Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Zəfər azərbaycançılıq ideyasını gücləndirdi

Zəfər azərbaycançılıq ideyasını gücləndirdi

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxış azərbaycançılıq ideologiyasının inkişafı və müasir məzmunu baxımından xüsusi maraq doğurur.

Azərbaycanda keçirilən bu forumun əhəmiyyətini qeyd edən Prezident azərbaycançılığın mahiyyətinin anlaşılmasına dair  yeni bir formulu  irəli sürüb: «Azərbaycançılıq Azərbaycanın bütün xalqlarını birləşdirir».

Bu ifadə prinsipial ideoloji əhəmiyyətə malikdir. Belə ki, bu kontekstdə azərbaycançılıq müəyyən etnik mənsubiyyət, din və ya dil birliyi ilə məhdudlaşmayan, etnik mənsubiyyətdən üstün birləşdirici ideya kimi çıxış edir. Onun əsasını vahid dövlətə mənsubiyyət, ümumi tarixi tale və Azərbaycanın ümumi Vətən kimi qəbul edilməsi təşkil edir.

Burada Ulu öndər Heydər Əliyev tərəfindən dövlət quruculuğu dövründə formalaşdırılmış azərbaycançılıq konsepsiyasının varisliyi aydın şəkildə müşahidə olunur. Beləliklə, Prezident İlham Əliyevin çıxışında azərbaycançılıq ideyası etnik və dini müxtəlifliyin milli birliyə qarşı qoyulmadığı, ümumdövlət identikliyinin formalaşdırılması mexanizmi kimi ilk dəfə təqdim edilir.

Prezidentin çıxışının mühüm aspektlərindən biri azərbaycançılığın tarixi ölçüsü ilə bağlıdır. İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixinə müraciət edərək, xalqın hətta öz dövlət müstəqilliyinin olmadığı dövrlərdə belə dilini, ənənələrini, milli dəyərlərini və həyat tərzini qoruyub saxlamağı bacardığını xüsusi vurğulanıb. Beləliklə, Prezidentin çıxışında tarixi varislik milli özünüdərkin qorunması amili kimi nəzərdən keçirilir və tarixi yaddaş birləşdirici funksiyanı yerinə yetirir. Tarixi yaddaş keçmişlə müasir dövlət arasında əlaqəni təmin etmiş və xalqın uzun müddət ərzində qoruyub saxladığı milli potensialın reallaşdırılmasına imkan yaradıb.

İlham Əliyevin çıxışında Qarabağ məsələsi xüsusi yer tutub. Sözügedən problemin tam həllini tapmasına və Azərbaycanın dövlət suverenliyini bərpa etməsinə baxmayaraq, cənab Prezident tarixi Zəfərdən sonra da öz çıxışlarında dəfələrlə bu məsələyə qayıdıb.

Bu, təsadüfi deyil, çünki Azərbaycan xalqının bu Zəfərə gedən yolda keçdiyi ağır sınaqları  dünya ictimaiyyətinə dönə-dönə çatdırmaq zəruridir. Bu gün əldə etdiyimiz Zəfər azərbaycançılıq ideologiyasının inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Lakin azərbaycançılıq ideologiyası baxımından bu Zəfərin daha geniş məzmunu var. Belə ki, onun fundamental tərkib hissələrindən birini vahid dövlət və vahid Vətən ideyası təşkil edir.

İlham Əliyev çıxışında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasını tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyinin bərpası ilə əlaqələndirir. Prezident çıxışında Vətən müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin ölkənin müdafiəsində iştirakına xüsusi diqqət yetirib. Məhz bu məqamda azərbaycançılıq ideyası səfərbəredici məna kəsb etmişdir: vahid dövlətə mənsubiyyət onun tarixinin ən çətin dövründə ümummilli həmrəyliyin əsasına çevrilib.

Beləliklə, ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi uğur deyil, həm də müstəqil dövlət şəraitində azərbaycançılıq ideyasının həyata keçirilməsinin mühüm mərhələsi olub. Bununla azərbaycançılıq cəmiyyətin ümumi Vətən, dövlətçilik və milli maraqlar ətrafında birləşdirilməsinə əsaslanan milli birlik modeli kimi təqdim edilməsi istiqamətindəki səyləri nümayiş etdirir.

İlham Əliyevin çıxışının növbəti mühüm aspekti onun xarici siyasətə dair hissəsi ilə bağlıdır. Prezident çıxışında Azərbaycanın müstəqil siyasi kursunu, Çin, ABŞ və Avropa İttifaqı dövlətləri ilə strateji münasibətlərin inkişafını, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini vurğulanıb.

O, müstəqil dövlətlərin daxili işlərinə xarici müdaxilənin yolverilməzliyinə xüsusi diqqət yetirmişdir. Azərbaycançılıq ideologiyası baxımından bu aspekt milli ideologiyanın dövlətçilik ölçüsünü açıb göstərir. Azərbaycançılıq yalnız milli ənənələrin və mədəni dəyərlərin qorunmasını deyil, həm də inkişaf istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirməyə qadir olan müstəqil dövlətin möhkəmləndirilməsini nəzərdə tutur.

İlham Əliyevin çıxışında ölkənin iqtisadi nailiyyətləri də dövlət müstəqilliyinin möhkəmləndirilməsi kontekstində nəzərdən keçirilmişdir.
Prezident  azərbaycanın xarici borcun aşağı səviyyədə olmasına, enerji potensialına, nəqliyyat infrastrukturunun inkişafına və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət yetirib.

Azərbaycançılıq ideologiyası baxımından iqtisadi inkişaf yalnız maddi deyil, həm də dövlətçilik və ideoloji əhəmiyyət daşıyır.

Ümumlikdə  Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında azərbaycançılıq ideyası tarixi-mədəni konsepsiya çərçivəsindən kənara çıxaraq, dövlət inkişafının kompleks modeli kimi məzmun qazanıb. Bu konsepsiyasının müasir məzmununun bir sıra prinsipial xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir.

İlk növbədə, azərbaycançılıq çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin birliyini təmin edən milli konsolidasiyanın əsası kimi çıxış edir. Bu zaman milli identiklik müxtəlif etnik və dini qrupların bir-birinə qarşı qoyulması yolu ilə deyil, onların vahid dövlətə və ümumi tarixi Vətənə mənsubiyyəti əsasında formalaşır.

Bu konsepsiyanın ikinci mühüm tərkib hissəsi dövlətçilikdir. Bu kontekstdə ərazi bütövlüyünün bərpası xüsusi əhəmiyyət kəsb edir və vahid Vətən ideyasının həyata keçirilməsinin ən mühüm mərhələsi kimi səciyyələndirilir.

Üçüncü tərkib hissə multikulturalizm və tolerantlıqla bağlıdır. Prezidentin çıxışında onlar Azərbaycan cəmiyyətinin tarixən formalaşmış xüsusiyyətləri, eyni zamanda, dövlət siyasətinin mühüm istiqamətləri kimi təqdim olunur. Bununla da azərbaycançılığın etnik və dinlərarası həmrəylik prinsipləri ilə üzvi qarşılıqlı əlaqəsi təsdiq edilir.

Nəhayət, azərbaycançılığın beynəlxalq ölçüsü xüsusi əhəmiyyət kəsb edir. Müstəqil xarici siyasət, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, ölkənin iqtisadi və nəqliyyat potensialının inkişafı Azərbaycanın milli dövlətçiliyinin və beynəlxalq subyektliyinin möhkəmləndirilməsinin təzahürləri kimi nəzərdən keçirilir.

İlqar Niftəliyev - AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, t.e.d.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri