Icma.az
close
up
RU
AMEA da “Tarixi yerlər və abidələr” mövzusunda V Beynəlxalq Bakı Bayırşəhər Simpoziumu keçirilir

AMEA da “Tarixi yerlər və abidələr” mövzusunda V Beynəlxalq Bakı Bayırşəhər Simpoziumu keçirilir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İyulun 30-da görkəmli alim, AMEA-nın müxbir üzvü Vəli Əliyevin xatirəsinə həsr olunan “Tarixi yerlər və abidələr” mövzusunda V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumu işə başlayıb.

Simpozium AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən təşkil olunub.

AMEA-nın Əsas binasında baş tutan açılış mərasimində Türkiyə, İtaliya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssisləri, tanınmış arxeoloqlar, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın qədim şəhərsalma mədəniyyəti, arxeoloji abidələri, eləcə də tarixi irsin qorunması ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan simpoziumun elmi əhəmiyyətini qeyd edib. Bildirib ki, beynəlxalq tədbir elm adamlarını bir araya gətirərək Azərbaycanın mədəni irsinin qorunması sahəsində fikir mübadiləsi aparmaq üçün mühüm platformadır. Həmçinin elmi əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar açır. 

Akademik İsa Həbibbəyli simpoziumun Azərbaycan arxeologiyasında elmi məktəb yaratmış alimlərdən olan  AMEA-nın müxbir üzvü Vəli Əliyevin xatirəsinə həsr olunmasının xüsusi önəm daşıdığını vurğulayıb. O, milli arxeologiyamızı çoxillik səmərəli fəaliyyəti ilə zənginləşdirmiş Vəli Əliyevin elmi fəaliyyətindən, ölkəmizdə tarix və arxeologiya elminin inkişafındakı xidmətlərindən danışıb.

AMEA prezidenti Qarabağ, Naxçıvan, Beşbarmaq dağı, Naftalan şəhəri, Goranboy rayonu və Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olduğunu, tədqiqat işlərinin gedişi, aşkarlanmış memarlıq qalıqları və arxeoloji materiallara yaxından baxış keçirdiyini bildirib.

Akademik İsa Həbibbəyli bu yaxınlarda Bakının “Bayırşəhər” adlanan tarixi hissəsində azərbaycanlıların yaşadığı məhəllədə XIX əsrdə tikilmiş Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışının olduğunu söyləyib. Zərgərpalan hamamının tarixi-mədəni sərvətimizin bir parçası olduğunu deyən alim Bakının mərkəzində bu cür arxeoloji mədəniyyət abidəsinin yenidən həyata qaytarılmasının tariximizə sahib çıxmaq baxımından olduqca önəmli olduğunu qeyd edib. Vurğulayıb ki, ölkəmizin tarixini, memarlığını, mədəniyyətini əks etdirən arxeoloji nümunələrin bərpa olunaraq həyata qaytarılması onların yeni nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Çıxışının sonunda AMEA rəhbəri beynəlxalq simpoziumun məhsuldar keçəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inamımı ifadə edib, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra “Miras” İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AMEA-nın müxbir üzvü Vəli Əliyevin həyat və fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, Vəli Əliyev 1936-cı ildə Şəki şəhərinin Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib. O, 1959-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1960-cı ildə bu qurumda kiçik elmi işçi, 1971-ci ildə baş elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildən Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinə rəhbərlik edib. Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri olub.

Fariz Xəlilli diqqətə çatdırıb ki, AMEA-nın müxbir üzvü Vəli Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifi idi. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. “Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb.

“Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi Vəli Əliyevin adı ilə bağlı idi”, - deyən məruzəçi qeyd edib ki, alim Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və digər qədim qala-şəhər abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda e.ə. III-II minilliklərdə iri tayfa ittifaqlarına - erkən dövlət qurumlarına məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut edib.

Daha sonra tədbir öz işini bölmə iclasları ilə davam etdirib.

Simpoziumun bölmə iclasları Bakının Bayırşəhər ərazisində yerləşən tarixi Zərgərpalan Hamamında keçirilib.

İclaslarda “Azərbaycan arxeologiyası və Vəli Əliyevin tədqiqatlarında Qarabağ mövzusu”, “Təbrizdə yaşayan daş yaddaşı”, “Kərkükdə tarixi Osmanlı abidələri”, “Azərbaycan epiqrafik abidələri arasında hamamların rolu”, “Göl Yeri yaşayış yerinin dəfn adətləri” və digər mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, beynəlxalq tədbir iyulun 31-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri