Icma.az
close
up
RU
Beyin, ürək və bağırsaq sağlamlığı üçün nə yemək lazımdır?

Beyin, ürək və bağırsaq sağlamlığı üçün nə yemək lazımdır?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Diyetoloqlar sarıkökü sağlamlığı gücləndirən ən faydalı ədviyyatlardan biri kimi qiymətləndirirlər. Onun tərkibindəki kurkumin güclü iltihabəleyhinə və antioksidant təsirə malikdir.

Qaynarinfo "Realsimple" portalına istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kurkumin oksidləşmə stresi və xroniki iltihabla mübarizə aparır. Bu proseslər ürək-damar xəstəlikləri, diabet və neyrodegenerativ pozuntularla əlaqələndirilir.

Beyinə təsiri

Mütəxəssislər bildirirlər ki, kurkumin yaşla bağlı beyin dəyişikliklərinin qarşısının alınması kontekstində araşdırılır. Xüsusilə Altseymer xəstəliyi ilə əlaqəli amiloid və tau zülallarının yığılmasına təsiri tədqiq edilir.

İnsan üzərində nəticələr hələ tam dəqiq olmasa da, bəzi araşdırmalar kurkuminin yaddaş və informasiya emal sürətinə müsbət təsir göstərə biləcəyini göstərir.

Ürəyə faydası

Kurkuminin ürək-damar sistemi üçün də potensial faydaları var. O, damar divarlarında iltihabı azalda və "pis” xolesterinin oksidləşməsinin qarşısını ala bilər ki, bu da ateroskleroz riskini azaldır.

Diyetoloqların fikrincə, sarıkök müntəzəm istifadəsi damar sağlamlığını dəstəkləyə və ürək xəstəlikləri riskini azalda bilər.

Bağırsaq sağlamlığı

Kurkumin bağırsaq mikroflorasına da müsbət təsir göstərir. O, bağırsaq baryerini qoruyur və faydalı bakteriyaların artmasına dəstək olur.

Bu isə immun sistemin güclənməsi və metabolizmin yaxşılaşması ilə əlaqələndirilir.

Sarıkök niyə qara istiotla birlikdə istifadə olunmalıdır?

Mütəxəssislər bildirirlər ki, kurkumin orqanizm tərəfindən zəif mənimsənilir. Onun təsirini artırmaq üçün qara istiotla birlikdə qəbul edilməsi tövsiyə olunur.

Qara istiotdakı piperin maddəsi kurkuminin sorulmasını təxminən 20 dəfə artıra bilər. Bundan əlavə, kurkumin yağlarla birlikdə daha yaxşı mənimsənilir.

Nə qədər istifadə etmək olar?

Mütəxəssislərə görə, gündəlik rasion üçün 0,5–1 çay qaşığı sarıkök kifayətdir. Onu şorbalara, sıyıqlara, düyü yeməklərinə, tərəvəzlərə, yumurtaya, smuziyə və "qızıl süd” içkisinə əlavə etmək olar.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri