Icma.az
close
up
RU
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü: Əcnəbi turistlərin Qobustan haqqında təəssüratları

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü: Əcnəbi turistlərin Qobustan haqqında təəssüratları

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qobustan, 18 aprel, Mikayıl Məmmədov, AZƏRTAC

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Qobustan Milli Tarix-Bədii Qoruğu öz qapılarını bütün ziyarətçilərin üzünə açıb. Bu gün qoruğa təkcə yerli sakinlər deyil, dünyanın müxtəlif ölkələrindən olan turistlər də gəlir, bu nadir məkanın tarixi əhəmiyyətinə heyran olduqlarını deyirlər. AZƏRTAC-ın müxbiri Azərbaycanın qədim guşəsi olan Qobustanla bağlı təəssüratlarını öyrənmək üçün bir neçə turistlə söhbət edib.

Təəssüratlarını bölüşən əcnəbilərdən biri Azərbaycana ilk dəfə səfər edən və uzaq Aydahodan (ABŞ) qonaq gəlmiş Kern Stabbs olub. Azərbaycana səyahət edən Kern paytaxtın ab-havasına və Qobustanın qədimliyinə heyran olub.

Kern təbəssümlə deyir: “Əvvəllər Bakıda olmamışam, amma bu səfəri dostum təşkil etdi və mən də razılaşdım”.

Qobustan səfəri onda xüsusi təəssürat yaradım. Kern burada gördüyü petroqlifləri doğma şəhərinin yaxınlığındakılarla müqayisə edib, lakin Azərbaycandakı qayaüstü rəsmlərin daha qədim olduğunu deyib. O bildirib: “Yaşadığım yerdə yerli xalqlara aid petroqliflər var, lakin Azərbaycanda olanlar daha qədimdir... Bu, məndə qədim əcdadlarımız ilə bağlılıq hissi yaradır”.

Kern üçün Qobustan tarixin nəfəsinin sözün əsl mənasında hiss edilə biləcəyi bir məkana çevrilib.

Digər qonaq Çanaqqaladan (Türkiyə) gəlmiş Mahmut Racidir. O, müxbirlə söhbətində qeyd edib: “Bakıya gəldim və çox xoşbəxt oldum. Hər şey xoşuma gəlir. Növbəti dəfə həyat yoldaşımla gələcəyəm. Qobustan məndə güclü təəssürat yaratdı, bu məkan çox qədim tarixin yadigarıdır və insana xüsusi rahatlıq hissi bəxş edir. İndi hiss etdiyim də mənim üçün sürprizdir. Burada tamam başqa ab-hava var, sanki ayrı bir dünyaya qədəm qoyursan”.

Ailəsi ilə birlikdə Azərbaycana gələn polşalı Maryuş Lorençak da fikirlərini bölüşüb: “Azərbaycanda ilk dəfə gəlirik. Çox gözəl ölkədir! Bu gün biz palçıq vulkanlarını ziyarət etdik, onlar heyrətamiz idi. İndi Qobustana gəldik. Buradakı petroqliflər çox maraqlıdır. Bu məkan bəşəriyyətin qədim tarixini xatırladır. Ailəm və mən həqiqətən də gördüklərimizə heyran qaldıq və bu səyahət bizim üçün unudulmaz təcrübə oldu”.

Əcnəbi qonaqlar bölgənin təkcə təbii gözəlliyini deyil, həm də canlı təəssürat yaradan və heyranlıq doğuran unikal tarix-mədəniyyət irsini vurğulayırlar.

Qeyd edək ki, aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan tarix-mədəniyyət qoruqlarında və muzeylərində “açıq qapı” günü keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri