Icma.az
close
up
RU
Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin tədricən ləğv olunması prosesi aparılır. Həmin məktəblərin bir qismi əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətinə verilib. “Böyük Köç” proqramı çərçivəsində bəzi məktəblər azad olunmuş ərazilərdə inşa olunmuş müasir binalara köçürülərək yenidən fəaliyyətə başlayır. Bakı və ətraf ərazilərdəki məcburi köçkün və qaçqın məktəblər isə yenidən təşkil olunur.

Amma son vaxtlar şagird sayının azlığı və optimallaşdırma çərçivəsində bir sıra məcburi köçkün məktəblərinin azad olunmuş Qarabağ və Şərqi Zəgəzur bölgəsinə köç həyata keçirilmədən ləğv edildiyi, şagirdlərinin isə ərazi üzrə digər ümumtəhsil məktəblərinə köçürülməsi barədə məlumatlar var.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında mərhələli köç prosesi baş vermədən qaçqın məktəblərinin ləğvinə qarşı olduğunu bildirib.

O, Qubadlı rayonuna köç prosesinin başlamamasına rəğmən, Bakıdakı mərkəblərinin ləğvinə başlandığını xatırladıb.

“Mərhələli köç baş vermədən, yekunlaşmadan bu addımların atılması, Bakıda yerləşən bütün qaçqın məktəblərinin araşdırma aparılmadan, ciddi bir təhlil olunmadan sürətli bir formada Bakı Şəhər Təhsil İdarəsinə verilməsini mən doğru hesab etmirəm.  Bakıda məktəb sıxlığı var, onsuz da insanlarımızın hamısı köçməyib.  Bu gün hələ də Qubadlı rayonunda heç bir məskunlaşma həyata keçməyib. Amma Elm və Təhsil Nazirliyi Bakıda yerləşən Qubadlı rayonuna aid olan məktəblərin bağlanması prosesinə başlayıb. Bu digər bölgələrə də aiddir”.

Deputat həmin məktəblərdə çalışan müəllimlərin, texniki işçilərin, şagirdlərin aqibəti barədə ciddi düşünməli olduğunu bildirib.

“Bu gün çoxlu sayda müəllimin işsiz qalması məsələsi var, çoxlu sayda texniki işçilərlə bağlı problem var. İndi müəllimlərin yerləşdirilməsi həyata keçirilir, amma çoxlu sayda texniki işçilər də var. Əgər məktəb varsa, mütləq köçürülsün amma məktəb yoxdursa, nə üçün biz sürətli formada bu addımı atırıq?".

Deputat eyni zamanda bildirib ki, həmin məktəblərin bir hissəsi gələcəkdə muzey kimi istifadə oluna bilər. Onun fikirlərinə görə, tarixi yaddaşı qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq hər kəsin borcudur.

Lamiyə Cənnətzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:431
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Sentyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri