Icma.az
close
up
RU
Bəstəkar Sərdar Fərəcovun uğurları

Bəstəkar Sərdar Fərəcovun uğurları

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Humay FƏRƏCOVA-CABBAROVA
Musiqişünas

Azərbaycan Respublikasının Xalq artisti, üzeyirşünas-alim, Üzeyir Hacıbəylinin Xatirə-Ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov məhsuldar yaradıcılığı ilə yanaşı, həm də ictimai xadim kimi ölkəmizdə və ölkə hüdudlarından kənarda da vətənimizi daim təmsil edir. Bəstəkarın elmi, ictimai və yaradıcı fəaliyyəti nəzərə alınaraq 2025-ci il 8 may tarixində Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə Sərdar Fərəcov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Sərdar Fərəcov Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə Üzeyir Hacıbəylinin ev-muzeyində müxtəlif səpkili yaradıcı tədbirlərin təşkilatçısı və rəhbəri kimi də fəaliyyət göstərməkdədir. O, Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Şuşanın səsi - Azərbaycanın səsi" III Beynəlxalq Konfransda (18-19 aprel 2025-ci il, Qarabağ-Şuşa-Xankəndi) "Şah Abbas və Xurşid Banu" operasının bərpasına dair" adlı məruzəsi, eləcə də Bakı Musiqi Akademiyasında (24 aprel 2025-ci il) Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbirdəki çıxışı ilə hər kəsə bir üzeyirşünas alim kimi də örnək olmağı bacarıb.

Sərdar Fərəcov həmçinin IX "Muğam" Televiziya Müsabiqəsinin də ən sevilən, ən dəqiq analitik təhlillər aparmağı bacaran, ən obyektiv qərarlar verən münsiflər heyətinin üzvlərindən biri kimi xalq arasında olduqca sevilməkdədir.

Bu yaxınlarda bəstəkar S.Fərəcov TÜRKSOY xətti ilə Qazaxıstana müxtəlif müsabiqələrə münsif heyətinin üzvü kimi də dəvət edilib.

Məlumdur ki, Türk Dünyasının Mədəniyyət Paytaxtı estafetini Türkmənistanın Annau şəhərindən Qazaxıstanın Aktau şəhəri götürməsi münasibətlə 13 iyun 2025-ci ildə Aktau şəhərində geniş mədəni tədbirlərin proqramına görkəmli qazax bəstəkarı Nurqisa Tlendiyevin 100 illik yubileyinə həsr olunmuş Türk Ölkələri Bəstəkarlarının Müsabiqəsi keçirilib. Müsabiqənin şərtlərinə görə, müsabiqəyə qatılan bəstəkarların əsərlərində vətəni Aktau şəhəri sayılan Mangistau küylərinin melodiyalarından istifadə olunmalı idi. Müsabiqə iki nominasiya üzrə (xalq çalğı alətləri orkestri və kamera orkestri üçün bəstələr) keçirilib. Müsabiqəyə təqdim olunan bütün əsərlər Manqistau Vilayət Filarmoniyasının Kamera Orkestri və Xalq Çalğı Alətləri Orkestri tərəfindən münsiflər heyəti, bəstəkarlar və tamaşaçılar üçün ifa olunub.

Qeyd edək ki, müsabiqə anonim keçirildiyi üçün münsiflər heyətinin üzvləri tərəfindən müsabiqə iştirakçılarının adları gizli saxlanılıb. Münsiflər heyətinin sədri Qazaxıstan Respublikasının Əməkdar xadimi, Mangistau Vilayət Filarmoniyasının bədii rəhbəri və baş dirijoru Raxat Madreyev idi. Münsiflər heyətinin üzvlərinə isə məhz Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəylinin Xatirə-Ev Muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov, Özbəkistanın Əməkdar mədəniyyət işçisi, Batır Zakirov adına Dövlət Estrada İncəsənət İnstitutunun rektoru, bəstəkar Əvəz Mansurov, Qazaxıstan Bəstəkarlar Assosiasiyasının sədri, "Kürmət" orden mükafatçısı, bəstəkar Artık Toksanbayev, Türksoyun bədii rəhbəri Arman Numahatulı, Kurmanqazı adına Qazax Xalq Çalğı Alətləri Milli Orkestrinin baş dirijoru və bədii rəhbəri Abılay Tlepbergen, Mangistau Regional Filarmoniyasının direktoru Daniyar Saqinqaliuli daxil edilmişdi.

Bu il iyunun 14-də Qazaxıstanın Almatı şəhərində görkəmli qazax bəstəkarı Balnur Kıdırbekin 70 illik yubileyi münasibəti ilə keçirilmiş "Ömür və incəsənət bayramı" adlı konsertində dirijor A.Jayimın rəhbərliyi altında Qazax Simfonik Orkestrinin ifasında S.Fərəcovun "Koroğlu" freskası səslənib. Qeyd edək ki, həmin tədbirdə B.Kıdırbekin "Xocalı qurbanları" simfonik əsəri, eləcə də onun yaradıcı-bəstəkar dostlarından - O.Qulbeyin (Türkiyə), R.Kalimulinin (Rusiya), L.İzmagilovanın (Başqırdıstan), M.Beqaliyevin (Qırğızıstan), R.Nepesovun (Türkmənistan) da əsərləri ifa olunub.

Ümumiyyətlə "Koroğlu freskası" S.Fərəcovun yaradıcılığında ən parlaq, uğurlu simfonik əsərlərdən biri hesab olunur. Bu əsər ilk dəfə 14 dekabr 2012-ci il tarixində Bəstəkarlar İttifaqının IX Qurultayının konsert proqramında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənmişdir. İlk ifadan böyük uğur qazanmış bu əsər 2013-cü ilin aprel ayında Kiyev şəhərində baş tutan "Ukraynada Azərbaycan Musiqi günləri" adlı konsertdə yenidən dirijor F.Kərimovun rəhbərliyi ilə dinləyicilərə təqdim olunmuşdur. Bu münasibətlə Ukraynalı jurnalist Aleksandr Moskalets "Denğ" qəzetində  (2013) əsər haqqında belə yazmışdır: "Konserti Sərdar Fərəcovun simfonik freskası olan - "Koroğlu" əsəri açır. Əsərin ilk xanələrindən musiqi dinləyicilərdə tükürpədici hal yaratdı. Əlbəttə, ukraynalı dinləyicilər Şərq koloritini, dinamikliyi və həssaslığı gözləyirdi. Lakin dinlədiymiz musiqi haqqında təəssürat gözləntilərimizdən də artıq oldu. Koroğlu XVII əsrin dastan qəhrəmanıdır və xalqı zülmdən azad edən cəsur şəxsdir. Koroğlu obrazı çox qədim olsa da, musiqidə onun obrazı bəstəkar tərəfindən elə təfsir edilir ki, əsərin melodiyası yaşından və milliyətindən asılı olmayaraq, hər kəsi valeh edir".

Dinləyicilərdə dərin təəssürat yaradan "Koroğlu" freskası 2013-cü ilin may ayında Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində R.Abdullayevin rəhbərliyi ilə BSO-nın ifasında, 2014-cü ildə Veytnamın Hanoy şəhərində, 2015-ci ildə isə qazax dirijoru Raxat Madreyevin ifasında Aktau və Bakıda Qazax Milli Alətləri Orkestrının ifasında, 21 mart 2025-ci ildə Yerkeali Rekmediev adına Qazax Dövlət Akademik Filarmoniyasının Orkestrı tərəfindən də ifa olunub. "Koroğlu" freskası daima Qazaxıstanda uğurla səslənən və sevilən əsərlərdəndir. Məhz bəstəkar B.Kıdırbekin də yubileyində əsərin yenidən səslənməsi deyilənlərin təsdiqi kimi öz əksini tapır.

Ümumiyyətlə, bəstəkarın "Azərbaycan rəqsi", "Koroğlu freskası", "Türk şöləni" əsərləri Qazaxıstanın, eləcə də bir çox türk dövlətlərinin türkçülük, dövlətçilik, vətənpərvərlik simvoluna çevrilərək ürəkləri fəth etməyi bacarıb.

Bəstəkar Sərdar Fərəcova bu münasibətlə daim ictimai və bədii fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq. O, vətəninə layiqli xidmət edən dəyərli sənətkardır!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyul 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see344

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see299

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see285

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see277

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see238

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see234

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see233

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see229

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see212

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see211

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see204

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see203

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see199

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see199

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see197

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see195

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see193

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see188

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri