Icma.az
close
up
RU
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş panel müzakirəsi keçirilib FOTOLAR

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş panel müzakirəsi keçirilib FOTOLAR

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə "Keçmişdən gələcəyə mədəni irsimiz” adlı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) və "Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirin açılışında GİKM-in Baş direktoru Azər Əliyev və "Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov çıxış edərək, mədəni irsin qorunmasının əhəmiyyəti, gənclərin fəal iştirakının vacibliyindən danışıblar. Xüsusilə işğaldan azad olunmuş torpaqlarımızda yerləşən mədəniyyət nümunələrinin bərpası və qorunması istiqamətində görülən işlər vurğulanıb.

Daha sonra "Keçmişdən gələcəyə mədəni irsimiz” mövzusunda panel müzakirəsi başlayıb. Panelə moderatorluq edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Könül Abdulrəşidova tədbirin məqsədini açıqlayaraq gənclərin bu sahəyə marağının artırılmasının önəmini qeyd edib.

Panel müzakirəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxışında İçərişəhərin tarixi abidələrinin elmi əsaslarla qorunması, UNESCO Dünya İrsi Siyahısında yer almasının ölkəmiz üçün böyük nüfuz olduğunu bildirib, bu statusun qorunması üçün həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
İçərişəhər Muzey Mərkəzinin elmi katibi, əməkdar mədəniyyət işçisi Səadət Ələkbərova çıxışında ölkəmizdə fəaliyyət göstərən muzeylərin mədəni irsin qorunması və təbliğindəki rolundan danışıb. O qeyd edib ki, muzeylər yalnız eksponatların nümayiş olunduğu məkanlar deyil, eyni zamanda maarifləndirici və tərbiyəvi funksiyaları ilə cəmiyyətin, xüsusilə də gənclərin milli kimlik və tarixi dəyərlər haqqında biliklərinin formalaşmasında mühüm rol oynayır.

Tanınmış jurnalist və səyyah Azər Qərib çıxış edərək, Azərbaycanda mədəni irs nümunələrinin dünyaya tanıdılmasında medianın və fərdi təşəbbüslərin rolundan söhbət açıb. O, xüsusilə sosial şəbəkələrin gənc nəslin bu sahəyə cəlb edilməsində mühüm alət olduğunu qeyd edib.

Panel müzakirəsinin sonunda sual-cavab sessiyası təşkil olunub. Gənclər spikerlərə abidələrin bərpası prosesi, mədəni irsin beynəlxalq səviyyədə tanıdılması, könüllü fəaliyyət imkanları və bu sahədə gənclərin necə təşəbbüskar ola biləcəkləri ilə bağlı suallar ünvanlayıblar. Panelistlər suallara ətraflı cavab verərək şəxsi təcrübələrini bölüşüblər və gəncləri mədəni irsin qorunmasına daha fəal şəkildə qoşulmağa çağırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri