Icma.az
close
up
RU
Bəxti 23:00 dan sonra açılan şəhər... Fotolar

Bəxti 23:00 dan sonra açılan şəhər... Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Havanın gec qaralması məncə, şimal ölkələrinin mənfisinə yazılmalıdır. Bir şəhərin gözəlliyi gecələrində daha çox üzə çıxır. Riqa isə bu baxımdan bəxtsiz şəhərdir. Çünki ancaq saat 23:00-dan sonra bu paytaxt şəhərinin axşamlarına şahidlik etmək olardı. Uzun müddət bunu seyr etmək üçün isə yuxuna haram qatmalısan. 

Mərkəzindən çay keçən şəhərlər başqa gözəl olur. “Misli”nin sponsorluğu ilə getdiyimiz Riqa da bu şəhərlər silsiləsindədir. Dauqava çayı bu şəhərdəki gözəl görüntülərin səbəbidir. 

Latviya paytaxtının kənarında yerləşən balaca hava limanından çıxar-çıxmaz qarşılaşdığımız tıxac Bakını xatırlatdı. Amma şəhərin içinə doğru vəziyyət dəyişirdi. Tramvaylar gözə dəydikcə tıxaclar yoxa çıxır, bu nəqliyyat növünün bir şəhər üçün nə qədər önəmli olduğunu göstərirdi. 

Pribaltikanın digər paytaxt şəhəri Tallin nə qədər şengen ölkələrə qoşulsa da, orada “sovet iyi” daha çox hiss olunurdu, eyni rəngdə, boz binaları isə şəhəri qaramat göstərirdi. 

Riqa bu baxımdan fərqlənir. Şimalın hər dəqiqədə yağan yağışı belə şəhərin sehrini pozmurdu. Günəşli, yağışlı keçən havanın sonunda adətən göy qurşağı çıxır. Latviya paytaxtında isə göy qurşağını rəngarəng binalar əvəzləyirdi. 

SSRİ-dən sonra müstəqil olan ölkələrin demək olar ki, hamısında “Starıy qorod”un əhəmiyyəti böyükdür. Turistlər məhz bu yerə axın edir, orada əyləncə axtarışında olurlar. Riqada ən çox “qədim şəhər”də diqqətçəkən isə 10 pedallı dairəvi arabalar idi. Turistlər bu arabalara minib pivələrini içə-içə əylənirdilər. Elə də geniş olmayan şəhər mərkəzində demək olar ki, nə alış-veriş məkanları, nə də böyük ticarət mərkəzləri var idi. Burada daha çox kafe-restoranlar və klublar görmək olar. 


Latviyada futbola maraq o qədər də böyük deyildi. 2004-cü ildə Avropa çempionatının final mərhələsində iştirak edən bir ölkə üçün futbola marağın bu qədər zəif olması təəccüblü idi. Azərbaycanla yoxlama görüşünə çıxacaq millinin oyunundan çox ax adam xəbərdar idi. Hətta gecə bizə rast gələn ingilislər belə matçdan xəbərdar olsa da, latviyalılarla söhbətimizdən sonra yığmalarının matçı olacağını bilirdilər. 

İngilislərdən söz düşmüşkən digər Avropa şəhərlərindən fərqli burada onlara daha çox rast gəlmək olardı. Bu isə çox maraqlı məqam idi. Britaniyalılar kütləvi şəkildə axın etmişdilər. 

Oyuna gəlincə, matçın izahını bir cümlə ilə verəcəm. Fasilədə fransız biri yaxınlaşıb “siz ilk hissədə futbol gördünüz?” sualını verdi. Dünya çempionlarının, Avropa çempionlarının yetişdiyi bir ölkədən gələn turistin haqlı sualına cavab verə bilmədim. Ona sadəcə dünya çempionatının seçmə mərhələ qrupunda Fransa ilə qarşılaşacağımızı xatırlatdım. Sadəcə “keçmiş olsun” deyib getdi…

Riqadan nəticə və oyun baxımından yaxşı təəssüratla ayrılmadıq. Amma baş məşqçi Fernandu Santuş yeni taktika sınadı. 

Müdafiəyəmeyilli futbol isə DÇ-nin seçmə mərhələsinə hazırlıqdır. Güclü rəqiblərlə nəticənin başqa çarəsi yoxdur. 

Bakıya qayıdarkən təyyarədə Azərbaycan futbolunda transferi hazırda ən çox gündəmdə olan Mahir Emreli ilə bir xeyli söhbət etdik. O, “Nürnberq”dəki ehtiyatda oturduğu günlərdən, səbəbindən, Kloze ilə münasibətlərindən söz açdı. 

Acun Ilıcalının “Hall Siti”yə transferi üçün zəngindən, Almaniyadan gələn 5 təklifdən danışdı. 

O, Avropada uğurlu olmaq istəyindən, “Böyük beşlik” liqalarında oynayan futbolçu kimi tarixə düşmək fikrindən danışdı və bunu etməyə yaxın olduğunu açıqladı. Ümid edək ki, bu baş verəcək. Mahirin tək istəyi isə azerkeşlərdən dəstəkdir. 

Latviya səfərimiz belə yekunlaşdı. Futbolumuz adına 2004-cü il bu ölkənin yığmasının uğuruna nail olmaq arzusu ilə…

Elsevər Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri