Icma.az
close
up
RU
BƏT in baş direktoru AHİK də oldu FOTOLAR

BƏT in baş direktoru AHİK də oldu FOTOLAR

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Globalinfo.az bildirir ki, konfederasiya sədri Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqları ilə BƏT arasında qarşılıqlı faydalı əlaqələrdən danışıb, ölkəmizdə təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya olunduğunu qeyd edib.

Bildirilib ki, Konfederasiya və BƏT əməkdaşlığı çərçivəsində Azərbaycanda əmək hüquqları ilə bağlı müxtəlif mövzularda konfrans, seminar və dəyirmi masalar təşkil olunub, proqramlar hazırlanıb, layihələr həyata keçirilib.

Azərbaycanda mövcud olan işgüzar mühiti, əmək hüquqlarının daha effektiv müdafiəsinə yaradılan əlverişli şəraiti diqqətə çatdıran Konfederasiya sədri ölkəmizdə əməyin mühafizəsi, ittifaq üzvlərinin iş şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində aparılan davamlı və sistemli tədbirlərdən bəhs edib.

Görüşdə həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər, “AHİK Könüllüləri”, “Layiqli Əmək Səfirləri” və “AHİK Plus” layihələri, eləcə də “Kurort” Turizm İnformasiya Mərkəzi haqqında BƏT nümayəndələrinə ətraflı məlumat verilib.

Konfederasiya sədri əmək hüquqları, iqlim dəyişmələri və gender məsələləri ilə bağlı BƏT-lə bir sıra layihələrin nəzərdə tutulduğunu vurğulayıb.

BƏT-in Baş direktoru Jilber Hunqbo Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, rəhbəri olduğu təşkilatla AHİK-in səmərəli əməkdaşlığından, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əlaqələrin səviyyəsini yüksək dəyərləndirib.

Jilber Hunqbo BƏT-in qərar və tövsiyələrinin həmkarlar ittifaqlarının effektiv fəaliyyəti üçün önəmini qeyd edib və bu məsələlərə Konfederasiyanın daim həssas yanaşdığını bildirib.

Tərəflər əməkdaşlığın inkişafı istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdən sonra BƏT-in Baş direktoru Jilber Hunqbo və nümayəndə heyətinin üzvləri “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri