Icma.az
close
up
RU
Beyləqanda rabitə işçilərinin peşə bayramı qeyd olundu Fotolar

Beyləqanda rabitə işçilərinin peşə bayramı qeyd olundu Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Beyləqan RİH başçısı Əziz Əzizov, RİH aparatının məsul şəxsləri, rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri və kollektivləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir daha sonra Beyləqan Rayon Gənclər Evində davam edib. RİH başçısı Ə.Əzizov giriş nitqi ilə çıxış edərək rabitə və informasiya texnologiyaları sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. O, ölkəmizdə İKT sektorunun sürətli inkişafının Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olduğunu vurğulayıb. RİH başçısı bildirib ki, rabitə və texnologiya sahəsi ölkənin iqtisadi gücünün, təhlükəsizliyinin və sosial rifahının möhkəmləndirilməsində xüsusi rol oynayır, modern və rəqəmsal idarəetmə modelinin qurulmasına əsaslı töhfələr verir.

Daha sonra “Aztelekom” MMC-nin Cənub–Şirvan Regional Filialının Beyləqan rayon şöbəsinin müdiri Şəmistan İbrahimov çıxış edərək rayonda rabitə infrastrukturunun yenilənməsi, yeni texnologiyaların tətbiqi və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə digər çıxış edənlər də rabitə və informasiya texnologiyaları sahəsində aparılan islahatlar, göstərilən diqqət və qayğı, eləcə də bu sahənin ölkənin ümumi inkişafına verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.

Sonda rabitə və informasiya texnologiyaları sahəsində çalışan bir qrup əməkdaş Beyləqan RİH başçısının Fəxri Fərmanı ilə təltif olunub.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri