Icma.az
close
up
RU
Beyin niyə bizi zəngli saatdan bir neçə dəqiqə əvvəl oyadır?

Beyin niyə bizi zəngli saatdan bir neçə dəqiqə əvvəl oyadır?

Icma.az, Azpost saytına istinadən bildirir.

Bir çox insanın zəngli saat çalmamışdan 5–10 dəqiqə əvvəl oyanması təsadüfi deyil. AzPost xəbər verir ki, somnoloq həkim Roman Buzunov aif.ru-ya açıqlamasında bu halın beynin daxili mexanizmləri ilə bağlı olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, insanın gündəlik rejimi sabit olduqda beyin bu vaxta uyğunlaşır. Təxminən iki həftə ərzində hər gün eyni saatda oyanan şəxslərdə bioloji ritmlər formalaşır və beyin orqanizmi zəngli saatdan bir neçə dəqiqə əvvəl yuxudan çıxarmağa başlayır.

Somnoloq qeyd edib ki, bu proses sirkadiyal ritmlərlə əlaqəlidir. Sirkadiyal ritmlər yuxu rejimini, bədən temperaturunu və hormonların ifrazını tənzimləyən daxili bioloji saat rolunu oynayır. Sabit qrafik zamanı yuxu mərhələləri eyni vaxtda tamamlanır, orqanizm bu rejimi “yadda saxlayır” və əvvəlcədən oyanış üçün hazırlığa başlayır. Bu zaman bədən temperaturu yüksəlir, melatonin hormonunun səviyyəsi isə azalır.

Lakin həkim xəbərdarlıq edib ki, əgər insan mütəmadi olaraq zəngli saatdan xeyli əvvəl – təxminən 30–60 dəqiqə öncə oyanırsa, bu, artıq problem əlaməti ola bilər. Bu hallar çox vaxt uzunmüddətli stress və narahatlıqla müşayiət olunan psixoloji gərginlik fonunda yaranır. Belə vəziyyətdə insan, məsələn, səhər saat 4-də oyanır, mənfi düşüncələr onu rahat buraxmır və zəngli saat çalana qədər özünü yorğun və halsız hiss edir.

Buzunov bildirib ki, erkən oyanmalar nadir hallarda baş verirsə, yataqda 15 dəqiqədən artıq qalmaq tövsiyə olunmur. Bu halda qalxıb sakit və təkrarlanan bir işlə məşğul olmaq daha məqsədəuyğundur. Səhər saatlarında yenidən yatmaq məsləhət görülmür, çünki yüngül yuxusuzluq növbəti gecə daha dərin yuxuya getməyə kömək edə bilər.

Mütəxəssis əlavə edib ki, erkən oyanmalar davamlı xarakter alarsa, stress və narahatlıq səviyyəsinə diqqət yetirilməlidir. Belə hallar vaxtında aradan qaldırılmazsa, xroniki yuxusuzluğun yaranmasına səbəb ola bilər. Bu səbəbdən psixoloji vəziyyətlə işləmək və həyat rejimini sabitləşdirmək vacib hesab olunur.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri