Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin Mehdiyev haqda “yağlı” sözləri...

Bəxtiyar Vahabzadənin Mehdiyev haqda “yağlı” sözləri...

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Ötən ay dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı media və sosial şəbəkələrdə tənqidi fikir və paylaşımlar edilir, müxtəlif maraqlı faktlar açıqlanır. Tanınmış jdramaturq Firuz Mustafa da onunla bağlı maraqlı bir faktı ictimailəşdirib.
Bakupost.az onun fikirlərini təqdim edir:
“Təxminən 25 il əvvəl olmuş bir söhbəti xatırlayıram... Xalqımızın böyük şairi Bəxtiyar Vahabzadə ilə aramızda xoş bir ünsiyyət vardı. Onunla Moskvada, Bakıda müxtəlif məclislərdə birlikdə olmuşduq. Bəxtiyar müəllim təkcə yaradıcılığında yox, elə həyatda da çox cəsarətli adam idi. Yadımdadır, mən ona “Adsız” adlı pyeslər toplusunu bağışlamışdım. Həmin kitabda ona yaxın pyesim toplanmışdı. O, hər pyesi oxuduqca adətən, gecələr zəng edir, fikrini, hərdən də iradını bildirirdi. Ən maraqlısı bu idi ki, Bəxtiyar müəllim bəzən deyirdi ki, dünənki filan iradımdan-qeydimdən imtina edirəm, qoy o epizod elə olduğu kimi qalsın. Elə söhbətin “açarı” da o kitabla bağlıdır.
Əsrin əvvəlinin söhbətidir. Yəni 2000-ci illərin. Bir dəfə dayım yazıçı Nahid Hacızadə ilə nəşriyyatda (“Azərbaycan” nəşriyyatı) Bəxtiyar müəllimi qarşıladıq. Şair bizə yeni kitabını verdi. Mənə dedi ki, Hüseynağa (Atakişiyevi nəzərdə tuturdu-F.M.) sənin pyeslərini tərifləyir, kitab şəklində çıxıbsa, ver, oxuyum. Söz verdim ki, gətirərəm. O dedi ki, kitabı gətirmək üçün sürücünü göndərə bilərdim, amma…
Bəxtiyar müəllim gülüb üzünü Nahid müəllimə tutaraq bu “əmmadan” sonra “dərdini” yumor qarışıq bir tonda danşımağa başladı:
– Nahid, Heydər Əliyevin göstərişi ilə bizim mənzilə “üçrəqəmli” telefon çəkiblər. Bir maşın da ayırıblar. Prezident tapşırmışdı ki, sürücünün maaşı və yanacaq dövlət hesabına olsun. Amma sürücü ilə mən özüm yollaşıram. Qalır yanacağın pulu. Artıq onu da özüm almağa məcburam. Bilirsən niyə? “Aparatda” Ramiz adlı birisi var. Hamınız onu yaxşı tanıyırsız. Hələ Sovet vaxtından mənim ondan zəhləm gedir, onun da məndən. Ümumiyyətlə, onun yaradıcı adamları, alimləri, xüsusilə, şair-yazıçı tayfasını görməyə gözü yoxdur. Antimillidir. Söz yox ki, Moskvanın buradakı adamıdır. Gör bir bu necə... tipdir ki, dolayısı ilə mənə pislik etmək istəyir. İşlər idarəsinə tapşırıb ki, Bəxtiyarın sürücüsünə heç nə verməyin - nə maaş, nə də yanacaq... Mən belə xırda-xuruş şeyləri Heydər müəllimə demək istəmirəm…


Mən dedim ki, Bəxtiyar müəllim, haçan desəniz, kitabı özüm Sizə çatdıraram. Şair “Teleteatrdan” aşağıda olan evin səmtini nişan verdi. Dedim ki, tanıyıram, taparam. Tapşırdı ki, kitabı həyətin qapısındakı gözətçiyə verərsən, mən oradan özüm götürərəm.
Bir-iki gün sonra yuxarıda haqqında söhbət açdığım kitabı- “Adsız” pyeslər toplusunu şairin dediyi yerə çatdırdım.
Səhv etmirəmsə həmin söhbətin təfsilatı daha geniş şəkildə, hər hissəsi bir “çərəkədə” olan dağınıq “Gündəliklər”imdə əks olunub.
Burada Bəxtiyar müəllimin Ramizlə bağlı dediyi daha “yağlı” sözləri olduğu kimi yazmağa ehtiyac duymadım".
Cavid, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri