Beynəlxalq axtarışda idi, Azərbaycana gətirildi 445 min manatlıq məimsəmə…
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Bakıya ekstradisiyası həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, 2019-cu ildə "RX.SƏRDAROĞULLARI HOLDİNQ" MMC-nin direktoru vəzifəsində işləyərkən və eyni zamanda faktiki olaraq baş mühasib vəzifəsini icra edərkən, ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamaqla xeyli miqdarda, ümumilikdə 445.000 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaqla cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 193-1.3.2-ci maddələri) ittiham olunan Azərbaycan vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib.
Nazirliyin sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Səfərova Zinyət Məmmədrəsul qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyədən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
21 İyun 2026 17:11
Beynəlxalq axtarışda olan 4 nəfər Azərbaycana gətirildi
08 May 2025 17:20
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətirildi
24 Aprel 2025 14:58
Beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirildi FOTO
03 Noyabr 2026 12:25
445 minlik mənimsəmə: Türkiyədən Azərbaycana gətirildi
19 Noyabr 2026 21:23
Baxış sayı:80
Bu xəbər 19 Noyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















