Icma.az
close
up
RU
“Beyin ölümü baş vermiş bir şəxs var və ailəsi orqanları bağışlayıb” Video

“Beyin ölümü baş vermiş bir şəxs var və ailəsi orqanları bağışlayıb” Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda hər il yüzlərlə insan orqan transplantasiyasına ehtiyac duyur. İki ay öncəyə qədər onlardan biri də Babək Şamilov idi. Babəkin 36 yaşı var. Uzun illər xəstəliklə mübarizə apardıqdan sonra o, qaraciyər transplantasiyası əməliyyatı keçirərək həyatına yeni bir səhifə açıb.

“Qafqazinfo” olaraq onun hekayəsini dinlədik.

Babək Bərdə şəhərində dünyaya gəlib. 7 il öncə səhhətində aşkarlanan xəstəlik onun həyatını alt-üst edib. Həyatının ən gözəl illərini xəstəxanada keçirdiyini deyən Babək bildirir ki, indi özünü ikinci dəfə dünyaya gəlmiş kimi hiss edir:

“7 ildir qaraciyər çatışmazlığından əziyyət çəkirdim. Ömrümün həmin illərini ancaq xəstəxanalarda keçirdim. Bütün bayramlarda, doğum günlərimdə ancaq xəstəxana otaqlarında olurdum…

Mövcud dərman və müalicə üsulları ilə bu problemi Azərbaycanda həll etmək mümkün deyildi. Mən bir çox ölkələrlə əlaqə saxladım, müalicəni öz imkanlarımızla həyata keçirməyə çalışdıq, amma faydasını görmürdük”.

Babəkin anası Fazilə xanım xəstəliyin aşkarlandığı günü belə xatırlayır:

“Babək balaca vaxtı sarılıq keçirmişdi. Həmin vaxt müalicə olunmuşdu. Heç bir problemi yox idi, tam sağlam idi. Biz də arxayınlaşmışdıq. 2018-ci il idi və Babək işləyirdi. Bir gün dedim ki, “gəl gedək həkimə, yoxlanaq”. Getdik, UZİ oldu, analizlər verdi, ondan sonra bilindi ki, geridönüşü olmayan xəstəlikdir. O gündən bəri biz nə zülm çəkmişiksə, bir Allah bilir”.

Babək deyir ki, bütün bu əziyyətlər bir müddət davam etdi. Daha sonra işıqlı yol görünməyə başlayıb:

“Müalicəm üçün lazım olan dərmanlarla təmin olundum. Daha sonra donor mərkəzi yarandı və mən orada qeydiyyata alındım”.

Fazilə ana danışır ki, həmin vaxt bütün qohumlar donor olmaq istəyib. Amma heç birinin orqanı uyğun gəlməyib:

“Mənim də səhhətimdə kiçik problemlər olduğu üçün alınmadı. Vəziyyəti ağırlaşmışdı, hər şeydən ümidimiz üzülmüşdü”.

İyulun 4-ü onlara zəng gəlir…

“Atama zəng gəldi. Həkim ona dedi ki, artıq donor tapılıb. Biz buna inana bilmirdik. Bu bir möcüzə idi. Qısa müddət öncə əməliyyat olunmağıma baxmayaraq artıq özümü yaxşı hiss edirəm. İllərlə çəkdiyim o ağrı-acı qalmayıb. O ailəyə çox minnətdaram. Onun orqanı mənim bədənimdədir və sanki o da yaşayır.

Bütün bu ağrıları görmüş adam kimi üzümü tuturam insanlara ki, donor olmağa laqeyd yanaşmasınlar. Bu gün sizin bağışladığınız bir orqan bir gəncin həyatını xilas edə bilər”, - Babək bildirib.

Ani olaraq donorun tapılması təkcə ailəyə deyil, eyni zamanda həkim üçün də gözlənilməz olub. Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi deyir ki, uzun müddət idi ki, bu prossesə hazırlaşıblar:

“Bir gün Koordinasiya Mərkəzindən zəng gəldi. Bildirdilər ki, beyin ölümü baş vermiş bir şəxs var və ailəsi orqanları bağışlayıb.

Lakin müəyyən bir müddətdən sonra ürəyin də dayanacağı və bütün orqanların tamamilə fəaliyyətini itirəcəyi üçün ciddi bir yarış başlayır və bu zamana qarşı mübarizədir.

Orqanların qorunması üçün xüsusi tədbirlər görülməyə başlandı. Paralel olaraq Koordinasiya Mərkəzində növbədə gözləyən xəstələrin siyahısı bizə ötürüldü və həmin siyahı əsasında xəstələrin çağırılmasına start verildi. Qaraciyər transplantasiyası üçün bir neçə xəstə dəvət olundu. Onların içindən tibbi baxımdan ən uyğun və eyni zamanda ən təhlükəli vəziyyətdə olanı seçmək məcburiyyətində idik. Bu, gənc bir oğlan idi - evdə ailəsi ilə birlikdə oturub ölümü gözləyirdi…”

Mircəlal Kazımi xüsusi vurğulayıb ki, transplantasiya əməliyyatları icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz icra edilir. Əməliyyatın dəyəri icbari tibbi sığorta hesabına maliyyələşdirilir:

“Əslində, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi orqan transplantasiyası əməliyyatlarının inkişafına gətirib çıxardı. Məhz bu inkişafın nəticəsində biz bu gün artıq meyitdən orqan transplantasiyası əməliyyatlarına başlamışıq və xəstələrimiz əməliyyatlardan faydalana bilirlər”.

Qeyd edək ki, 2008-ci ildən etibarən Azərbaycanda, Cənubi Qafqazda və Qazaxıstanda ilk qaraciyər transplantasiyası həyata keçirilib. Bu il isə regionda ilk dəfə olaraq beyin ölümü keçirmiş donorun orqanları vasitəsilə qaraciyər transplantasiyası icra olunub.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see198

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see190

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see184

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see160

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see159

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see156

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see147

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see142

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see140

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see137

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see128

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see128

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see125

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri