Icma.az
close
up
RU
Beyləqan əhalisi keyfiyyətli içməli su ilə təmin olunur FOTOLAR

Beyləqan əhalisi keyfiyyətli içməli su ilə təmin olunur FOTOLAR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Beyləqan rayonunda əhalinin içməli suya olan təlabatını ödəmək və rayon ərazisində yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə tədbirlərini tərtib edilmiş plan əsasında davam etdirir. 

Bu barədə Gununsesi.info -ya Azərbaycan  Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, idarə Beyləqan şəhər ərazisində 5418 abonentə xidmət edir. Ötən il ərzində 236 qəza baş verib və qəzalar dərhal aradan qaldırılıb. Bundan başqa il ərzində 34 abonentlə müqavilə bağlanaraq  yeni su ilə təmin edilib, 246 ədəd su sayğacları yenisi ilə əvəz olunub və 668 su sayğacı isə təmir olunub. Bununla yanaşı rayonda mərkəzləşmiş kanalizasiya sistemi mövcuddur ki, kanalizasiya xəttinin uzunluğu 89,6 km-dir. 3,9 km kollektor vasitəsi ilə məhsuldarlığı sutkada 10000 m3  olaraq çirkab təmizlənərək drenaj kanalına ötürülür. Beyləqan rayon ərazisində 4 kənddə modul tipli qurğu fəaliyyət göstərir, 59 bulağa xidmət edir. 2 kənddə isə dəyəri ödənilməyən 31 bulaq fəaliyyət göstərir. Ümumilikdə Beyləqan Su Meliorasiya sistemlərinin istismarı idarəsi 6 kənddə əhalini bulaqlar vasitəsilə su ilə təmin edir. İdarənin balansında olan  laboratoriyada isə 13 rayon və 4 köçkün qəsəbə ərazisindən götürülən içməli su analiz edilir. Hazırda laboratoriya tam gücü ilə işləyir.

Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Qarabağ Suvarama kanalı vasitəsilə 8068 ha, Xan qızı kanalı vasitəsilə 40388 ha, subartezian quyuları vasitəsilə 2900 ha olmaqla ümumilikdə 51536 ha əkin sahəsinə xidmət edir. Bunun üçün İdarənin balansında olan 1298 km uzunluğunda suvarma kanalları, 1333 km uzunluğunda kollektor-drenaj şəbəkəsi, 135ədəd subartezian quyusu, 8 ədəd isə nasos stansiyası mövcuddur. Ötən il suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində lildən təmizlənmə işləri müvəffəqiyyətlə aparılıb, 87 ədəd hidrotexniki qurğu, 119 ədəd isə subartezian quyusu təmir edilərək istismara verilib. Hazırda idarə tərəfindən Türklər nasos stansiyasından qaldırılan suyu nəql edən Türklər kanalının başlanğıcında uzunluğu 50 metr olan hissəsində təmir bərpa işləri davam etdirilir. 2024-cü il ərzində su təminatının yaxşılaşdırılması məqsədilə rayon ərazisində yerləşən 200 ha əkin sahəsinə xidmət edən suvarma kanalının 1.3 km olan hissəsində üzərindəki qurğularla birlikdə əsaslı təmir edilərək beton üzlüyə alınması işləri aparılıb ki, bu da su istifadəçilərinə suvarma suyunun vaxtında və itkisiz çatdırılmasına xidmət edir.

Qeyd edək ki, 2024-cü il ərzində idarənin istismar tədbirləri planında nəzərdə tutulmuş 3 ədəd subartezian quyusunun əsaslı təmir-bərpa işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri