Icma.az
close
up
RU
Beşyaşlı uşaqlar baxçalardan məcburi çıxardılır?

Beşyaşlı uşaqlar baxçalardan məcburi çıxardılır?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər bir çox dövlət bağçalarında uşaqlar 5 yaşa çatdıqda valideynlərə bağçadan çıxarılıb məktəbəqədər hazırlıq qruplarına yazdırılması tövsiyə olunur. Bu yanaşma isə bir sıra suallar və narahatlıqlar doğurur. Maraqlıdır, baxçaların bu addımı nə qədər düzgündür?

Təhsil eksperti Elmin Nuri Metbuat.az-a açıqlamasında bildirib ki, uşaqların 5 yaşdan etibarən məcburi formada bağçalardan çıxarılması ən azı etik cəhətdən doğru deyil:

"Bildiyimiz kimi, məktəbəhazırlıq qrupları 5 yaşdan başlasa da, icbari xarakter daşımır. Bu yaş dövründəki övladı ilə bağlı qərarı onun valideyni könüllü surətdə verir. O, ailədaxili razılaşmadan sonra azyaşlının məktəbəhazırlıq qruplarına yazdırmaq və ya daha bir il bağçada saxlamaq imkanına malikdir. Belə olan halda uşaqların 5 yaşdan sonra bağçalardan çıxarılmasına təhrik cəhdləri yolverilməz və qeyri-legitim hallardır".

E.Nurinin fikrincə, 5 yaşında olan uşağın bağçada qalmasındansa, elə məktəbəhazırlıq qruplarına yazılması daha məqbuldur:

"Bunun bir neçə səbəb var: birincisi, məlumdur ki, bağçalarımız azyaşlılara metodiki, zehni, psixoloji, eləcə də təfəkkür yönümlü inkişaf baxımından çox şeylər qazandıra bilmir. Bağçaların uşaqları müxtəlif meyarlar baxımından inkişafı üçün resurs və kadr problemi çox ciddidir. Sadəcə valideynlərin işləməsi səbəbindən uşaqların bağçalarda qalması məcburi hala çevrilib. Belə olan təqdirdə biz azyaşlının çox vacib yaş aralığını (5-6 yaş aralığı insanın şəxsiyyətyönümlü inkişafı üçün çox kritik mərhələ hesab olunur) formal şəkildə bağçada itirsin. Məktəbəhazırlıq qruplarının keyfiyyəti və azyaşlı üçün vaciblik dərəcəsi bağçalardan qat-qat artıqdır".

Ekspert həmçinin məktəbəhazırlıq qruplarına qatılan uşaqlarla qatılmayanların arasında ibtidai tədris illərində xeyli böyük fərqlər olduğunu deyib:

"Aparılan araşdırmalar da bunu tam şəkildə təsdiq edir. Odur ki, bağçaların təhriki yolverilməz hal sayılsa da belə, biz beşyaşlı uşaqları oradan uzaqlaşdırıb məktəbəhazırlığa cəlb etməyə daha maraqlı olmalıyıq".
Mütəxəssis qeyd edib ki, bugün ölkədə çox ciddi bağça çatışmazlığı var:

"160 mindən çox bağçayaşlı uşağın yalnız müəyyən qismi məktəbəqədər müəssisələrə gedə bilirlər. Bu təqribən, hər dörd uşaqdan yalnız bir nəfərinə şamil olunur. Belə olan təqdirdə bağçalarda əlavə yerlərin çoxalması üçün 5 yaşlıların hazırlıq qruplarına cəlbini vacib hal hesab edirik. Burada əsas ciddi narazılıq valideynlərlə bağlıdır. Onların da problemini və etirazını başa düşmək olar. Çünki bağça rejimi valideynə işlədiyi müddətdə övladı ilə bağlı bir arxayınlıq, etibarlılıq qazandırmışdı. Valideyn bilirdi ki, o işə getdiyi andan, işdən qayıdacağı vaxta qədər övladı bağçanın məsuliyyətindədir. Amma məktəbəhazırlıq qruplarında rejim tamam fərqlidir. Orada yalnız bir neçə saat dərs olur və erkən çıxan azyaşlılar mütləq valideyn nəzarətində olmalıdır. Bu amil isə çox ciddi sıxıntıya səbəb olur. Valideynləri bu məsələdə tam haqlı saymaq olar. Amma tədrisin də özünün tələb və gələcəyə yönəlik missiyaları var. Həmin missiya isə bizdə şagird üçün bağçanın deyil, məktəbəhazırlıq qruplarının vacibliyini önə çəkir".

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 İyun 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri