Icma.az
close
up
RU
Beşmərtəbəli binalar sökülür KONKRET

Beşmərtəbəli binalar sökülür KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Mühüm məsələlərdən biri yüklərin xarab olması ilə bağlıdır. Lakin yüklər ən çox hansı hallarda xarab olur? Əsasən qanunsuz və əsassız saxlamalar zamanı”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

“Qonşu ölkələrdə 1–2 saata həll olunan prosedurlar sərhədi keçdikdən sonra 1–2 gün yubadılır. Nəticədə mal xarab olur və məsuliyyət ekspeditorun üzərində qalır və ya müştəri ilə ciddi mübahisələr yaranır. Gələcəkdə beynəlxalq yükdaşımalar artdıqca bu problemlər daha çox üzə çıxacaq. Ona görə də indidən müvafiq qurumların məsuliyyəti qanunda dəqiq göstərilməlidir”, – F.Mustafa bildirib.

Deputat vurğulayıb ki, başqa bir məsələ qəzalı binalarla bağlıdır:

“Dünən dördmərtəbəli binada eyvanın uçması nəticəsində bir qadın xəsarət aldı. Bina qəzalı idi. Ötən gün Bakıxanov qəsəbəsində təxminən 170-ə yaxın qəzalı binanın vəziyyəti ilə tanış olmağa getmişdim. Gördüm ki, dövlət orqanlarına müraciət edilməsinə baxmayaraq, hər kəs yalnız özünü sığortalayır, məsuliyyəti üzərinə götürmür. Sabah həmin binalardan biri uçsa, heç kim cavabdehlik daşımayacaq.

Halbuki çox sadə mexanizm var: bir iş adamı gəlib qəzalı binanı götürür, müəyyən ödəniş edir, dövlət büdcəsindən əlavə vəsait xərclənmir. Məsələn, beşmərtəbəli binanı söküb yerində doqquzmərtəbəli bina tikir. 5 mərtəbənin sakinlərini bir il müddətinə kirayədə yerləşdirir, əlavə 4 mərtəbəni isə satır və öz investisiyasını geri alıb gəlir əldə edir. Bu həm tikinti sahibkarı üçün sərfəlidir, həm də qəzalı binaların yenilənməsinə imkan yaradır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see455

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see433

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see410

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see364

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see314

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see302

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see280

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see268

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see257

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see233

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

24 İyul 2026 09:21see202

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see199

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see197

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see193

“Məhkəmədə qalib gələ bilməyəcəyik” KONKRET

24 İyul 2026 09:18see193

Evini sığortalamayanların diqqətinə: cərimələnəcəksiniz!

24 İyul 2026 08:17see185

Mərkəzi Bank yeni məzənnələri açıqladı

24 İyul 2026 09:19see184

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see183

Küçə itlərinin zəhərləyən otelin işçiləridir” iddiası: Rəhbərlik izahat verdi

24 İyul 2026 14:30see177

Yaxın Şərq yenidən od alov içində...

24 İyul 2026 09:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri