Icma.az
close
up
RU
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar

Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 fevral, Mikayıl Məmmədov, AZƏRTAC

Bu gün, fevralın 5-də dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin doğum günündə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək böyük ustadın xatirəsini ehtiramla yad edib, onun məzarı üzərinə gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, bəstəkar Tural Məmmədli, bəstəkar İlahə Qismət həmçinin onun dahi bəstəkarın milli musiqimizin inkişafında müstəsna rolunu vurğulayıb, onun zəngin yaradıcılığından bəhs ediblər.

Bildirilib ki, Qara Qarayev milli və ümumbəşəri miqyasda tanınan yaradıcılığı ilə yeni yollar açan yenilikçi bəstəkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatında xüsusi əlamətdar hadisəyə, bayrama, Azərbaycan mədəniyyətində dönüş nöqtəsinə çevrilib. Dünyaşöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və başqa ölkələrdə keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub.

Bəstəkarın Nizaminin eyniadlı poeması əsasında hazırladığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında bəstələdiyi “İldırımlı yollarla” baletləri dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyulub. Azərbaycanda bu janrda yaradılmış əsərlər sırasında Qara Qarayevin ilk simfoniyası mühüm yer tutur. “Don Kixot” simfonik qravüraları, Nizaminin poeması əsasında hazırlanmış “Leyli və Məcnun” simfonik poeması, “Vyetnam süitası” kimi əsərlər bəstəkarın yaradıcılığının dəyərli səhifələridir. O, bir çox filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında dastan”, “Uzaq sahillərdə” və digər ekran əsərlərinə musiqi yazıb.

Qara Qarayev “Vətən” (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında hazırlanmış “Zəriflik” operalarının müəllifidir. Bəstəkar 24 prelüddən ibarət silsiləsini, skripka və fortepiano üçün sonatasını, simli kvartetləri kamera-instrumental musiqi janrına çevirib. Qara Qarayevin A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Ürək nəğməsi”, “Xoşbəxtlik mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

Firəngiz Əlizadə jurnalistlərə müsahibəsində bildirib ki, Qara Qarayev təkcə dahi bəstəkar deyil, həm də gözəl insan, görkəmli pedaqoq olub. O əlavə edib: “Hər zaman deyirəm ki, Azərbaycanda Qara Qarayev kimi bir neçə bəstəkar olsaydı, çox gözəl olardı”.

Bəstəkarın qızı, pianoçu Züleyxa Qarayeva jurnalistlərlə söhbətində atası ilə bağlı xatirələrini bölüşüb. O deyib: “O, çox yaxşı və dürüst insan, intizamlı, gözəl ata idi. Hər il buraya gəlirik, çoxlu insan toplaşır. Sonra onun doğulduğu ev-muzeyində doğum günü şərəfinə konsert verəcəyik”.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişdirilməsində mühüm rol oynayan Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri