Icma.az
close
up
RU
Beyin qocalmasını ləngidən PƏHRİZ

Beyin qocalmasını ləngidən PƏHRİZ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Beynəlxalq alimlər qrupu müəyyən qidalanma vərdişlərinin eyni vaxtda bir neçə beyin xəstəliyinin demensiya, insult, depressiya və təşviş pozuntularının riskini azaltdığını müəyyən edib. Araşdırmaya görə, ən güclü qoruyucu təsir MIND pəhrizi ilə bağlıdır.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "eClinicalMedicine" jurnalında dərc olunub.

MIND pəhrizi (Mediterranean-DASH Intervention for Neurodegenerative Delay - “neyrodegenerasiyanın ləngidilməsi üçün Aralıq dənizi–DASH yanaşması”) məhz beyin sağlamlığının qorunması və yaşla bağlı idrak pozuntularının riskinin azaldılması məqsədilə hazırlanıb. Bu pəhriz Aralıq dənizi və DASH pəhrizlərinin elementlərini birləşdirir, lakin sinir sistemi üçün ən faydalı hesab olunan məhsullara xüsusi üstünlük verir.

Tədqiqat çərçivəsində UK Biobank bazasından təxminən 170 min nəfərin məlumatları təhlil edilib. Araşdırmada yaşı 37–73 arasında olan və başlanğıcda beyin xəstəlikləri diaqnozu qoyulmayan şəxslər iştirak edib. Onların sağlamlıq vəziyyəti orta hesabla 10 il ərzində izlənilib.

Alimlər sağlam qidalanmanı əks etdirən on fərqli göstəricini, o cümlədən Aralıq dənizi pəhrizi, DASH və MIND pəhrizini, eləcə də ultraemal olunmuş qidaların istehlak səviyyəsini müqayisə ediblər. Daha sonra bu göstəricilər demensiya, Parkinson xəstəliyi, insult, depressiya və təşviş pozuntularının inkişaf riski ilə əlaqələndirilib.

Nəticələr göstərib ki, ən geniş neyroprotektiv təsir məhz MIND pəhrizində müşahidə olunur. Bu pəhrizə ciddi əməl edən şəxslərdə demensiya və insult riski daha aşağı olub, depressiya və təşviş halları isə daha nadir qeydə alınıb. MIND pəhrizi ilə Parkinson xəstəliyi arasında isə birbaşa əlaqə aşkarlanmayıb. Eyni zamanda, ultraemal olunmuş qidaların çox istehlakı demensiya, depressiya, təşviş pozuntuları və Parkinson xəstəliyi riskinin artması ilə əlaqələndirilib.

Tədqiqatın nəticələri ABŞ-da aparılan Health and Retirement Study və Çində həyata keçirilən Longitudinal Healthy Longevity Survey adlı müstəqil araşdırmaların məlumatları ilə də təsdiqlənib. Hər iki halda MIND pəhrizinə riayət edən şəxslərdə idrak göstəriciləri daha yaxşı, depressiya və təşviş əlamətləri isə daha zəif olub.

Alimlər bu təsirin bioloji mexanizmlərini də araşdırıblar. Qan analizləri və MRT nəticələri göstərib ki, MIND pəhrizi lipid mübadiləsini yaxşılaşdırır, xroniki iltihabı azaldır, bioloji qocalmanı ləngidir və beynin əsas strukturlarının, o cümlədən talamusun həcmini qorumağa kömək edir. Əksinə, ultraemal olunmuş qidalar mənfi metabolik dəyişikliklər və həmin beyin sahələrinin həcminin azalması ilə əlaqələndirilib.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri