Beyləqanda onların peşə bayramı qeyd olundu Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beyləqan rayonunda 13 fevral - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü və Dövlət Xidməti işçilərinin peşə bayramı günü qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və xidmətin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin üzərinə tər çiçək dəstələri qoyub, onun xatirəsini yad ediblər.
Qeyd edək ki, bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur.
Dövlət Xidməti Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılıb.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















