Icma.az
close
up
RU
Mingəçevir şəhəri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur

Mingəçevir şəhəri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Kanalizasiya xətlərinin yenidənqurulması layihəsi davam edir.

AZXEBER.COM xəbər verir ki, ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə işlərini davam etdirir.

Regionların sosial - iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq 2011-ci ildən etibarən Mingəçevir şəhərində su şəbəkə və qurğularının yenidən qurulması işləri aparılıb. Bu məqsədlə məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Əhaliyə verilən su sutəmizləyici qurğuda 28 sayda qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 3 sayda nasos aqreqatı vasitəsilə 820 mm-lik boru ilə mərkəzi su anbarına ötürülür. Mərkəzi su anbarında depolanmış su tələbata uyğun olaraq 1000 mm-lik çıxış xətti vasitəsilə özüaxımlı rejimdə şəhərin su təchizatı şəbəkəsinə verilir. Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılaraq abonentlərin istifadəsinə verilib. Kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri isə davam edir. 

Mingəçevir şəhər Sukanal İdarəsinin rəisi Samir Əliyev diqqətə çatıdırıb ki, hazırda Nərimanov prospektində bu işlər davam etdirirlir. Layihəyə uyğun olaraq 250 kilometr kanalizasiya xəttinin 210 kilometri, yəni 84 faizi icra olunub. Şəhər ərazisində 250-ə yaxın yüksək mərtəbəli yaşayış evləri və 7 minə yaxın fərdi yaşayış evləri yeni şəbəkəyə qoşularaq vətəndaşların istifadəsinə verilib. 

Mərkəzi su anbarından yüksək ərazidə yerləşən istehlakçıları su ilə təmin etmək üçün su anbarında quraşdırılmış 2 nasos aqreqatı istismar edilir. Zərurət yarandıqda suyun istehlakçılara çatdırılması üçün idarə tərəfindən 3 sayda məhəllədaxili su nasos stansiyasından da istifadə olunur. Hazırda idarənin abonent bazasında 33.500 abonent qeydiyyatdadır. Abonentlərin sayğaclaşma səviyyəsi isə 96,7 % təşkil edir. Şəhərin kanalizasiya şəbəkəsi üzrə idarənin istismarında 2 məhəllə daxili tullantı sutəmizləyici qurğu və 8  kanalizasiya nasos stansiyası var. Layihə üzrə şəhərdə 3 yeni kanalizasiya nasos stansiyası tikilib və istismara verilib, 1 nasos stansiyasının tikintisi başa çatdırılıb. Layihədə, həmçinin Xaldan şossesinin yaxınlığında sutkalıq gücü 65000 kub metr olan yeni tullantı su təmizləmə qurğusunun tikilməsi nəzərdə tutulur.

Samir Əliyev onu da qeyd edib ki, Mingəçevir Su Anbarından xam su sutkada 55 min kub metr istehsal gücü olan su filtrlərində təmizlənərək nasoslar vasitəsilə 10 min kub metrlik su anbarına ötürülür. Su anbarından özüaxımlı formada vətəndaşların istifadəsinə verilir. Şəhərin 97 faizində sayğaclaşma işləri aparılıb. Şəhərdə 24 saat fasiləsiz olaraq su təminatı aparılır. 

Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə də xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri