Icma.az
close
up
RU
Bəxtimiz gətirib ki, o, Azərbaycanda doğulub…

Bəxtimiz gətirib ki, o, Azərbaycanda doğulub…

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. O, qətiyyətli lider, müdrik dövlət xadimi, vətənpərvər şəxsiyyət, məğrur Ali Baş Komandan kimi Azərbaycan xalqına verdiyi vədi – torpaqlarımızın azad olunması ilə əlaqədar şərəf sözünü və ata vəsiyyətini yerinə yetirdi!

Prezident İlham Əliyev Azərbaycan xalqının haqq mübarizəsini bütün cəbhələrdə – dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. Vətən müharibəsində qazanılmış zəfər də Ali Baş Komandanın siyasi iradəsi, diplomatik bacarığı isə müstəsna əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin adı həm türk dünyası tarixinə, həm də bunun bir parçası olan Azərbaycan tarixinə silinməz şəkildə yazılıb.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyevin adı Azərbaycan tarixində daim zəfərlə anılacaq:

“Çünki o, Azərbaycan xalqına tarixi zəfər bəxş edib. Ölkə başçısı həm də xalqımızın, dövlətçiliyimizin inkişaf tarixində yeni bir mərhələni başlatdı. Xüsusilə qeyd edim ki, onun fəaliyyəti regionda formalaşan balansı dəyişdi. Şübhəsiz ki, zəfər sadəcə qısa müddətdə və ya asanlıqla əldə edilən bir nemət deyil. Zəfər ilmə-ilmə toxunan məşəqqətlərdən, əzablardan keçən mümkün bütün güc balansları, hərbi-siyasi, iqtisadi nüansları nəzərə alınmaqla əldə edilir.

Ümumilli lider Heydər Əliyevdən miras qalmış müstəqil dövlətçilik ənənəsi üzərində tamamilə yeni bir strateji yol müəyyən etdi. 2023-cü ildən başladığımız bu yol 17 il sonra 2020-ci ildə öz məqsədinə çatdı. Strateji düşüncə, liderlik, bütün bunlar nadirən bir siyasətçidə formalaşır. Azərbaycan cəmiyyətinin bütün institutlarının milli gücünün səfərbər edilməsi mühüm hadisə idi.

Azərbaycan prezidentinin xarici siyasəti də çox fərqli idi. Çünki 21-ci əsrdə müstəqil dövlətlər üzərində qlobal imperiyanın iradəsi imperativ amil kimi çıxış etdiyi bir dövrdə Azərbaycanın müstəqil iradə ortaya qoyması, dünya güclərinin əleyhinə qərar qəbul edib zəfər əldə etməsi fövqəladə keyfiyyət tələb edir”.

Deputat Elçin Mirzəbəyli isə deyib ki, siyasi liderlərin cılızlaşdığı və bir çox hallarda, nəinki yönəltdikləri dövlətlərin, hətta təmsil etdikləri siyasi qrupların “sərhədlərini qorumaq” potensialına malik olmadığı, gücün ədalətə, istibdadın istiqbala meydan oxuduğu müasir dünyada şəxsiyyətlərin sayı çox azdır:

“Məhz bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə yanaşı, dünyanın ədalətsiz düzənindən əzab çəkən, bu və ya digər səbəblərdən hüquq və azadlıqlarını açıq, cəsarətli və qətiyyətli bir şəkildə müdafiə edə bilməyən xalqların yanında olması, hətta onların rəhbərlərinin deyə bilmədiklərini yüksək məntiq və prinsipiallıqla dilə gətirməsi XXI əsr üçün özündə klassik liderlik ənənələri ilə çağdaş düşüncəni birləşdirən fenomenal liderlik nümunəsi kimi dəyərləndirilə bilər.

Bu xüsusda, əsərlərinə tez-tez müraciət etdiyim böyük rus filosofu Nikolay Berdyayevin insan azadlığı ilə bağlı məqaləsindən gətirəcəyim kiçik bir iqtibasla fikirlərimi əsaslandırmaq istəyirəm.

Nikolay Berdyayev yazır: “Azadlıq, ən dərin qatlarda hüquq deyil, vəzifədir, insanın tələb etdiyi yox, əsl insan olmaq üçün ondan tələb olunandır”.

Bəli, yalnız haqqın keşiyində dayandıqlarına əmin olanlar azadlığı ilk növbədə öz vəzifələri hesab edir və başqalarının azadlığı, hüquqları uğrunda yorulmadan, hətta qeyri-bərabər şəraitdə belə mübarizə apara, qalib gələ, tarixin axarını belə dəyişməyi bacarırlar.

Elçin Mirzəbəyli

İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildiyi gündən ölkəmizə qarşı həyata keçirilən saysız-hesabsız yalan və böhtan kampaniyaları, sabotaj, təhdid və təzyiqlərlə, ölkəmizin inkişafdan saxlanılmasına, “buyruq quluna” çevrilməsinə xidmət edən çoxsaylı ssenarilərin müəllifləri və icraçıları ilə mücadilə aparıb və qalib gəlib.

Prezident İlham Əliyev bir azərbaycanlı və bir övlad olaraq atasının və ataların vəsiyyətinin yerinə yetirilməsi istiqamətində bu gün sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi bacarıb.

Geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarını incələdikcə sözügedən sahələrdə atılan addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları vahid Vətən ideyası altında birləşdirən, böyük hədəflərə doğru aparan, mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideri, Qələbəmizin memarıdır”.

Deputat Bəhruz Məhərrəmov isə hesab edir ki, qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir məqamda Cənubi Qafqaz kimi bir coğrafiyada suveren davranmaq mümkünsüz qədər çətin məsələdir:

“Çünki hazırda faktiki olaraq bir çox dövlətlər üçün mövcudiyyət və fəaliyyət qrafiki həmin ölkələrin paytaxtlarından çox kənarda, hətta sərhədlərindən çox uzaqda cızılır.

Nəticədə, bir çox beynəlxalq subyektlər daxili və xarici siyasətini imperialist mərkəzlərdən gələn tezislər əsasında quraraq “demokratiya və insan haqları” oyunlarının iştirakçısı kimi çıxış etməkdədirlər. Ötən dövr ərzində bölgə ilə ümumiyyətlə, əlaqəsi olmayan beynəlxalq subyektlərin Azərbaycan əleyhinə fəaliyyətləri də də məhz bu çərçivədə şərh oluna bilər. Lakin danılmaz bir reallıq var ki, bu hücumlar nəinki bizi çətin duruma salmamış, əksinə, cənab İlham Əliyev bu təcavüzkar cəhdləri bütün platformalarda fiaskoya uğratmışdır və Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” Agentliyinə müsahibəsi mürəkkəb bir bölgədə geosiyasi reallıq yaratmış bir liderin diktə etdiyi yol xətirəsi olmaqla bərabər, həm də regionda sülh və sabitlik üçün atılan addımların nəticələri və bütövlükdə dayanıqlı sülh prosesinin perspektivlərinin müəyyən olunması baxımından önəmli siyasi hadisə hesab edilməklə, əslində həm də bu qələbəmizin inikası idi.

Məlumdur ki, Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlıdır. Konstitusiyamızın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Eyni zamanda tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyinin təmin olunması Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının vacib elementlərindən biridir. Lakin beynəlxalq münasibətlərdə dövlətin xarici siyasi asılılığa düşməsi onun milli maraqlarının təmin olunmasına təhdid yarada bilən amillərdən olduğu üçün xarici siyasət xüsusi peşəkarlıq tələb etməklə özfəaliyyətə yol verilməyən, həssas spesifik sferadır. Suveren dövlət kimi, xarici siyasət vasitələrindən istifadə edərək ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş tədbirlərini təhlil etdikdə Azərbaycan Respublikasının, xüsusən cənab İlham Əliyevin Prezidentliyi dövründə xarici siyasət kursunu, sözün əsl mənasında, uğur hekayəsi hesab etmək olar.

Bəhruz Məhərrəmov

Prezident İlham Əliyev Ulu Öndər siyasətinə sadiq qalaraq yeni dövr üzrə müəyyənləşən hədəfləri Azərbaycanın real müstəqillik tarixində yeni dövrə keçidi təmin edəcək mükəmməl siyasi mərhələyə çevirə bilmişdir. Üstəlik cənab İlham Əliyev elə konfiqurasiyaya nail ola bilib ki, hər bir Azərbaycan vətəndaşı özünü bu transformasiyanın bir hissəsi və hərəkətverici qüvvəsi hesab edə bilir. Bu mənada, dönüb ötən dövrə baxanda, bir şeyə əmin oluruq, miqyası dövlətimizin miqyasından, gördüyü işlər isə real imkanlarımızdan artıq olan cənab İlham Əliyev bu dövlət və bu xalq üçün sözün əsl mənasında, tarixi şansdır. Millət olaraq şansımız gətirib ki, İlham Əliyev Azərbaycanda doğulub, Azərbaycanda yaşayır və Azərbaycanı idarə edir. Sovet Azərbaycanında Heydər Əliyevdən sonra müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbərin dövlətçiliyin varisliyini təmin edə, xalqın vahidliyinin təcəssümü ola bilmədiyi bir şəraitdə cənab İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə müvafiq olaraq xalqın vahidliyini təcəssüm etdirir və dövlətçiliyin varisliyini şərəflə təmin edir, Qarabağ və Şərqi Zəngəzur başda olmaqla, Azərbaycanın hər bir guşəsi cənnətə çevrilməkdə, illərdir beynəlxalq ictimaiyyət tərəfindən görməzdən gəlinən, daşa dirənən Qərbi azərbaycanlıların qayıdış haqlarının təmininə məhz zati-aliləri cənab İlham Əliyevin qətiyyətli mövqeyi ilə real zəmin yaranmaqdadır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri