Icma.az
close
up
RU
Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əlverişli coğrafi mövqe və iqtisadi sabitlik ölkəmizi regionun cəlbedici investisiya mərkəzinə çevirib

Sentyabrın 25-26-da Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Forum institusional xarakter alan və Azərbaycanın uzunmüddətli investisiya strategiyasının mühüm platformasına çevrilən genişmiqyaslı, strateji proqram olduğunu təsdiqləməklə, yeni layihələrin təqdimatını həyata keçirmək, regional əməkdaşlığı genişləndirmək və Azərbaycanın Şərq ilə Qərb arasında iqtisadi körpü rolunu praktik layihələr vasitəsilə nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 2025-ci il sentyabrın 22-23 tarixlərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evi - “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews”in media və təşkilati dəstəyi ilə Bakıda keçirilib. Forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirib.

Qlobal investorlar üçün strateji platforma

Forumda regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, “yaşıl” enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutub. Tədbirin ikinci günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, “yaşıl” keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçirilib. Bu isə investorlar arasında sərmayə bağlantılarının təşviqi və reallaşması baxımından mühüm əhəmiyyət kəsb edib.

Birinci İnvestisiya Forumu ötən il mühüm sənədlərin imzalanması baxımından da əlamətdar olub. Belə ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanan “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb ki, müasir şəhərsalma prinsipləri, “yaşıl şəhərsalma”ya keçid və digər qabaqcıl sənaye texnologiyalarının tətbiqi üçün imkanlar yaradır. Habelə, Azərbaycan və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında “Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş” imzalanıb. Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib. Bundan əlavə, forumda “Emal olunmuş suyun alınmasına dair saziş” sənədi də imzalanıb.

Təşkilat Komitəsi - İnvestisiya siyasətinin beynəlxalq təqdimatı

Birinci forumun yaratdığı əməkdaşlıq mühiti və əldə olunan razılaşmalar fonunda Azərbaycan növbəti Beynəlxalq İnvestisiya Forumunu təşkil etməyi qərara alıb. Bu baxımdan, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu nümunəvi format kimi artıq ənənəyə çevrilən biznes ailəsinin Bakı platforması kimi xarakterizə oluna bilər. Yeri gəlmişkən, bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Forumun Təşkilat Komitəsi yaradılıb. Komitənin tərkibinə xarici işlər, maliyyə, mədəniyyət, daxili işlər, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər, rəqəmsal inkişaf və nəqliyyat, energetika nazirləri, eləcə də bir sıra dövlət qurumlarının rəhbərləri daxil edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Beləliklə, Təşkilat Komitəsinin yaradılması forumun tədbirdən daha çox, Azərbaycanın investisiya siyasətinin beynəlxalq səviyyədə təqdimatına xidmət edən davamlı platformaya çevrilməsi istiqamətində institusional addım kimi qiymətləndirilə bilər. 2025-ci ildə qurulan əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni investorların cəlb olunması baxımından ikinci forumun keçirilməsi Azərbaycanın investisiya strategiyasında mühüm hadisələrdən biri olacaq.

İqtisadiyyata 350 milyard dollar investisya qoyulub

Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Əlverişli coğrafi mövqeyi və iqtisadi sabitliyi ilə seçilən ölkəmiz regionun cəlbedici investisiya mərkəzlərindən birinə çevrilib. Ölkənin sabit iqtisadi mühiti investor etimadını gücləndirir. Azərbaycan investorlara güclü fiskal göstəricilər və iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təqdim edir. Sağlam və münbit investisiya iqlimi sayəsində 2004-2025-cü illər ərzində iqtisadiyyata 350 milyard dollardan çox sərmayə qoyulub, onun əhəmiyyətli hissəsi və ya 220  milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə edilmiş dayanıqlı etimad sayəsində əksər xarici şirkətlər mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməsi düzgün yol kimi seçməkdədir.

Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.

Ölkəmizdə iqtisadi artımın uzunmüddətli sabit trendə çevrilən qeyri-neft sektoru əsas inkişaf drayveri kimi həm yerli, həm də xarici investorların diqqətini cəlb edir. Qeyd edək ki, 2021-2025-ci illərdə qeyri-neft sektoru hər il orta hesabla 6-7 faiz artıb və ümumi iqtisadiyyatda payı 70 faizə yüksəlib. Eləcə də qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu amil də ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.

“Fitch” və “Moodys”un reytinqi yüksəlib

Qabaqcıl biznes ideyalarının tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 82 faizə  yüksəlib. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəltmiş və ölkənin maliyyə gücünü artırıb. Son 23 ildə dövlət büdcəsinin gəlirləri 24 dəfə, strateji valyuta ehtiyatları 25 dəfədən çox artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6 faizə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilib.

Azərbaycanın güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malik olması dünyanın nüfuzlu institutlarının hesabatlarında da öz əksini tapır. “Dünya Bankının ‘Business Ready” sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. “Fitch” və “Moodys” beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib.

Yeni sərmayələrin cəlbi üçün əlverişli fürsət

Ölkəmizdə qanunun aliliyinin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. İnvestorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli münbit şəraitinin yaradılması, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyinin artırılmasında yeni mərhələ açıb.

Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir. Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.

Bütün bu mühüm amillər beynəlxalq sərmayə ailəsinin Azərbaycana olan marağını, investisiya təşviqlərini daha da artırır. Məhz bu baxımdan ölkəmizdə keçiriləcək İkinci İnvestisiya Forumu beynəlxalq əməkdaşlıq və sərmayə cəlbini daha da genişləndirəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:337
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri