deyil, digər aktyorların və Teatr Xadimləri İttifaqının problemlərini dilə gətirməsi ilə də yadda qalıb. Bu, sənətə sıx bağlılıq, teatra böyük sevgi nümunəsidir.      

Bu il martın 11-də Afaq xanımın atası Bəşir Səfəroğlunun 100 yaşı tamam olub. İndi isə ailə estafetinin daşıyıcısının 70 yaşını qeyd edirik. Özündən 30 yaş böyük olan atasının üzünü cəmi 14 il görə bilib. Dəcəl uşaqlığı da elə onun ölümü ilə sona yetib... Mart ayında Bəşir Səfəroğlunun 100 illiyi münasibətilə ata yurdu Qubadakı Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” tamaşasını böyük uğurla təqdim edib. Afaq xanım 56 ildən bəri həyatda olmayan atasının ruhuna üz tutaraq deyib ki, gördüyüm, duyduğum qədərincə, sənin yoxluğunla heç bir azərbaycanlı sənətsevər barışmayıb, həmişə rəhmət qazanmısan. Əlavə edək ki, Bəşir Səfəroğlu ölməz sənəti ilə bərabər, Azərbaycan incəsənətinə Afaq Bəşirqızı kimi bir sənətkar övlad bəxş etdiyi üçün də rəhmət qazanıb.

Dünən bu yazını çapa hazırlayarkən xoş bir xəbər aldıq: Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Xalq artisti Afaq Bəşirqızı “Şərəf” ordeninə layiq görülüb. Sevimli aktrisamız bu təltifə münasibət bildirərkən deyib: Var olsun Prezidentimiz! “Var olsun xalqımız! Cənab Prezidentimizə mədəniyyətə, incəsənətə olan qayğısına görə təşəkkür edirəm! Daim medallar və ordenlərlə təltif olunmuşam. Tamaşaçılarımın diqqəti həmişə üzərimdə olub, ali rəhbərlik tərəfindən də qiymətləndirilmişəm”. O, həmçinin bütün incəsənət xadimlərinə çağırış edib: “Hamıya demək istərdim ki, mədəniyyəti qorumaq və Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək, sənəti yüksək səviyyəyə qaldırmaq lazımdır”.

Əli NƏCƏFXANLI  
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see318

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see263

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see232

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see223

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see219

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see217

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see216

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see206

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see206

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see203

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see198

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see194

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see193

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see190

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see188

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see179

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see171

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see170

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see168

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri