Icma.az
close
up
RU
“Anarın istedadı bitib. “Beşmərtəbəli ev”i yazandan” KONKRET

“Anarın istedadı bitib. “Beşmərtəbəli ev”i yazandan” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əkrəm Əylisli AYB sədri Anarın onu yalançı adlandırmasına, “Tənha çinarın nağılı” əsərinin uydurma olması barədə fikirlərinə münasibət bildirib. 

KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, o, Xalq yazıçısının özünün təpədən-dırnağa yalançı olduğunu deyib:

“Bu adam Azərbaycan ədəbiyyatında onlarla istedadlı adamın məhvinə səbəb olub. Bunu bilərəkdən, ya bilməyərəkdən edib, deyə bilmərəm, amma faktdır. Onun bu cəhətindən xoşum gəlmir. Biz əvvəllər ədəbiyyata bir yerdə xidmət etmişik. Mən “Azərbaycan”, o isə “Qobustan” jurnalında. Keçmiş Azərbaycan Yazıçılar İttifaqında vəzifəni əlinə keçirəndən sonra elə sifətlər göstərdi ki, mənim üçün hədsiz dərəcədə gözlənilməz idi”.

Anarın apa-ya müsahibəsində Ə.Əylisinin Yazıçılar Birliyindən istefa ilə əlaqədar yazdığı ərizənin fərqli təqdim edildiyini bildirməsi də cavabsız qalmayıb:

“İstefa ərizəmi başqa cür yazmışamsa, Anarda nüsxəsi qalırsa, göstəsin ki, nə yazmışam. “Ərizə məndə qalır” deməklə olmur, elə sözlər yazmamışamsa, ortaya çıxarsın, hansı məzmunda yazdığımı desin. Kədərli, ağır sözdür, amma bu yaşda bir-birimizə belə şeylər deməyə məcbur oluruq. Bu adam Azərbaycan ədəbiyyatında müsbət rol oynamayıb. AYB-ni ələ keçirib və ədəbiyyatda konservativ, çox çirkin bir mühit yaradıb. Mən də bunu belə görmüşəm, belə demişəm. Ayrı cür görsəydim, qəsdən belə desəydim… Bilmirəm, “Tənha çinarın nağılı”nda başqa nəyi yalan demişəm? Heç nəyi yalan deməmişəm”.

O, Yazıçılar İttifaqının katibi vəzifəsi ilə bağlı təklifi geri çevirdiyi vaxt Anarın kövrəldiyini də inkar etməsinə münasibət bildirib:

“And olsun bizi yaradana! O adamın gözləri yaşardı. Məni də təəccübləndirən elə bu oldu. O, hər şeyi kefi istəyən vaxt, istədiyi kimi yalan danışır. Məsələ burasındadır, elementar həqiqətləri, təəssüf ki, bizim dövrdə heç kim demək istəmir. Mən elə də böyük həqiqətləri deməmişəm, Yazıçılar Birliyində yaranmış vəziyyət barədə çox elementar, sadə həqiqətləri demişəm. Əgər bu adam həmin həqiqətləri qəbul etmirsə… Məlum məsələdir ki, qəbul etmir. Fakt budur ki, bu vəzifəyə Anarı şəxsən o vaxtkı Mərkəzi Komitənin birinci katibi Bağırov qoydu, o da yapışdı İttifaqdan, əl çəkmədi. Yanındakı Çingiz Abdullayevi də Yazıçılar İttifaqına Mütəllibov göndərmişdi. İndi, bəlkə, bunu da danar ki, mən etiraz etdim, birbaşa yuxarıdan adamı katib göndərmirlər…

Heç İttifaqın üzvü deyildi, o vaxtdan Mütəllibovun göndərdiyi kadrdır, oturub… Anarın İttifaqda yaratdığı yenilik nədən ibarətdir? Anar İttifaqda heç nə etməyib. Əksinə, elə bir mühit yaradıb ki, yeni talantlar yetişməsin. Məncə, Anar özünü talantı bitmiş adam hesab edir. Onun istedadı bitib. Bilirsiniz nə vaxt? “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazanda. Azərbaycanda sevimli əsərdir, halbuki çox bayağı, naqis, çürük, mənasız yazıdır. Bununla camaatın zövqünü korlamağı lazım bilirsə, qoy bundan sonra da nə qədər istəyir, korlasın. Mənim üçün şərtdir ki, bütün sənət növləri insanların zövqünü, ruhunu saflaşdırsın, şüurunu aydınlatsın. Anar əksini edirsə, mən də bunu belə görürəmsə, niyə deməməliyəm?”

Ə.Əylisli “Daş yuxular” əsərinə görə tənqid olunduğu vaxt Anarın onun haqqında müsbət yazı dərc etməsi barədə açıqlamasını da qəbul etməyib: “Bu da bir nağıldır. “Daş yuxular” yeni hay-küyə düşəndə, insanlar əsərin əleyhinə qalxanda Anar həmin dövrdə bir bəyanat yaydı. Azərbaycan Yazıçılar Birliyinin katibi adından yazılmış bəyanat! O bəyanatı oxuyan hər kəs – kor da olsa, görər ki, bu adam illər boyu içində mənə qarşı nə qədər kin-küdurət yığıb.

Gördü ki, məni öldürə bilmədi, buna görə də “Azərbaycan” jurnalında məqalə dərc etdi. Öldürmək istədi, ya öldürdü – bunun mənim üçün fərqi yoxdur. Mənim üçün “öldürmək istədi” elə öldürmək deməkdir. O bəyənatda deyilənlər 1937-ci il hadisələrində Məmməd Rahimin Müşfiq haqqında yazdığı böhtanlardan da artıqdır. Anar da həmin böhtanları mənə qarşı yazıb. Zaman dəyişməli, yeni mərhələli mövsüm, mənəvi həyat yaranmalı idi. O yaranmadı deyə Anar kimilər hakimiyyəti yenidən əllərində saxladılar köhnəni, atalarının həyatının məzmununu yaşatmaq üçün. “Lenin” poemasının müəllifi (Rəsul Rza – red.) Azərbaycanın uşaq ədəbiyyatında böyük fiqurlardan biri hesab olunur. Belə olmamalı idi.

“Beş mərtəbəli evin altıncı mrətəbəsi”ni o vaxt Rusiyada heç bir nəşriyyat götürmədi. Azərbaycan ədəbiyyatına kömək etməyə çalışan “Molodaya qvardiya” nəşriyyatının ədəbiyyat şöbəsinin müdiri mənə bildirdi ki, “Anara deyə bilərsənmi, bundan sonra yazmasın, bizə bulvar əsər göndərib”.

O, “Tənha çinarın nağılı”nı oxuyanda xəcalət çəkməli idi ki, Yazıçılar İttifaqının üzvləri ətrafında o qədər düşük söhbətlər gedib. Biz dünyada yaşayırıq, təkcə Azərbaycanda yox. Belə bir psixoloji vəziyyət yaranıb – bir qrup adam hökumətin rəğbətindən o qədər arxayınlaşıb ki, elə bilirlər, hər şey, hətta gələcək də – ədəbiyyatın, millətin gələcəyi bunların əlindədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Yanvar 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri