Icma.az
close
up
RU
“Bəxtimiz gətirdi” “Kəpəz”in baş məşqçisi “Qarabağ” üzərindəki qələbədən danışdı

“Bəxtimiz gətirdi” “Kəpəz”in baş məşqçisi “Qarabağ” üzərindəki qələbədən danışdı

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Kəpəz” Misli Premyer Liqasının 25-ci turunda Yevlax şəhər stadionunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Danışmaq çətindir. Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Çətin olacağını bilirdik. Bu gün daha çox qaçdıq, əziyyət çəkdik və istədiyimiz qələbəni qazandıq. Əlbəttə ki, “Qarabağ” dominant idi, daha çox topa yiyələnmişdi. Uşaqların hər birinə təşəkkür edirəm ki, bu mübarizədən qalib kimi çıxdıq.

– Yusif İmanovu oyunun qəhrəmanı hesab etmək olar?

– Heç kimi seçmək istəmirəm. Qapıçı həmişə komandanın yarısıdır. Amma bu gün hər futbolçu qələbənin həzzini dadmaq istəyirdi. Hamısına “5” düşür.

– Bu mövsüm “Qarabağ”a ikinci dəfə qalib gəldiniz. Onlar üçün keçilməz sədd olduğunuzu demək olar?

– Mən elə deməzdim. Bəzi situasiyalarda bəxtimiz gətirdi. Dirəkdən qayıdan top oldu. “Qarabağ” bizdən qat-qat üstün idi. Qismətdə bu gün qələbə qazanmağımız var idi.

– Demək olar ki, “Kəpəz” Premyer Liqada qalmağı təmin etdi?

– Hələ ki deməzdim. Sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Milli fasilədən sonra daha çətin olacaq.

– Rəhbərliklə yeni mövsümün planları ilə bağlı söhbətiniz olub?

– Bu yaxınlarda detallı danışacağıq. İndidən nələrisə etməliyik ki, sabahımız daha yaxşı olsun. Bəzi məsələləri danışmışıq.

– Mövsümün sonunda “Neftçi” ilə oyunun Gəncədə keçiriləcəyi ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?

– Mütəmadi olaraq stadiona baxırıq. Mənim səlahiyyətimdə olan bir şey deyil. Hava şəraitinin meydançanın hazır olmasına təsiri var. Onlar öz işlərini bilirlər. Düşünürəm ki, meydança mayın sonuna kimi hazır olar. Ümid edirəm ki, azarkeşlərimizin qarşısında oynayıb onları sevindirərik.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Mart 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri