Icma.az
close
up
RU
Bəstəkar Qara Qarayevin xatirəsi anıldı

Bəstəkar Qara Qarayevin xatirəsi anıldı

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün, fevralın 5-də dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin doğum günündə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək böyük ustadın xatirəsini ehtiramla yad edib, onun məzarı üzərinə gül dəstələri düzüblər.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, bəstəkar Tural Məmmədli, bəstəkar İlahə Qismət həmçinin onun dahi bəstəkarın milli musiqimizin inkişafında müstəsna rolunu vurğulayıb, onun zəngin yaradıcılığından bəhs ediblər.

Bildirilib ki, Qara Qarayev milli və ümumbəşəri miqyasda tanınan yaradıcılığı ilə yeni yollar açan yenilikçi bəstəkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatında xüsusi əlamətdar hadisəyə, bayrama, Azərbaycan mədəniyyətində dönüş nöqtəsinə çevrilib. Dünyaşöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və başqa ölkələrdə keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub.

Bəstəkarın Nizaminin eyniadlı poeması əsasında hazırladığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında bəstələdiyi “İldırımlı yollarla” baletləri dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyulub. Azərbaycanda bu janrda yaradılmış əsərlər sırasında Qara Qarayevin ilk simfoniyası mühüm yer tutur. “Don Kixot” simfonik qravüraları, Nizaminin poeması əsasında hazırlanmış “Leyli və Məcnun” simfonik poeması, “Vyetnam süitası” kimi əsərlər bəstəkarın yaradıcılığının dəyərli səhifələridir. O, bir çox filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında dastan”, “Uzaq sahillərdə” və digər ekran əsərlərinə musiqi yazıb.

Qara Qarayev “Vətən” (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında hazırlanmış “Zəriflik” operalarının müəllifidir. Bəstəkar 24 prelüddən ibarət silsiləsini, skripka və fortepiano üçün sonatasını, simli kvartetləri kamera-instrumental musiqi janrına çevirib. Qara Qarayevin A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Ürək nəğməsi”, “Xoşbəxtlik mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

Firəngiz Əlizadə jurnalistlərə müsahibəsində bildirib ki, Qara Qarayev təkcə dahi bəstəkar deyil, həm də gözəl insan, görkəmli pedaqoq olub. O əlavə edib: “Hər zaman deyirəm ki, Azərbaycanda Qara Qarayev kimi bir neçə bəstəkar olsaydı, çox gözəl olardı”.

Bəstəkarın qızı, pianoçu Züleyxa Qarayeva jurnalistlərlə söhbətində atası ilə bağlı xatirələrini bölüşüb. O deyib: “O, çox yaxşı və dürüst insan, intizamlı, gözəl ata idi. Hər il buraya gəlirik, çoxlu insan toplaşır. Sonra onun doğulduğu ev-muzeyində doğum günü şərəfinə konsert verəcəyik”.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişdirilməsində mühüm rol oynayan Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri