Icma.az
close
up
RU
“Betis” ilə “Haydenhaym” səhvlərini düzəltdilər

“Betis” ilə “Haydenhaym” səhvlərini düzəltdilər

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 13-də Konfrans Liqasının (KL) pley-offuna start verildi. Bu mərhələnin ilk 8 oyunu keçirildi.

"Football-plus.az" xəbər verir ki, vahid liqanın yekun cədvəlində ilk 8 yeri tutan “Çelsi”, “Gimaraynş”, “Fiorentina”, “Rapid”, “Yurqorden”, “Luqano”, “Legiya” və “Serkl Brügge” birbaşa 1/8 finala vəsiqə qazanıblar. Reqlamentə əsasən, əsas bu mərhələni 9-24-cü yerlərdə başa vuranlar isə pley-off oyunlarında iştirak edəcəklər. Bu oyunların 8 qalibi 1/8 finala çıxacaq.
Əsas mərhələnin diqqəti daha çox cəlb edən faktı kimi KL-də iştirak edən qitənin 5 aparıcı liqasından olan 4 komandadan ikisinin ilk “8-liy”ə düşə bilməməsini vurğulaya bilərik. Xatırladaq ki, “Çelsi” 6 oyuna maksimum nəticə ilə 1-ci yerə sahib çıxıb. Turnirin son iki mövsümünün finalçısı olan “Fiorentina” yekun cədvəli 3-cü yerdə başa vurarkən, hərəyə 10 xal toplayan “Betis” ilə “Haydenhaym” uyğun olaraq 15-16-cı yerləri tutmuşdular. “Böyük beşliy”in təmsilçiləri, necə deyərlər, əsas mərhələdəki səhvlərini pley-offun ilk oyunundaca düzəltdilər: imkanları yüksək dəyərləndirilən hər iki komanda səfərdə qələbə qazandı.
“Betis” Belçikada “Gent”in qapısına ilk yarıda yol tapa bilməsə də, fasilədən sonra üç cavabsız qolla səviyyə fərqini göstərdi. “Kopenhagen” evdə ilk hissənin sonunda hesabı açdı, amma “Haydenhaym” matçın həlledici hissəsində iki top vuraraq Almaniyaya qələbə ilə qayıtdı. İlk oyunlardan sonra “Yagelloniya”, “Borats”, “Şemrok Rovers” və “Vikinqur” da pley-offu adlamaq imkanını artırdı.
pley-off, ilk oyunlar
Gent (Belçika) – Betis (İspaniya) 0:3

Antoni, 47. Bakambyu, 71. Altimira, 84.
Betis: Vieytes, Perro, Natan, Bartra, Sabali (Ortis, 90), Roka (Altimira, 81), Lo Çelso (Flores, 90), Ezzalzuli, İsko (Kardoso, 74), Antoni (Çimi Avila, 74), Bakambyu.
Kopenhagen (Danimarka) – Haydenhaym (Almaniya) 1:2
Larsson, 45+1 – Keller, 59. Zirsleben, 75.
Haydenhaym: Föller, Toyerkauf (Traore, 46), Zirsleben, Mainka, Buş, Keller, Sienza, Nixyus (Şeppner, 81), Vanner (Bek, 84), Konte (Honzak, 61), Piringer (Zivzivadze, 61).
Borats (Bosniya və Hersoqovina) – Olimpiya (Sloveniya) 1:0
Oqrinets, 90+1.
Omoniya (Cənubi Kipr) – Pafos (Cənubi Kipr) 1:1
Semedu, 51-p. – Orşiç, 84.
TSÇ (Serbiya) – Yagelloniya (Polşa) 1:3
Mbunqu, 28 – İmas, 31; 88. Pyulyulyu, 81.
Selye (Sloveniya) – APOEL (Cənubi Kipr) 2:2
Kuçis, 2; 59 – Abanya, 33. Layfis, 70.
Vikinqur (İslandiya) – Panatinaikos (Yunanıstan) 2:1
Atlason, 12. Vilhyalmsson, 56 – İoannidis, 90+1-p.
Molde (Norveç) – Şemrok Rovers (İrlandiya) 0:1
Nunan, 57.
Cavab oyunları fevralın 20-də keçiriləcək.
Bombardirlər: Qiyu (Çelsi), Pyulyulyu (Yagelloniya) - 6, Kenni (Şemrok Rovers), Nkunku (Çelsi), Pantoviç (TSÇ), Pyontek (İstanbul BŞ) - 5.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri